Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Finlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Finlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

16.11.2013 [10:13]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Krister Mikelssonun etimadnaməsini qəbul edib.
Səfir Krister Mikelsson fəxri qarovul dəstəsinin qarşısından keçib.
Krister Mikelsson etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Xalqlarımız arasında uzun tarixi əlaqələrin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişafından məmnunluğunu bildirib. Finlandiya Respublikasının Prezidentinin Azərbaycana, Özünün isə Finlandiyaya səfərlərinə toxunan Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərləri əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib. Dövlətimizin başçısı Azərbaycan ilə Finlandiya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün böyük imkanların olduğunu vurğulayıb.
Səfir Krister Mikelsson ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib. İqtisadi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayan səfir əlaqələrimizin inkişaf etdirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Finlandiyalı diplomat Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.

Paylaş:
Baxılıb: 1011 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30