İkitərəfli münasibətlərdə yeni strateji ruh...
30.12.2025 [12:30]
“907-ci düzəliş”in aradan qaldırılması zərurəti
Konqresin saytında düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Bakı-Vaşinqton münasibətlərində müşahidə olunan yeni və daha praqmatik strateji ruh tərəflər arasında yeni münasibətlər sistemi formalaşdırıb. Prezident İlham Əliyevin ABŞ-a səfəri, Prezident Donald Tramp ilə görüşləri, eləcə də ABŞ dövlət başçısının Azərbaycan Prezidentinə ünvanladığı çoxsaylı məktublar bunu deməyə əsas verir. Qlobal geosiyasi transformasiyalar, yeni enerji təhlükəsizliyi, regional sabitlik və nəqliyyat-logistika xətlərinin şaxələndirilməsi kimi amillər iki dövlət arasında işgüzar münasibətlərinə yeni baxış bucağı formalaşdırır. Bu kontekstdə tərəflərin qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq xəttini ön plana çəkməsi dövlətlərarası münasibətlərdə mövcud olan kiçik mənfi effektlərin tədricən neytrallaşdırılmasına xidmət edə bilər.
Xüsusilə də ABŞ Konqresi tərəfindən 1992-ci ildə “Azadlığı müdafiə aktı”na əlavə edilən və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımına qadağa qoyan qanunvericilik aktının - “907-ci düzəliş” bu mənfi irsin simvolu kimi çıxış edir. Regionda yeni reallıqların yarandığı, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam təmin etdiyi bir şəraitdə bu düzəlişin mövcudluğu həm siyasi, həm də hüquqi baxımdan aktual görünmür. Bakı regional sülhün, əməkdaşlığın və Qərblə Şərq arasında strateji körpünün əsas təminatçılarından birinə çevrildiyi halda, 907-ci düzəliş kimi selektiv və ədalətsiz yanaşmaların davam etdirilməsi ABŞ-ın öz maraqları ilə də uzlaşmır. Bu baxımdan, sözügedən düzəlişin ləğvi Bakı-Vaşinqton əlaqələrində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, tərəflər arasında qarşılıqlı etimadın möhkəmlənməsinə və strateji əməkdaşlığın institusional əsaslar üzərində inkişafına mühüm töhfə verə bilər.
907-ci düzəliş: yeni il köhnə, mənfi mirası aradan qaldıracaq...
Yeri gəlmişkən, ABŞ Konqresinin saytında Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib. Sənəddə vurtğulanır ki, Azərbaycan Respublikası müstəqillik qazandığı gündən bəri ABŞ və onun tərəfdaşları üçün möhkəm müttəfiq olaraq qalıb, müharibə və sülh dövründə mühüm əməkdaşlıq həyata keçirib. Vurğulanır ki, Azərbaycan Cənubi Qafqazda sülhün prioritet olduğunu açıq şəkildə nümayiş etdirib və müvafiq sərhədlər, ərazi bütövlüyü Azərbaycan və Ermənistan tərəfindən razılaşdırılan sülh sazişi ilə təsbit olunub. Bu baxımdan qanun layihəsinə əsasən, Azadlığa Dəstək Aktının 907-ci maddəsi ləğv edilir və qanunun mündəricatında həmin maddə ilə əlaqəli bənd çıxarılır.
Qeyd edək ki, Konqresə Azərbaycana yardımla bağlı məhdudiyyətlərin ləğvini nəzərdə tutan qanun layihəsi dekabrın 9-da təqdim edilmişdi. Qanun layihəsinin təşəbbüskarı Respublikaçılar Partiyasından Florida ştatını təmsil edən konqresmen Luna Anna Paulinadır.
Xatırladaq ki, bu ilin avqust ayında ABŞ Prezidenti Donald Tramp tərəfindən “Azadlığa dəstək qanununa” 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncam imzalanmışdı. Prezidentin qərarında qeyd olunurdu ki, bu addım ABŞ-ın beynəlxalq terrorizmə qarşı səylərinin dəstəklənməsi üçün vacibdir və ABŞ Silahlı Qüvvələrinin və koalisiya tərəfdaşlarının hazırlığını dəstəkləyir. Eləcə də vurğulanırdı ki, bu qərar Azərbaycanın sərhəd təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır - Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqlarını zəiflətmir və Ermənistan əleyhinə istifadə olunmayacaq.
Bakı-Vaşinqton əlaqələri: əməkdaşlığın inkişafının perspektivləri aydın və çoxşaxəlidir
Göründüyü kimi Azərbaycan dövlətinin yürütdüyü praqmatik, əməkdaşlığa istinad edən, xüsusilə bərabərhüquqlu şəkildə qarşılıqlı maraqların qorunmasını özündə birləşdirən siyasət ölkəmizi qlobal dünyada etibarlı tərəfdaş kimi xarakterizə edir. Bakı bölgədə formalaşan reallıqlar əsasında vacib və müasir çağırışlara əsaslanan konfiqurasiya yaradır, yeni siyasi-iqtisadi nizama töhfə verir. Bu isə, əməkdaşlıqda maraqlı olan dövlətlər üçün əlaqələrin daha da güclənməsi perspektivini ön plana çəkir. Həm çoxtərəfli, həm də ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın bu geniş diapazonlu fəaliyyəti dünyanın aparıcı dövlətləri tərəfindən də təqdir olunur. Bu mənada, ABŞ-ın rəsmi Bakı ilə strateji təmasların gücləndirilməsində maraqlı olması təbiidir - qeyd edilməlidir ki, Donald Trampın yenidən dövlət başçısı seçilməsi ilə ABŞ - Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub. Avqustda Vaşinqtonda keçirilən görüşlər, iki ölkə prezidentlərinin Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunu imzalaması münasibətləri yeni bir mərhələyə daşıyır. ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın inkişafının perspektivləri aydın və çoxşaxəlidir - rəsmi Vaşinqton ölkəmizin regionda yaratdığı yeni reallıqları yüksək dəyərləndirir. Bu isə ABŞ-ın Azərbaycanın yaxın tərəfdaşı olması həqiqətini növbəti dəfə nümayiş etdirməklə yanaşı, əlaqələri daha da möhkəmləndirməkdə maraqlı olduğunu sübut edir.
Münasibətlərə yeni baxış: strateji imkanlar genişlənir...
İkitərəfli münasibətlərdə mənfi nüans kimi qiymətləndirilən bu düzəliş ilk dəfə 1992-ci ildə senator Con Makkeyn tərəfindən təklif edilmişdi. Sonradan isə senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqresmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən Konqresdə irəli sürüldü və erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edildi. 11 sentyabr 2001-ci ildə terror aktından sonra Konqres prezidentə düzəlişi ləğv etmək hüququ verən qanun qəbul etdi. Cozef Baydenin ABŞ prezidenti seçilməsinin ardından isə rəsmi Vaşinqtonun Azərbaycana dövlət yardımı göstərməsini qadağan edən bu düzəliş ləğv edilmədi.
Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin Tramp tərəfindən məhz Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır, ABŞ-n Azərbaycanla əlaqələrin inkişafına verdiyi önəmin təcəssümünü özündə ifadə edir. Düzəlişin ləğvi bütövlükdə regionun inkişafında yeni bir cığır açacaq. O baxımdan ki, Cənubi Qafqazda dayanıqlı sabitliyin qurulması, münaqişə dövrünün qalıqlarının aradan qaldırılması həm inteqrasiya prosesinin sürətlənməsinə, həm də qlobal gündəliyin daha müsbət çalarlar qazanmasına imkan verəcək. Zəngəzur dəhlizinin (TRIPP) açılması regional iqtisadi əməkdaşlığı yeni mərhələyə daşıyacaq və Şərq-Qərb nəqliyyat xəttində yeni strateji imkanlar yaradacaq. Bu isə ABŞ-ın Cənubi Qafqaz ilə əməkdaşlıq prioritetlərini daha da genişləndirir
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

