Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

12.03.2014 [09:44]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Keralinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Henri Kerali Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf tədbirlərini, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. O, Dünya Bankı ilə ölkəmiz arasında əməkdaşlığın razılıq doğurduğunu bildirib.
Son illər Azərbaycanda uğurlu iqtisadi inkişafa nail olunduğunu vurğulayan Prezident İlham Əliyev hazırda ölkəmizdə yeni beş illik iqtisadi inkişaf proqramının təsdiq edildiyini və həmin proqramda qeyri-neft sektorunun və sənayenin inkişafına əsas prioritet sahələrdən biri kimi geniş yer ayrıldığını deyib. Dövlətimizin başçısı proqramın icrasında Azərbaycanda yüksək demoqrafik inkişaf proseslərinin nəzərə alındığını da qeyd edib. Prezident İlham Əliyev ölkədə orta təbəqənin sosial vəziyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.
Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 765 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30