Uşaqlar zərərli informasiyalardan qorunmalıdır
12.06.2026 [11:25]
Bu baxımdan, qanunvericiliyə təklif olunan dəyişikliklər əhəmiyyətlidir
Hazırda bütün dünyada informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Bu inkişafın göstəricilərindən biri də sosial şəbəkələrin mövcudluğudur. Sosial şəbəkələr artıq həyatımızın bir hissəsinə çevrilib. Sosial şəbəkələrin faydası çox olsa da, problemli məqamlar da istisna deyil.
Sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu bir dövrdə, xüsusilə uşaqların ondan nəzarətsiz istifadə etməsinin qarşısı alınmalıdır. Yəni internet resursları, müasir texnologiyalar müsbət cəhətləri ilə yanaşı, insanların davranışlarına, düşüncəsinə, xüsusi ilə, uşaqların sosial-psixoloji inkişafına ziyan vura bilir. İnternet resurslarında etikaya, əxlaqa zidd paylaşımlar, yayımlanan bəzi filmlər, oyunlar uşaq və yeniyetmələrin düşüncəsinə, dünyagörüşünə mənfi təsir edir. Belə hallar yeniyetmələri təhsildən yayındırır, onları başqa zərərli vərdişlərə aludə edir. Hətta bəzi hallarda onların aqressiv davranmalarına və nəticə etibarilə qanunazidd hərəkətlərə yol vermələrinə səbəb olur.
Ona görə də, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi zəruridir. Bu baxımdan Milli Məclisdə müzakirəyə çıxarılmış qanun layihəsi əhəmiyyətlidir. Hazırda bu məsələ gündəmdədir və ictimai səviyyədə də müzakirə olunur. Yeri gəlmişkən, iyunun 10-da “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin ictimai müzakirəsi keçirilib. Tədbirdə müvafiq dövlət qurumları, media subyektləri və jurnalist təşkilatlarının səlahiyyətli nümayəndələri, həmçinin əlaqəli sahələr üzrə məsul şəxslər, rəqəmsal məzmun yaradıcıları və ekspertlər iştirak ediblər.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, İnzibati Xətalar Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda, eləcə də digər aidiyyəti normativ-hüquqi aktlarda dəyişikliklər edilməsi barədə qanun layihəsi, uşaqların virtual məkanda təhlükəsizliyinin təmin edilməsinə, bütövlükdə isə milli rəqəmsal ekosistemin hüquqi tənzimlənməsinə yönəlib. O vurğulayıb ki, həm universal etik normalara, həm milli maraqlarımıza, həm də qabaqcıl beynəlxalq hüquqi standartlara tam cavab verən bu dəyişikliklər milli informasiya mühitinin sağlamlaşdırılmasına və gələcək nəsillərin qorunmasına mühüm töhfə verəcək.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə müasir informasiya mühitində baş verən transformasiyalar, rəqəmsal platformaların cəmiyyət həyatına təsiri və bu sahədə hüquqi tənzimləmələrin əhəmiyyəti barədə fikirlərini bölüşüb. Qeyd olunub ki, informasiya təhlükəsizliyinin təmin edilməsi, vətəndaşların hüquqlarının qorunması və sağlam informasiya mühitinin formalaşdırılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov rəqəmsallaşmanın sürətlə genişləndiyi şəraitdə informasiya təhlükəsizliyi məsələlərinin aktuallığından bəhs edib. Bildirib ki, rəqəmsal mühitdə istifadəçilərin hüquqlarının qorunması, məsuliyyətli davranışın təşviqi və təhlükəsiz informasiya ekosisteminin yaradılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi olduqca vacibdir.
Milli Kibertəhlükəsizlik Agentliyinin sektor müdiri Həvva Hüseynli təqdimatla çıxış edərək qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin əsas istiqamətləri barədə məlumat verib. Vurğulanıb ki, təklif olunan yeniliklər informasiya mühitində mövcud çağırışlara uyğun hüquqi mexanizmlərin təkmilləşdirilməsinə və rəqəmsal təhlükəsizliyin daha effektiv təmin olunmasına xidmət edir.
Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov rəqəmsal mühitin uşaqlar üçün mühüm inkişaf imkanları yaratmaqla yanaşı, real həyatları üçün qlobal miqyasda ciddi təhlükə və risklərlə də müşayiət olunduğunu bildirib. Qeyd olunub ki, uşaqların təhlükəsiz informasiya mühitində inkişafının təmin edilməsi, onların zərərli məzmundan müdafiəsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsi xüsusi aktuallıq daşıyır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu təhsil mühitində informasiya təhlükəsizliyi üzrə biliklərin artırılmasının, müəllim və şagirdlərdə rəqəmsal risklərə qarşı düzgün davranış vərdişlərinin formalaşdırılmasının, media və informasiya savadlılığının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, xüsusilə gənclər arasında tənqidi düşüncə bacarıqlarının formalaşdırılması, təhlükəsiz rəqəmsal davranış vərdişlərinin aşılanması və maarifləndirici fəaliyyətlərin genişləndirilməsi bu istiqamətdə mühüm rol oynayır.
Səhiyyə Nazirliyinin sektor müdiri Aynurə Zeynalova informasiya mühitinin uşaqların və yeniyetmələrin psixoloji rifahına təsirindən bəhs edib. Vurğulanıb ki, zərərli məzmunun mümkün təsirlərinin azaldılması, profilaktik tədbirlərin gücləndirilməsi və valideynlərin məlumatlandırılması sağlam inkişaf mühitinin formalaşdırılması baxımından vacibdir.
Ədliyyə Nazirliyinin Sosial normativ aktlar idarəsinin rəisi Aytən Məmmədova çıxışında qanun layihəsinin hüquqi aspektlərinə toxunub. Qeyd edib ki, təklif olunan dəyişikliklər hüquqi tənzimləmələrin təkmilləşdirilməsinə, tətbiq mexanizmlərinin daha səmərəli qurulmasına və müasir informasiya mühitində yaranan çağırışlara adekvat cavab verilməsinə yönəlib.
İctimai müzakirə zamanı iştirakçılar tərəfindən qanun layihəsində nəzərdə tutulan dəyişikliklər ətrafında geniş və fəal fikir mübadiləsi aparılıb, müxtəlif yanaşmalar və mövqelər səsləndirilib, təkliflər irəli sürülüb. Layihənin ayrı-ayrı müddəaları üzrə aktiv diskussiyalar keçirilib, iştirakçıları maraqlandıran məsələlər ətrafında ətraflı mülahizələr təqdim olunub, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində konstruktiv yanaşmalar irəli sürülüb. Eyni zamanda, dəyişikliklərin mümkün təsirləri, tətbiqi mexanizmləri və gözlənilən nəticələri ilə bağlı baxışlar bölüşülərək peşəkar və səmərəli dialoq mühiti formalaşıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

