Türk politoloq: ABŞ-ın yeni geosiyasi prioritetləri fonunda Azərbaycanın rolu daha da artır
26.11.2025 [18:29]
Dünya siyasətində son illər müşahidə olunan yeniliklər ABŞ-da administrasiya dəyişikliyindən sonra daha da sürətlənib. Yeni mərhələdə Vaşinqton beynəlxalq münasibətlərdə fəallığını artıraraq qlobal geosiyasi proseslərə daha çevik yanaşma sərgiləyir. Bu kontekstdə ABŞ-ın Avrasiya məkanına diqqətinin artması region ölkələri üçün həm yeni imkanlar, həm də diplomatik həssaslıqlar doğurur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli politoloq Hasan Oktay bildirib.
Politoloqun sözlərinə görə, ABŞ-ın xarici siyasət gündəliyində əsas istiqamətlərdən biri dünya ticarət və nəqliyyat marşrutlarında sabitliyin qorunması, qlobal iqtisadi rəqabət mühitində balansın saxlanmasıdır. Onun fikrincə, Vaşinqton yeni mərhələdə Asiya-Sakit okean regionundan tutmuş Avrasiyanın qərb kənarına qədər uzanan strateji xətt üzrə əməkdaşlıq formatlarını yenidən dəyərləndirir.
“ABŞ beynəlxalq nəqliyyat yollarında dayanıqlı ticarət axınını təşviq etmək, regional qarşıdurmaların risklərini azaltmaq və tərəfdaş ölkələrlə iqtisadi əlaqələri genişləndirmək niyyətindədir. Bu çərçivədə Avrasiya məkanında baş verən proseslər Vaşinqton üçün strateji əhəmiyyət daşıyır”, - deyə politoloq bildirib.
Hasan Oktayın sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsi, Asiya istiqamətində rəqabət mühiti və qlobal ticarət marşrutlarının yenidən formalaşması ABŞ-ın regional siyasətinə təsir göstərən əsas amillərdəndir. Bu proseslərdə həm Avropa İttifaqının, həm də Asiya ölkələrinin siyasi və iqtisadi qərarları bütövlükdə qlobal təhlükəsizlik arxitekturasına təsir edir.
Politoloq vurğulayıb ki, Avrasiyanın mərkəzində və mühüm nəqliyyat xətlərinin kəsişməsində yerləşən Azərbaycan regionda sabitlik, qarşılıqlı faydalı əməkdaşlıq və iqtisadi inteqrasiya baxımından əhəmiyyətli aktor kimi çıxış edir. “Azərbaycanın enerji, nəqliyyat və tranzit sahələrində son illərdə əldə etdiyi nailiyyətlər ölkəni qlobal ticarət xəritəsində mühüm tərəfdaşa çevirib. Xəzər hövzəsi üzərindən keçən marşrutlar regional əməkdaşlıq üçün böyük imkanlar yaradır”, - deyə o əlavə edib.
Orta Dəhliz, Şimal-Cənub və digər nəqliyyat xətlərinin həm region ölkələri, həm də qlobal bazarlar üçün əhəmiyyətinin artdığını qeyd edən Hasan Oktay bildirib ki, müxtəlif dövlətlər arasında balanslaşdırılmış əməkdaşlıq bu marşrutların sabit işləməsi üçün əsas şərtdir. Onun sözlərinə görə, Azərbaycan bu prosesdə həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də digər regional əməkdaşlıq platformalarında fəal rol oynayır.
Politoloq avqustun 8-də ABŞ-da imzalanmış, Azərbaycan, Ermənistan və ABŞ arasında humanitar və etimad quruculuğuna dair müsbət istiqamətləri ehtiva edən niyyət bəyannaməsinə də toxunaraq, bu sənədin regionda sülhə yönəlmiş diplomatik səylərin bir parçası olduğunu bildirib. “Son illər Cənubi Qafqazda yaranan yeni imkanlar davamlı sülh üçün zəruri olan dialoqun genişlənməsinə töhfə verə bilər”, – deyə Hasan Oktay qeyd edib.
O, ABŞ-da 2026-cı ildə keçiriləcək seçkilərin Vaşinqtonun uzunmüddətli regional prioritetlərinə təsir göstərə biləcəyini vurğulayıb. Onun fikrinə görə, regional ölkələr bu dövrdə balanslaşdırılmış və qarşılıqlı hörmətə əsaslanan diplomatiyanı davam etdirməklə əməkdaşlıq üçün optimal şərait yarada bilərlər.
Politoloq əlavə edib ki, Türk Dövlətləri Təşkilatı və Xəzəryanı ölkələr arasında genişlənən əməkdaşlıq formatları Avrasiya məkanında sülh, təhlükəsizlik və iqtisadi inteqrasiya baxımından yeni perspektivlər açır.
“Regionda davamlı sabitlik, etibarlı ticarət marşrutları və qarşılıqlı etimada əsaslanan münasibətlər bütün ölkələrin ortaq marağıdır. Bu baxımdan, dialoqun genişlənməsi və əməkdaşlıq imkanlarının artırılması Cənubi Qafqazda və ətraf məkanlarda daha dayanıqlı inkişafı təşviq edə bilər”, - deyə H.Oktay bildirib.
Xəbər lenti
Hamısına baxDünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59
Siyasət
26 Noyabr 11:43
Dünya
26 Noyabr 11:38
Siyasət
26 Noyabr 11:37
Siyasət
26 Noyabr 11:15
İqtisadiyyat
26 Noyabr 10:58
İqtisadiyyat
26 Noyabr 10:36
Analitik
26 Noyabr 10:12
Siyasət
26 Noyabr 09:54
Ədəbiyyat
26 Noyabr 09:39
Analitik
26 Noyabr 09:25
Mədəniyyət
26 Noyabr 09:11
Yeni texnologiyalar
26 Noyabr 08:52
MEDİA
26 Noyabr 08:33
Gündəm
26 Noyabr 08:16
Siyasət
26 Noyabr 07:58
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:16
İdman
26 Noyabr 01:56
Dünya
25 Noyabr 23:41
YAP xəbərləri
25 Noyabr 23:18
İqtisadiyyat
25 Noyabr 22:51
Dünya
25 Noyabr 22:34
YAP xəbərləri
25 Noyabr 22:17
Dünya
25 Noyabr 21:49
Siyasət
25 Noyabr 21:47
Siyasət
25 Noyabr 21:37
YAP xəbərləri
25 Noyabr 21:25
Dünya
25 Noyabr 21:12
Dünya
25 Noyabr 20:55
Siyasət
25 Noyabr 20:40
İdman
25 Noyabr 20:38
YAP xəbərləri
25 Noyabr 20:17
Dünya
25 Noyabr 19:52
Sosial
25 Noyabr 19:42
Sosial
25 Noyabr 19:28

