Yeni qlobal nizamda Bakı-Vaşinqton xətti
28.01.2026 [11:29]
ABŞ vitse-prezidentinin planlaşdırılan Bakı səfəri: Azərbaycanın Avrasiya siyasətində artan rolu önə çıxır
XXI əsrin ilk onilliklərindən etibarən formalaşmağa başlayan yeni dünya nizamı beynəlxalq münasibətlərin klassik arxitekturasında ciddi korrektələr aparır. Qlobal güc balansının yenilənməsi, təhlükəsizlik çağırışlarının çoxşaxəli xarakter alması, enerji və nəqliyyat marşrutlarının yenidən dizayn olunması dövlətlərarası münasibətlərdə yeni reallıqlar yaradıb. Artıq yalnız supergüclər deyil, “orta güc” kateqoriyasına daxil olan, lakin çevik diplomatiya, strateji baxış və dayanıqlı iqtisadi potensiala malik ölkələr də qlobal proseslərdə aparıcı aktora çevrilir.
Son 5 ildə bu transformasiya daha sürətli və daha aydın müşahidə olunur. Geosiyasi risklərin artdığı, regional münaqişələrin qlobal təsir dairəsi qazandığı bir şəraitdə etibarlı tərəfdaşlıq, balanslı siyasət və praqmatik yanaşma əsas üstünlüklər kimi ön plana çıxır. Məhz bu kontekstdə Azərbaycan yeni qlobal nizamın diqqət mərkəzinə gələn əsas dövlətlərdən biri kimi çıxış edir. Avrasiya məkanının mərkəzində yerləşən Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub oxları üzrə mühüm nəqliyyat-logistika qovşağı olmaqla yanaşı, enerji təhlükəsizliyi və regional sabitlik baxımından da aparıcı rola malikdir. Əgər 2005-2020-ci illər ərzində Azərbaycan əsasən Cənubi Qafqaz regionunun lider dövləti kimi qəbul edilirdisə, Vətən müharibəsində əldə olunan tarixi Qələbə və ardınca həyata keçirilən antiterror tədbirləri nəticəsində yaranmış yeni təhlükəsizlik arxitekturası ölkənin təsir miqyasını həm siyasi, həm də iqtisadi kateqoriya ilə xeyli genişləndirdi. Bu gün Bakı Cənubi Qafqazla yanaşı, Mərkəzi Asiyanı, Xəzər hövzəsini və daha geniş Avrasiya coğrafiyasını birləşdirən strateji həlqə dövlətlərindən biri kimi dəyərləndirilir.
Qütblər arasında uzlaşma və strateji qovşaq
Rəsmi Bakının həyata keçirdiyi siyasi və iqtisadi strategiyanın əsas fərqləndirici cəhəti uzaqgörənlik, operativlik və çevik qərarvermə mexanizmlərinin mövcudluğudur. Azərbaycan dəyişkən beynəlxalq mühitdə hadisələri yalnız müşahidə edən tərəf deyil, eyni zamanda prosesləri istiqamətləndirən, təşəbbüslərlə çıxış edən aktor kimi mövqe tutur. Bu yanaşma müasir çağırışlara cavab verən, milli maraqlarla qlobal tendensiyaların uzlaşdırılmasına əsaslanan dövlət siyasətinin məntiqi nəticəsidir.
Azərbaycanın balanslı xarici siyasət kursu müxtəlif qütblər arasında körpü rolunu oynamaq imkanını formalaşdırıb. Qərb ilə Şərq, Şimal ilə Cənub arasında etibarlı dialoq platforması kimi çıxış edən Bakı fərqli maraqların toqquşduğu məkanda uzlaşma mühiti yaradır. Bu, xüsusilə enerji, nəqliyyat, təhlükəsizlik və humanitar əməkdaşlıq sahələrində özünü qabarıq şəkildə göstərir. Orta Dəhliz layihəsi bu baxımdan yalnız iqtisadi deyil, həm də geosiyasi məzmun daşıyır və Azərbaycanın yeni qlobal nizamda oynadığı rolun əsas sütunlarından birinə çevrilib.
Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə formalaşan regional əməkdaşlıq formatları və çoxtərəfli platformalar qlobal sistemdə humanizm, qarşılıqlı hörmət və suverenliyə əsaslanan yeni münasibətlər modelini təşviq edir. Rəsmi Bakı mövcud imkanları yalnız milli maraqlar kontekstində deyil, həm də regional rifah və sabitlik prizmasından dəyərləndirir. Bu yanaşma Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, onu qlobal əlaqələr sistemində etibarlı və məsuliyyətli tərəfdaş kimi tanıdır.
ABŞ-Azərbaycan əlaqələrində yeni nəfəs
Mövcud geosiyasi reallıqlar fonunda ABŞ ilə Azərbaycan arasındakı münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Son bir il ərzində Vaşinqtonun Cənubi Qafqaz siyasətində müşahidə olunan dəyişikliklər Azərbaycanın regional və qlobal roluna verilən önəmin artdığını göstərir. Tərəfdaşlıq formatının yenilənməsi, əməkdaşlıq sahələrinin genişləndirilməsi və siyasi dialoqun intensivləşdirilməsi bu münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlandığını deməyə əsas verir.
ABŞ üçün Azərbaycan təkcə regional sabitliyin təminatçısı deyil, həm də Avrasiya məkanında etibarlı strateji tərəfdaşdır. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, terrorizmə qarşı mübarizə və regional təhlükəsizlik məsələlərində Bakı ilə Vaşinqtonun maraqları üst-üstə düşür. Məhz bu kontekstdə ABŞ vitse-prezidenti Ceyms Devid Vensin fevral ayında Bakıya səfəri rəmzi yox, dərin siyasi məna daşıyan hadisə kimi qiymətləndirilir. Bir müddət öncə, Davosda Prezident Trampla Prezident İlham Əliyev arasında baş tutan görüş ABŞ-Azərbaycan münasibətlərinin yalnız mövcud gündəliklə məhdudlaşmadığını, uzunmüddətli strateji baxışa əsaslandığını ortaya qoydu. Azərbaycan bu gün ABŞ-ın regiondakı ən yaxın və etibarlı tərəfdaşlarından biri kimi çıxış edir və bu status real siyasi addımlar, konkret əməkdaşlıq mexanizmləri ilə möhkəmləndirilir.
Regional gələcəyə dair maraqlar üst-üstə düşür
ABŞ-ın regionun gələcək inkişafında maraqlı olduğunu göstərən əsas amillərdən biri Zəngəzur dəhlizinə (TRİPP) verilən açıq dəstəkdir. Bu dəhliz təkcə regional kommunikasiya layihəsi deyil, həm də Avrasiya məkanında iqtisadi inteqrasiyanı gücləndirən, geosiyasi gərginlikləri azaldan strateji təşəbbüsdür. Vaşinqtonun bu layihəyə maraq göstərməsi Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq miqyasda qəbul olunduğunu təsdiqləyir. Bu fakt bir daha onu təsdiqləyir ki, bölgədə yaranan yeni sabitlik modeli Azərbaycanın hərbi-siyasi qələbəsinin nəticəsi olmaqla yanaşı, həm də davamlı iqtisadi əməkdaşlıq fəlsəfəsinə əsaslanan genişmiqyaslı regional inkişaf konsepsiyasına söykənir. Azərbaycanın təşəbbüskarı olduğu nəqliyyat və enerji layihələri regionu qlobal siyasi xəritədə vacib tranzit mərkəzinə çevirir. Zəngəzur dəhlizi (TRİPP) perspektivi Şərqlə Qərbi birləşdirəcək ən təhlükəsiz, ən qısa və ən funksional xətt kimi dəyərləndirilir. Bu dəhliz təkcə fiziki nəqliyyat koridoru deyil; bu, qlobal güclərin maraqlarını kəsişdirən, sabitliyə və davamlı əməkdaşlığa əsaslanan yeni geostrateji sistemin əsas sütunlarından biridir. Rəsmi Bakı bu sistemi formalaşdırmaqla regionda müharibə risklərini minimuma endirdi və Cənubi Qafqazı qlobal iqtisadiyyatın ayrılmaz bir hissəsinə çevirdi.
Bakı ilə Vaşinqton arasında ötən il avqustun 8-də Azərbaycan və ABŞ liderləri tərəfindən Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması, birgə işçi qruplarının formalaşdırılması və institusional əməkdaşlığın dərinləşdirilməsi ABŞ-Azərbaycan münasibətlərinin taktiki deyil, strateji xarakter daşıdığını göstərir. Bu yanaşma regionda uzunmüddətli sabitliyin təmin olunmasına və yeni iqtisadi imkanların açılmasına xidmət edir. ABŞ üçün Azərbaycan təhlükəsiz və proqnozlaşdırıla bilən tərəfdaşdır, Azərbaycan üçün isə ABŞ qlobal sistemdə mühüm siyasi və iqtisadi dayaqlardan biridir.
Yeni reallığın növbəti təsdiqi
Vurğulandığı kimi, artıq Bakı yeni qlobal nizamda fəal və məsuliyyətli aktor kimi seçilir. Azərbaycanın xarici siyasət fəlsəfəsinin mərkəzində əməkdaşlıq, sülh və təhlükəsizlik tezisləri dayanır. Rəsmi Bakı qlobal və regional proseslərdə qarşıdurma deyil, dialoq və uzlaşma xəttini təşviq edir. Məhz bu yanaşma Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir və onu yeni dünya nizamının əsas dayaqlarından birinə çevirir.
ABŞ vitse-prezidentinin Bakıya səfəri bu reallığın növbəti təsdiqi olmaqla yanaşı, Azərbaycan-ABŞ münasibətlərinin gələcək perspektivlərinin də konturlarını cızır. Yeni qlobal nizamda Azərbaycan artıq təkcə iştirakçı deyil, proseslərə istiqamət verən, regional və qlobal sabitliyə töhfə verən mühüm mərkəz kimi çıxış edir. Bu, həm milli maraqların təminatı, həm də beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

