Bakı yeni nizamı əməkdaşlıq, qarşılıqlı fayda və iqtisadi inteqrasiya üzərində qurur
07.02.2026 [08:10]
Prezident İlham Əliyev: Altı ay ərzində biz əməkdaşlığa başlamışıq...
Postmüharibə dövründə Azərbaycanın əsas məqsədlərindən biri regionu qlobal iqtisadi-ticari marşrutların mühüm həlqəsinə çevirmək, eyni zamanda qonşu dövlətlər arasında münasibətləri normal qonşuluq və qarşılıqlı maraqlar müstəvisinə çıxarmaqdır. Bu kontekstdə Bakının atdığı addımlar xüsusi diqqət çəkir. Ermənistanla münasibətlərin mərhələli şəkildə normallaşdırılması istiqamətində irəli sürülən təşəbbüslər Azərbaycanın konstruktiv və məsuliyyətli aktor olduğunu bir daha təsdiqləyir. Artıq Cənubi Qafqaz yeni inkişaf dövrünə qədəm qoyur və Ermənistanın da bu prosesə qoşulması regionun ümumi rifahı baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Ermənistan üzərindən tətbiq etdiyi iqtisadi məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırması, ötən ilin oktyabrında taxıl ixracının Azərbaycan ərazisi vasitəsilə həyata keçirilməsi mühüm siyasi və iqtisadi mesaj idi: Bu, son deyil, başlanğıcdır. Ardınca Bakının Ermənistana neft məhsullarının ixracına başlaması regional situasiyanın daha fərqli mərhələyə keçdiyini göstərir. Bu addım təkcə iqtisadi mahiyyət daşımır, eyni zamanda Azərbaycanın sülh prosesinə sadiqliyinin, sabitlik və qarşılıqlı asılılıq üzərində qurulan yeni regional düzənin tərəfdarı olduğunun bariz nümunəsidir.
788,8 min ABŞ dolları dəyərində məhsul ixracı...
Xatırladaq ki, ötən il dekabrın 18-də sülh gündəliyinə uyğun olaraq Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən, SOCAR tərəfindən istehsal edilmiş Aİ-95 markalı 22 vaqon benzin yola salınıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır. İlkin mərhələdə 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacaq Azərbaycan Dəmir Yollarının (ADY) yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb.
Bu il yanvarın 9-da isə Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb. 1742 ton Aİ-95 benzini və 956 ton dizel olmaqla, ümumilikdə 2698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib. Nəticə etibarı ilə, Azərbaycan Ermənistana 788,8 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
Beləliklə, Bakı göstərir ki, sülh abstrakt anlayış deyil, konkret iqtisadi faydalar və rifah deməkdir. Azərbaycanın atdığı bu addımlar regionda etimadın bərpasına xidmət etməklə yanaşı, sülh prosesinin praktik əsaslar üzərində inkişafına da real zəmin yaradır.
“Ermənistana neft məhsullarının ixracına başladıq”
Bu ixrac əməliyyatları, ərazimizdən Ermənistana yük daşınmasına icazə verilməsi rəsmi sülh sazişi imzalanmadan belə, Bakı ilə İrəvan arasında praktiki və praqmatik əməkdaşlıq elementlərinin formalaşmağa başladığını göstərir. Təbii ki, bu əməkdaşlıq zəmini sülh prosesinin inkişafına da təsir göstərməlidir - prosesin daha da inkişaf etdirilməsi siyasi proseslərin istiqamətlərindən və tərəflər arasında etimad mühitinin dərinləşməsindən asılı olacaq. Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindəki çıxışında Prezident İlham Əliyev bildirib ki, bu altı ay münasibətlərimizin inkişafı baxımından çox mühüm olmuşdur: “Biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni bu altı ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk”.
Vurğulandığı kimi, Azərbaycanın Ermənistana neft məhsullarının nəqli qərarı sülh prosesinin formalaşması və dayanıqlı xarakter alması baxımından strateji əhəmiyyət daşıyır. Çünki sülh yalnız siyasi bəyanatlar və diplomatik danışıqlarla deyil, tərəflər arasında qarşılıqlı etimad yaradan real iqtisadi əlaqələr vasitəsilə möhkəmlənir. Enerji kimi həyati və strateji sahədə əməkdaşlıq isə bu etimadın ən təsirli təminatçılarından biridir. Bakı bu addımla göstərir ki, sülh təşəbbüsü taktiki manevr deyil, uzunmüddətli regional sabitliyə hesablanmış düşünülmüş siyasətin tərkib hissəsidir.
Sülh inkişaf modelidir...
Neft məhsullarının nəqli Ermənistanın enerji təminatında kənar risklərin azalmasına, eyni zamanda regiondaxili əlaqələr mexanizmlərinin formalaşmasına xidmət edir. Bu əlaqələr isə özlüyündə əməkdaşlığı stimullaşdırır. Çünki iqtisadi əlaqələr nə qədər sistemli olarsa, münaqişə riskləri bir o qədər azalır. Azərbaycan bu reallığı nəzərə alaraq postmüharibə mərhələsində sülhü iqtisadi məzmunla zənginləşdirir və prosesin geri dönməzliyini təmin etməyə çalışır.
Digər tərəfdən, enerji əməkdaşlığı Ermənistan cəmiyyətinə də mühüm mesaj verir. Bu mesaj ondan ibarətdir ki, sülh ritorikası real dividendlər yaradır, qarşıdurma isə sosial-iqtisadi itkilərlə nəticələnir. Azərbaycan tərəfindən atılan bu addım sülhün yalnız regional deyil, eyni zamanda daxili ictimai dəstək qazanmasına şərait yaradır. Bu isə sülhün uzunmüddətli və davamlı olmasının əsas şərtlərindən biridir.
Azərbaycanın atdığı bu addım Bakının regionda yeni nizamı zor gücü ilə deyil, əməkdaşlıq, qarşılıqlı fayda və iqtisadi inteqrasiya üzərində qurduğunu təsdiqləyir. Məhz bu yanaşma sülhü müvəqqəti razılaşmadan real və davamlı inkişaf modelinə çevirir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

