Azərbaycan Prezidenti İlham Əliyev Neftçala rayonuna səfər edib
30.05.2014 [09:17]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Neftçala rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində yeni ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Neftçalada Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “İlk növbədə sizi Respublika Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu gün böyük bayramdır, Respublika Günüdür, müstəqillik günüdür. Dünən Bakıda təntənəli tədbir keçirilmişdir və bu gün bu bayramı qeyd etmək üçün mən Neftçalaya gəlmişəm. Bu gün - bu gözəl bayram günündə Heydər Əliyev Mərkəzi açılır. Bu hadisə də rəmzi xarakter daşıyır. Çünki bizim müstəqilliyimizin banisi məhz Heydər Əliyevdir. Məhz Onun fəaliyyəti, səyləri nəticəsində Azərbaycan dövlət müstəqilliyini möhkəmləndirdi və 20 ildən artıqdır ki, uğurla inkişaf edir.
Bu gözəl Mərkəz göz oxşayır. Həm xarici görünüşü, eyni zamanda, daxili dizaynı da çox gözəldir, zövqlə tikilibdir. Eyni zamanda, bu Mərkəzin funksional cəhəti də çox müsbətdir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün gözəl şərait var, dərnəklər, xarici dil kursları, kompyuter mərkəzi fəaliyyət göstərəcəkdir. Bir sözlə, bu Mərkəz doğrudan da bir mərkəz olacaqdır. Əminəm ki, Neftçala rayon sakinləri, gənclər bu Mərkəzdən səmərəli şəkildə istifadə edəcəklər.
Neftçalanın bu hissəsi abadlaşır, gözəlləşir, rayon mərkəzində quruculuq işləri aparılır. İstərdim ki, hər bir kənddə də işlər bu səviyyədə olsun. Bizim əsas məqsədimiz də bundan ibarətdir. Çünki regional inkişaf proqramlarının qəbulu məhz bu məqsədi daşıyırdı. Hər bir rayonda inkişaf olmalıdır. Hər bir rayonda, hər bir kənddə quruculuq işləri aparılmalıdır.
Biz bu gün - müstəqillik günündə görülən işlərə bir daha qiymət veririk və görüləcək işlər haqqında da əlbəttə ki, öz fikirlərimizi ifadə edirik. Mən dünən rəsmi qəbulda gələcək planlarımız haqqında fikirlərimi bildirdim, onları təkrarlamaq istəmirəm. Sadəcə olaraq bu gün burada olarkən bir daha regionların inkişafı ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Qəbul edilmiş proqramlar icra olunur. Bu, çox müsbət haldır. Deyə bilərəm ki, iki proqram artıqlaması ilə icra edilmişdir. İndi üçüncü proqram icra edilir, 2018-ci ilə qədər tamamilə icra olunacaq və o vaxta qədər bütün rayonlarımızda əsas infrastruktur layihələri başa çatmalıdır. Əminəm ki, biz buna nail olacağıq. Çünki bunlar çox konkret proqramlardır. Proqramların icrası üçün maddi təminat da vardır. Bu gün Azərbaycanın maliyyə vəziyyəti elədir ki, biz istənilən layihəni özümüz icra edə bilərik və edirik. Bunun üçün dövlət büdcəsindən vəsait ayrılır, regionların inkişafı ilə bağlı nəzərdə tutulmuş məsələlər öz həllini tapır. Əsas məsələ ondan ibarətdir ki, bütün işlər vaxtında və keyfiyyətlə görülsün. Əminəm ki, biz buna nail olacağıq və artıq bütün bölgələrdə infrastruktur layihələri 2018-ci ildə başa çatacaqdır. O cümlədən Neftçala rayonunda da həllini gözləyən layihələr icra edilir və ediləcəkdir.
İlk növbədə yolların tikintisi diqqət mərkəzində olmalıdır. Bu məqsədlə iki il bundan əvvəl burada bir neçə kəndi birləşdirən yolun tikintisinə vəsait ayrılmışdır və o layihə icra edilib. Salyan-Neftçala avtomobil yolunun əsaslı təmiri nəzərdə tutulur. İndi cari təmir aparılmışdır, ancaq bu yol əsaslı təmir olunacaqdır və biz yaxın zamanlarda buna da başlayacağıq. Bakı-Salyan yolunun böyük hissəsi artıq istifadəyə verilib, dördzolaqlı çox gözəl yoldur. Yəni, buradan həm Bakı, həm digər rayonlarla əlaqələr daha da möhkəm olacaqdır. Kənd yollarının tikintisi də gündəlikdə duran məsələdir. Biz bütün rayonlardan, həm yerli icra orqanlarından, eyni zamanda, vətəndaşlardan təkliflər almışıq. Neftçalada böyük bir yol layihəsinin icrası həllini gözləyir. Bu da 61 kilometr uzunluğunda, təqribən 20-dən çox kəndi birləşdirən bir yol olacaqdır. Beləliklə, həm o yol, həm də hazırda icra edilmiş yol layihələri demək olar ki, kənd yolları problemini bütünlüklə həll edəcəkdir.
Digər məsələlər də, digər problemlər də vardır. Siz onları yaxşı bilirsiniz, mən də bilirəm. Biz onları da tədricən həll edirik. Burada əsas problem içməli su məsələsidir. Biz çalışmışıq ki, son illər ərzində bu məsələni tədricən həll edək. İyirmidən çox kənddə təmizləyici qurğular quraşdırılmışdır və bu qurğular əhalinin təxminən 50 faizini təmin edir. Ancaq biz Neftçala sakinlərini təmiz içməli su ilə tam şəkildə təmin etməliyik və bunu edəcəyik. Layihələr hazırlanır, yəqin ki, yaxın vaxtlarda onların icrasına başlanacaqdır. Modul tipli layihələr də əlbəttə ki, davam etdiriləcəkdir. Ancaq şəhərin yeni şəbəkəsi qurulmalıdır. Yeni mənbələr aşkar edilməlidir və əlbəttə ki, infrastruktur işləri aparılmalıdır. Bu, gündəlikdə duran məsələdir və bu məsələ öz həllini tapacaqdır.
Qazlaşdırma ilə bağlı problemlər vardır. O mənada ki, Neftçala rayonu hələ 100 faiz qazlaşdırılmayıbdır. Təxminən 50 faiz qazlaşdırılıbdır. Əhalinin 50 faizi qazla təmin edilir. Neftçala rayonunda qazlaşdırma 100 faiz olmalıdır və qarşıya belə vəzifə qoyulubdur. Hesab edirəm ki, bu məsələlərlə məşğul olan dövlət qurumları bu işləri daha da sürətlə aparmalıdırlar.
Sosial infrastrukturun yaradılması əlbəttə, daim diqqət mərkəzindədir. Mərkəzi xəstəxanada təmir işləri başlanır, vəsait ayrılıbdır. Yeni Olimpiya Kompleksi tikiləcəkdir. Məktəblər təmir edilir, tikilir. Yəni, bax, bütün bu sosial və infrastruktur məsələlərinin həlli gündəlikdədir. Biz bu məsələləri bilirik, onları icra edirik və edəcəyik.
Şübhəsiz ki, Neftçala rayonunda yeni iş yerlərinin açılması da çox vacib məsələdir. Burada bir neçə müəssisə fəaliyyət göstərir. Ancaq hesab edirəm ki, onların sayı daha da çox olmalıdır. Xüsusilə nəzərə alaq ki, bu il “Sənaye ili” elan edilmişdir. “Sənaye ili”nin xüsusiyyəti ondan ibarətdir ki, bu sahəyə daha da böyük diqqət göstərilir. Bizim bir neçə böyük sənaye mərkəzimiz vardır və onların inkişafı əlbəttə ki, prioritet xarakter daşıyır. Ancaq, eyni zamanda, mən göstəriş vermişəm ki, hər bir rayonda sənaye zonaları yaradılsın. Hər bir rayonun xüsusiyyətlərinə görə bu zonalarda müxtəlif istehsalat sahələri yaradılsın. O cümlədən Neftçala rayonunda da belə zona olmalıdır. Yəqin ki, ictimaiyyət və rayon rəhbərliyi o yerləri müəyyən edəcəkdir. Orada dövlət hesabına infrastruktur layihələri icra olunacaqdır. Bütün kommunikasiyalar çəkiləcək və sahibkarlara şərait yaradılacaqdır ki, onlar orada öz sənaye müəssisələrini qursunlar. Dövlət də öz tərəfindən maliyyə dəstəyini göstərəcəkdir. Çünki sahibkarlığın inkişafı üçün hər il dövlət büdcəsindən təxminən 300 milyon manat güzəştli şərtlərlə kreditlər verilir və bu, özəl sahibkarlığı stimullaşdırır.
Son illərdə bölgələrin, qeyri-neft sektorunun inkişafı sahəsində böyük işlər görülmüşdür. Bu, bizə bu gün iqtisadiyyatımızın böyük hissəsinin qeyri-neft sektorunda formalaşmasına imkan verib. Bu, böyük nailiyyətdir və çalışmalıyıq ki, qeyri-neft sektoru, sahibkarlıq, kənd təsərrüfatı sahələrində daha da böyük uğurlara nail olaq. Buna nail olmaq üçün bütün imkanlar vardır - dövlət siyasəti, maliyyə resursları, sahibkarlığa dəstək siyasəti. Əlbəttə ki, yerlərdə təşəbbüs də göstərilməlidir. İctimaiyyət, iş adamları, rayon rəhbərliyi burada vahid mövqe göstərməlidirlər. Belə olan halda hər bir rayonda güclü sənaye inkişaf edəcəkdir. Bu, bizim siyasətimizdir, arzumuzdur, belə də olacaqdır. Çünki bizim bütün proqramlarımız yerinə yetirilir. Bir dənə də olsun, proqram yarımçıq qalmamışdır. O cümlədən regional inkişaf proqramları dediyim kimi, artıqlaması ilə icra edilibdir.
Üçüncü proqram qəbul edilərkən yerlərdən təkliflər verilmişdir. Bu təkliflər əsasında proqram da tərtib olunub, dərc edilib və yəqin ki, siz də tanışsınız. Çünki hər rayon üzrə görüləcək işlər orada göstərilibdir. Bax, budur bizim gələcəklə, regionların inkişafı ilə bağlı olan yanaşmamız.
Əminəm ki, biz bundan sonra da ölkəmizin sürətli inkişafını təmin edəcəyik. Müstəqilliyimiz möhkəmdir, Azərbaycan inkişaf edir, taleyimiz öz əlimizdədir. Müstəqillik dövrü bir daha onu göstərir ki, xalqımız ancaq müstəqil olan zaman uğurla inkişaf edə bilər.
Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, burada inkişaf var, sabitlik hökm sürür, biz vətəndaş həmrəyliyi şəraitində yaşayırıq. Bizim məqsədimiz də birdir - ölkəmizi daha da inkişaf etdirmək, gücləndirmək, daha da güclü Azərbaycan yaratmaq. Biz bu məqsədə doğru uğurla gedirik. Əgər hər bir bölgədə və hər bir kənddə bütün məsələlər öz həllini taparsa, onda ölkənin bütün məsələləri həll olunacaqdır.
Mən sizi bu gözəl bayram münasibətilə bir daha ürəkdən təbrik edir, sizə yeni uğurlar arzulayıram”.
Ölkəmizdə, o cümlədən Neftçalada həyata keçirilən abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyevə ictimaiyyət adından minnətdarlığını bildirən rayon sakini Ruhəngiz Nəcəfova, həmçinin, qeyd edib ki, “fürsətdən istifadə edib, biz pedaqoqların adından Sizə kiçik bir xahişimizi çatdırmaq istərdim. Neftçalada fəaliyyət göstərən uşaq incəsənət məktəbinin binası 1950-ci illərdə inşa edilmişdir. Artıq bu bina müasir tələblərə cavab vermir. Sizdən çox xahiş edirik ki, bu binanın yenidən qurularaq gənclərin, uşaqların ixtiyarına verilməsi üçün göstəriş verəsiniz”.
Daha sonra Prezident İlham Əliyev bildirib ki, rayonun inkişafı üçün bütün lazım olan tədbirlər görüləcək: “Əlbəttə, uşaq incəsənət məktəbinin binası da təmir ediləcəkdir. Bütövlükdə, Neftçala rayonunun hərtərəfli inkişafı üçün əlavə tədbirlər görüləcəkdir.
Siz də çox vacib məsələlərə toxundunuz - gənclərin tərbiyəsi. Gənclər indi azad ölkədə yaşayırlar. Onların xoşbəxtliyi ondan ibarətdir ki, bugünkü gənclər gözlərini açan kimi müstəqillik görmüşlər və müstəqillik, azadlıq şəraitində yaşayırlar. Biz keçmiş dövrü də görmüşük, xatırlayırıq. Müqayisə aparmaq üçün əlbəttə ki, imkanlar kifayət qədər genişdir. Müqayisə apararkən hər dəfə, hər gün bir daha əmin oluruq ki, xalqımız ancaq müstəqillik şəraitində yaxşı yaşaya bilər. Azərbaycan sovet məkanında iki respublikadan biri idi ki, donor kimi fəaliyyət göstərirdi, yəni, özünü təmin edirdi. Ancaq müstəqillik əldə olunanda bizdə vəziyyət necə idi?! Dağılmış sənaye, iqtisadiyyatda durğunluq, maliyyə vəziyyətimiz çox ağır idi, xəzinə boş idi, neft hasilatı aşağı düşmüşdü, kütləvi işsizlik, inflyasiya 1000, ya 2000 faizə qalxmışdı və böhran hökm sürürdü. Baxmayaraq ki, Azərbaycan sovet dövründə ümumittifaq xəzinəsinə böyük töhfələr vermişdi, İkinci Dünya müharibəsi zamanı Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri başqa cür ola bilərdi. Ancaq buna baxmayaraq, biz müstəqilliyi bərpa edəndə çox ağır vəziyyətdə idik. Ona görə, Ulu öndərin səyləri, siyasəti nəticəsində biz 20 il ərzində ayağa qalxdıq, ayaqda möhkəm durmuşuq, güclü ölkə yaratmışıq. Bu siyasət bu gün də davam edir və davam edəcəkdir.
Gənclər vətənpərvərlik ruhunda tərbiyə alırlar, almalıdırlar. Onlar fəxr edirlər ki, Azərbaycan vətəndaşlarıdır. Onlar gələcəkdə ölkəmizi idarə edəcəklər. Ona görə, ilk növbədə, onlar öz Vətəninə bağlı olmalıdırlar, Vətəni sevməlidirlər, bilikli, savadlı olmalıdırlar. Çünki əgər bilikli, savadlı olarlarsa, o zaman heç bir kənar təsir onların hərəkətlərinə mənfi cəhətdən təsir edə bilməz.
Biz bilirik ki, bu gün Azərbaycan dünya miqyasında çox önəmli ölkəyə çevrilibdir. Bir çox məsələlər bizim qərarlarımızdan asılıdır. Həm siyasi, həm iqtisadi, enerji və digər sahələrlə bağlı bizim qərarımızdan çox şey asılıdır. Ona görə Azərbaycana, bizim siyasətimizə təzyiq və təsir etmək cəhdləri vardır, gələcəkdə də olacaqdır. Biz, əlbəttə, heç vaxt imkan verə bilmərik ki, maraqlarımıza zidd olan bir təşəbbüs burada reallaşsın. Ancaq bizdən sonra gələnlər də eyni fikirdə olmalıdırlar. Bizdən sonra gələnlər də Vətəni bizim qədər sevməlidirlər və müstəqilliyi hər şeydən üstün tutmalıdırlar. Ona görə müəllimlərin rolu həddindən artıq böyükdür. Həm gənc nəslə bilik verməlidirlər ki, onlar savadlı olsunlar, eyni zamanda, öz Vətənini sevsinlər, müstəqilliyi hər şeydən üstün tutsunlar.
Bu gün Azərbaycan elə sürətlə inkişaf edir ki, hər bir vətəndaş haqlı olaraq Azərbaycan vətəndaşı olmağı ilə fəxr edir. Biz ardıcıllığı təmin etməliyik. Artıq 20 ildir ki, Azərbaycanda ardıcıllıq təmin edilir və bu, bizim uğurumuzun əsas səbəbidir. Düşünülmüş, uzunmüddətli siyasət. Biz öz siyasətimizi 20-30 il bundan sonra da bu istiqamətdə aparmalıyıq ki, ölkəmiz daim inkişafda olsun, sabitlik, rifah, əmin-amanlıq olsun. Ölkəmizin inkişafı hər bir rayonun inkişafından asılıdır. Ona görə mənim bölgələrə səfərlərim də bax, bu məqsədi daşıyır - həm vəziyyətlə tanış olmaq, əlavə tapşırıq və tövsiyə vermək.
Sizi bir daha bayram münasibətilə təbrik edir, sizə yeni uğurlar arzulayıram. Sağ olun”.
Sonda xatirə şəkli çəkdirilib.
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Neftçala rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı binada yaradılmış şəraitlə tanış olub.
Rayonun inzibati xəritəsinə baxan Prezident İlham Əliyevə Neftçalanın iqtisadiyyatı və həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də, həmçinin, Neftçala rayonuna səfəri çərçivəsində Bayraq Meydanında yaradılan şəraitlə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Neftçala şəhərində yaradılan yeni bulvarla tanış olub.
Bulvarda yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevə sakinlərin yay istirahətinin təşkili üçün Kür sahilində görüləcək əlavə tədbirlər barədə məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Neftçala rayonuna səfərini başa çatdırdıqdan sonra əsaslı şəkildə yenidən qurulmuş Tağıyev-Sahil avtomobil yolunun açılışında iştirak edib.
Nəqliyyat naziri Ziya Məmmədov Tağıyev-Sahil avtomobil yolunun bərpası layihəsi əsasında görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
Dövlətimizin başçısı Tağıyev-Sahil avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Prezidenti yenidən qurulmuş yolda avtomobili idarə edib.
Sonra Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə-Biləcəri (9-10 kilometr) hissəsinin yenidən qurulması, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9-cu kilometrlik hissəsinin genişləndirilməsi, yeni körpülərin inşası və mövcud körpülərin yenidən qurulması, Bakı Stend Atıcılığı İdman Kompleksi avtomobil yolunun və Bakı dairəvi yolla birləşmə layihələri ilə tanış olmaq üçün Biləcəri qəsəbəsinin ərazisinə gəlib.
Nəqliyyat naziri Ziya Məmmədov əvvəlcə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsinin yenidən qurulması layihəsi əsasında dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyevə mövcud körpülərin və yenidən qurulacaq yolun texniki göstəriciləri barədə də məlumat verilib.
Layihələrlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09

