Avrasiyanın mühüm nəqliyyat qovşağı
10.01.2026 [12:48]
Yüksək səviyyəli infrastruktur hər bir ölkədə iqtisadi inkişaf və social rifahın təmin olunması baxımından müstəsna önəm daşıyır. Son 22 ildə böyük həcmlərdə investisiya qoyuluşu hesabına həyata keşirlən irimiqyaslı layihələr sayəsində Azərbaycan infrastruktur təminatı göstəricilərinə görə dünyanın ən qabaqcıl ölkələri sırasına yüksəlib. Prezident İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində işğaldan azad olunmuş ərazilərdə və digər bölgələrdə həyata keçirilən infrastruktur quruculuğu, nəqliyyat bağlantılarının yaradılması, yeni yolların inşasına diqqət çəkib. “Bu gün bizim iki investisiya proqramımız var - biri ənənəvi proqramdır, digəri isə Qarabağ və Şərqi Zəngəzur üçündür. Hər ikisi yüksək səviyyədə icra olunaraq uğurla həyata keçirilir. Biz bağlılıq, nəqliyyat məsələlərində daha çox iş görməliyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Beynəlxalq və yerli əhəmiyyətli yolların yenidən qurulması
Dövlət başçısının yol-nəqliyyat bağlantılarının önəminə xüsusi diqqət çəkməsi təsadüfi deyil. Azərbaycan sürətlə inkişaf edir, ölkəmizə on minlərlə avtomobil gətirilir. Bu da bağlantılara, yol infrastrukturuna tələbatın artması deməkdir. Azərbaycanın coğrafi yerləşməsini nəzərə aldıqda deyə bilərik ki, ölkə ərazisində yol təsərrüfatının yenilənməsi həm də regionda və dünyada müşahidə edilən reallıqlarla şərtlənir. Yaxın Şərqdə, Qırmızı dənizdə baş verənlər, Rusiya-Ukrayna müharibəsinin uzanması regionda və qlobal miqyasda ölkələri, daşıma şirkətlərini alternativ nəqliyyat-logistika marşrutları axtarmaq məcburiyyətində qoyub. Belə bir şəraitdə nəzərlər həm də Azərbaycana dikilib.
Hazırda Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat-logistika mərkəzinə çevrilib ki, bu da respublikamızın regional və qlobal miqyasda önəmini artıran çox mühüm amillərdən biri qismində çıxış edir. Beynəlxalq səviyyəli yolların yenidən qurulması Azərbaycanın strateji maraqlarına cavab verir. Ölkəmiz tranzit daşımalarının cəlbediciliyini yüksəltməklə özünün valyuta gəlirlərinin həcmini artırmağı və mənbələrini şaxələndirməyi hədəfləyib. Eyni zamanda, Prezident İlham Əliyev ölkə ərazisində bütün yerli əhəmiyyətli, o cümlədən də kənd yollarının yenidən qurulmasını davamlı olaraq diqqət mərkəzində saxlayır.
Azad edilmiş ərazilərin bərpası proqramı çərçivəsində burada müasir yol-nəqliyyat infrastrukturunun qurulmasını da əsas prioritetlərdən biri kimi müəyyənləşdirib və çoxsaylı yol layihələri həyata keçirilib. “Bütün o bölgəni bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir. Bu bölgəni Azərbaycanın digər bölgələri ilə, - Kəlbəcər vasitəsilə Gəncə-Qərb istiqaməti, Tərtər-Bərdə-Bakı istiqaməti, Füzuli-Biləsuvar-Cənub istiqaməti ilə əlaqələndirməklə, ölkədə bağlantılar daha etibarlı olacaq, yola sərf olunan vaxt qısalacaq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri çərçivəsində ən zəruri infrastrukturun yaradılması ilə bağlı Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən dəmir yollarının tikintisi işləri də qrafik üzrə davam etdirilib. Uzunluğu 140,6 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi sürətlə davam etdirlir. Beynəlxalq əhəmiyyətli marşrut olmaqla Horadiz-Ağbənd dəmir yolu yaxın gələcəkdə Asiya ilə Avropa arasında yüklərin sürətlə daşınmasında böyük rol oynayacaq. Bərdə-Ağdam dəmir yolunun bərpası istiqamətində də mühüm irəliləyişlər əldə olunub. Bütövlükdə, son 22 ildə ölkə ərazisində 1.562 km yeni dəmir yolu xətti çəkilib, 1.906 km uzunluğunda xətlərdə isə zəruri təmir işləri həyata keçirilib. eyni zamanda, müasir qatar və vaqonlar alınıb.
Bütövlükdə, son 22 ildə ölkəmizdə avtomobil yollarının yenidən qurulması ilə bağlı statistika kifayət qədər zəngindir. Belə ki, bəhs olunan dövrdə ölkə ərazisində 20.767 km yol inşa olunub və yaxud əsaslı şəkildə yenidən qurulub. Prezident İlham Əliyev təkcə Bakıda 2500 kilometr yol salınmasını böyük nailiyyət kimi dəyərləndirib. Bundan başqa, bəhs olunan dövrdə ölkə ərazisində 499 körpü və yol ötürücüləri, həmçinin 114 yeraltı və yerüstü piyada keçidləri inşa olunub.
Dəniz nəqliyyatının inkişafı
Azərbaycanın tranzit daşımaları baxımından artan önəmi nəzərə alınmaqla ölkəmizdə dəniz nəqliyyatının inkişafı xüsusi diqqət mərkəzində saxlanılır. Bu gün Azərbaycan Xəzərdə ən böyük donanmaya malikdir. Artıq mrespublikamızın Xəzər dənizi ilə yanaşı, Qara dənizdə və digər beynəlxalq sularda də daşımalar həyata keçirmək imkanı yaranıb. Buna Azərbaycan su nəqliyyatı parkını yeniləməklə nail olub. Üç böyük tanker alınıb. Onların hər biri 115 min ton yükgötürmə qabiliyyətinə malikdir. Xarici sualarda Azərbaycan bayrağı altında üzən gəmilər “Aframax” tipli tankerlərdir. İndiyə qədər Azərbaycan gəmiçilik tarixində istismar edilən ən böyük tanker 13 000 ton dedveytə malik olub. Beləliklə, həmin gəmilərdən təxminən 10 dəfə böyük olan “Aframax” tipli tankerlərin alınması ilə Azərbaycan gəmiçiliyi yeni dövrə qədəm qoyub.
Ölkəmizdə gəmiqayırma zavodunun inşası da nəqliyyat imkanlarımızın genişlənməsi baxımından mühüm önəm daşıyır. İstehsalat Xəzər dənizində ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə, dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir.
Güclü dövlət olan Azərbaycan həmçinin liderlik keyfiyyətləri nümayiş etdirərək Xəzərdə ən böyük ticarət limanının inşasına nail olub. Bu liman hazırda dünyada mövcud olan ən yüksək standartlar səviyyəsində inşa olunub. Yeni liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Hazırda Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal iş aparılır. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər yük donanması Orta Dəhlizin funksionallığını təmin edən vacib nəqliyyat infrastrukturlarıdır.
Dəmir yolu şəbəkəsinin və hava nəqliyyatının müasirləşdirilməsi
Daxili və tranzit yük daşımalarının artması həmçinin dəmir yolu şəbəkəsinin və hava nəqqliyyatının imkanlarının artmasını şərtlənndirir. Son 22 ildə reallaşdırılan çoxsaylı layihələrin sayəsində respublikamızda dəmir yolu şəbəkəsinin texniki imkanları və keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb, texnika parkı modernləşib. Müvafiq Dövlət Proqramının icrası sürətlə təmin olunur. Bu çərçivədə Bakı-Böyük Kəsik istiqamətində 355 km yol əsaslı təmir olunub və 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib. 2015-ci ilin sentyabrında yenidən qurulan Bakı-Sumqayıt dəmir yolu xətti ilə Azərbaycanda ilk “Stadler” qatarı yola düşüb. 2019-cu ildə Bakı-Sabunçu və Sabunçu-Pirşağı xətləri istifadəyə verilib. 2020-ci il martın 18-də isə Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin açılışı ilə Abşeron dairəvi xətti tam istismara verilib. Abşeron dairəvi xəttinin istismar uzunluğu 91 kilometr, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir. Bu yol Bakının və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən birinə çevrilib.
Bəhs olunan dövrdə respublikamızda 10-dək aeroportun inşası təmin edilib. Hazırda ölkənin regionlarında da beynəlxalq səviyyəli hava limanları fəaliyyət göstərir. Üç beynəlxalq səviyyəli hava limanı Füzuli, Zəngilan və Laçında olmaqla işğaldan azad edilmiş ərazilərdə istifadəyə verilib. Prezident İlham Əliyev həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunun genişləndirləcəyinin anonsunu da edib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58

