Sadiq və etibarlı enerji təchizatçısı
18.07.2026 [11:53]
Azərbaycan Avropa İttifaqı ölkələrinə qaz nəqlinin coğrafiyasını genişləndirir
Prezident Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Azərbaycanın dünya ölkələrinin enerji təhlükəsizliyində oynadığı müstəsna rola toxunaraq bildirib ki, 2026-cı ilin əvvəlindən Almaniya və Avstriyaya qaz ixracına başlamaqla Avropa qaz bazarında mövqeyimiz daha da genişlənib. Hazırda Azərbaycan 16 ölkəyə qaz tədarük edir, onlardan 10-ü Avropa İttifaqına üzv olan ölkələrdir. Avropa bazarı yüksək qiymətlərin formalaşdığı, ölkəmiz üçün premium hesab edilən bazardır. Buna görə də ixrac imkanlarımızı daha da genişləndirməkdə olduqca maraqlıyıq. Hazırda boru kəmərləri vasitəsilə qaz ixracının coğrafi əhatəsinə görə, Azərbaycan dünyada birinci yerdədir.
Pan-Avropa enerji təchizatçısı
Yüksək etimad və sadiq tərəfdaşlığın nəticəsidir ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Respublikamızdan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və möhkəmləndirilməsində böyük dəyişiklik yaradır. Mövcud proqnozlara görə, 2026-2028-ci illərdə ölkəmzin Avropa regionuna ixracı 15-16 milyard kubmetrə çataçaq. Növbəti illərdə ixracın artırılması üçün digər mənbələr də səfərbər olunacaq. Bu məsələ bir neçə gün əvvəl Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı da əsas müzakirə mövzularından biri kimi diqqətə çatdırılıb.
Tərəflər arasında sadiqlik və həmrəylik amili nəzərə alınmaqla, uzunmüddətli vacib enerji platforması qurulacaq. Cənab Antonio Koştanın da etiraf etdiyi kimi Azərbaycanın Avropa ölkələrinin enerji təchizatının şaxələndirilməsində rolu nəzərə alınaraq bu istiqamətdə mövcud imkan resurslarının daha da diversifikasiyası nəzərdə tutulur. Mövcud möhkəm hüquqi çərçivə sənədinə əsasən, Cənub Qaz Dəhlizinin nəql infrastrukturlarının artırılması da bu ssenariyə daxildir.
Cənub Qaz Dəhlizinin genişləndirilməsinə yeni sərmayələr cəlb olunacaq
Azərbaycanın hasilatı və ixracı artırmaq üçün kifayət qədər potensialı mövcuddur. Hazırda qaz tədarükündə əsas mənbə olan “Şahdəniz -2” layihəsi üzrə hasilat hər il artır və təkcə bu mənbədən illik 16-17 milyard kub.metr qaz istehsal olunur. “Şahdəniz”in əlavə ehtiyatlarından başqa, “Azəri-Çıraq-Günəşli” (ACG) blokundan hasilatın həcmi yüksəlir. Cəmi bir neçə ay əvvəl AÇG-nin dərin qaz yatağından - “ACG Deep Gas” adlandırılan layihə çərçivəsində hasilata başlanılıb. Eyni zamanda, təsdiq edilmiş iş proqramı və investisiya portfeli əsasında mövcud yataqlarda da hasilatın artırılması istiqəmində ardıcıl işlər görülməkdədir. “Abşeron” və “Ümid” yataqlar blokundakı dərin qaz ehtiyatları, olduqca perspektivli “Şəfəq-Asiman”, “Babək”, “Zəfər-Məşəl” və başqa strukturlar da ölkəmizin potensialının artmasında mühüm rol oynamaqdadır. Əsas perspektivli yataqlardan biri olan “Abşeron” yatağında da hasilatın həcmində əhəmiyyətli artımlar müşahidə edilməkdədir. 2025-cü ildə bu yataqdan 2 milyard kub.metrdən çox qaz hasil edilib ki, bu, əvvəlki illə nisbətdə 2 dəfəyə yaxın artım deməkdir. Yataqda 350-360 milyard kub.metr qaz ehtiyatları ehtimal edilir. Digər qiymətləndirmələr bu yatağın ehtiyatlarının 400 milyard kub.metrdən də çox olduğunu deməyə əsas verir. Bu isə təkcə, “Abşeron”un Aİ-yə ən azı 20-25 qaz nəqlində perspektiv mənbə olacağını təsdiqləyir.
Nəticədə, hasilat həcmlərinin artırılması Azərbaycanın qaz istehsalı nəqlinin böyüməsi fonunda Cənub Qaz Dəhlizinin ixrac infrastrukturunun da genişləndirilməsi də labüdləşir. Bu ehtiyaclar fonunda TAP kəmərinin ötürücülük potensialının genişləndirilməsi istiqamətində davamlı addımlar atılır. Dövlət başçısı bu məsələyə münasibət bildirərkən xatırlatdı ki, həm hasilat həcmlərinin artması, həm də bölgədə baş verən geosiyasi proseslər, xüsusilə də, Rusiya-Ukrayna müharibəsi mövcud qaz nəqli infrastrukturunun genişləndirilməsini zəruri edir. Bu baxımdan əsas sual ondan ibarətdir ki, boru kəmərlərinin ötürmə qabiliyyətinin artırılması üçün zəruri maliyyə vəsaiti tələb olunur ki, həmin sərmayələrin cəlb edilməsi məsələsi Ursula Fon der Lyayenin səfəri zamanı ətraflı müzakirə olunub.
Tərəfdaşlığın yeni mərhələsi - “yaşıl enerji”
Şuşa Media Forumunda Azərbaycanın ənənəvi enerji tədarükü ilə yanaşı, Avropa regionuna bərpaolunan enerji resurslarının nəqli imkanlarına da diqqət çəkildi. Azərbaycan qaz nəqlini həm istehsalın həcminin artması, həm də bərpaolunan enerjinin daxili yanacaq təchizatında rolunun artması sayəsində qaza qənaət edilməsi hesabına artırır. Belə ki, “yaşıl enerji”nin istehsalının son 3 ildə 5 milyard KVs.ta çatdırılması yerli qaz istehlakında azalmanı təmin edir ki, əldə edilən qənaət hesabına xarici dövlətlərə nəql potensial böyüyür. Nəticədə, regionun ən nəhəng ixrac arteriyalarından biri olan Cənub Qaz Dəhlizi və TAP-ın nəqli coğrafiyası genişlənir.
Cənab İlham Əliyevin vurğuladığı kimi bərpaolunan enerji sahəsində genişmiqyaslı işlər həyata keçirilir və bu, enerji mənbələri xeyli həcmdə qaza qənaət etməyə imkan verir və gələcəkdə bu göstərici daha da artacaq. Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji mənbələri üzrə 8 giqavat generasiya gücünə çatmağı planlaşdırır. Həmin enerji mənbələri sahəsində tərəfdaş ölkələrlə əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın “yaşıl potensialı”nın Avropaya tədarükü, Qara dəniz sualtı kabeli layihəsinin qlobal bağlantıya çevrilməsinin başa çatdırılması üzərində işlər uğurla aparılır. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji tərəfdaşlığının yeni mərhələdə inkişafı məqsədilə yaradılan yüksək səviyyəli enerji dialoqu da məhz bu prioritetləri əks etdirir. Belə ki, 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in tələblərinə əsasən, dörd ölkənin - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın iştirakı ilə daha geniş format yaradılıb. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və ya “Qara dəniz kabeli” adlanan layihə Azərbaycanın külək və günəş enerjisi stansiyalarından əldə edilən “yaşıl enerji”nin Avropaya nəqlini nəzərdə tutur. “Həmrəylik halqası” marşrutu sxeminə əsasən, Xəzər-Aİ “yaşıl enerji” dəhlizi Avropaya təhlükəsiz və etibarlı mənbədən bərpaolunan enerji resurslarını nəql etməklə, Azərbaycanın ixracının şaxələnməsini təmin edəcək.
Beləliklə, enerji bazarında etibarlı, proqnozlaşdırılabilən və alternativ mənbə olan Azərbaycan qazı, bu gün Aİ ölkələri üçün on il əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir və əməkdaşlığın artırılması birgə etimadı daha da möhkəmləndirir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45

