Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanovu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanovu qəbul edib

31.10.2013 [09:48]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bolqarıstan Respublikasının keçmiş Prezidenti Georgi Pırvanovu qəbul edib.
Dövlətimizin başçısı Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanovun III Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının önəmini qeyd edib. Forumun artıq ənənəvi olaraq hər il keçirildiyini vurğulayan Prezident İlham Əliyev tədbirə beynəlxalq marağın ildən-ilə artdığını deyib. Azərbaycan Prezidenti III Bakı Beynəlxalq Humanitar Forumunda əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib.
Dövlətimizin başçısını prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edən Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanov bu qələbəni Azərbaycan xalqının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətə verdiyi dəstəyin göstəricisi kimi dəyərləndirib. O, bundan sonra da Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin fəal və səmərəli şəkildə davam etdiriləcəyinə əminliyini vurğulayıb. Georgi Pırvanov III Bakı Beynəlxalq Humanitar Forumunda yenidən iştirakından məmnunluğunu bildirib.
Xoş sözlərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Georgi Pırvanovun ölkələrimiz arasında münasibətlərin inkişafına verdiyi töhfəni xüsusi qeyd edib. Özünün Bolqarıstana, Georgi Pırvanovun isə Azərbaycana səfərlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin yeni formatının yaradılmasında bu səfərlərin önəmini vurğulayıb və münasibətlərimizin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu deyib.

Paylaş:
Baxılıb: 875 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30