Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsini qəbul edib

09.07.2014 [10:47]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib.
NATO ilə Azərbaycan arasında əlaqələri yüksək qiymətləndirən Alyansın baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay uğurlu əməkdaşlığa, xüsusilə Azərbaycan sülhməramlılarının Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Dövlətimizin başçısı NATO baş qərargahına son səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, Azərbaycan ilə NATO arasında əlaqələrin razılıq doğurduğunu bildirib, əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu qeyd edib.
Görüşdə Azərbaycan ilə NATO arasında həyata keçirilən layihələr, əlaqələrimizin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 832 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31