Azərbaycan Prezidenti İlham Əliyev Goranboy rayonuna və Gəncə şəhərinə səfər edib
21.10.2014 [10:06]
Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboy rayonuna səfərə gəliblər.
Dövlətimizin başçısı və xanımı əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Goranboy rayonunun mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son vaxtlar rayonda görülən işlər və Ulu öndərin yeni ucaldılan abidəsinin ətrafında aparılan geniş abadlıq tədbirləri barədə Prezident İlham Əliyevə məlumat verib.
Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboyda Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər. Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotolara baxıb.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Goranboy” paylayıcı elektrik məntəqəsinin açılışında iştirak edib. Azərbaycan Prezidenti paylayıcı məntəqəni işə salıb.
“Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verib ki, bu layihə üzrə “Goranboy” paylayıcı elektrik məntəqəsi ilə 330 kilovoltluq “İmişli” yarımstansiyası arasında çəkilmiş 330 kilovoltluq hava xəttinin ümumi uzunluğu 165 kilometrdən çoxdur. Layihə çərçivəsində 330 kilovoltluq “Goranboy” paylayıcı elektrik məntəqəsi tikilərək şəbəkəyə qoşulub və o, respublikada bu gərginlikdə ilk paylayıcı məntəqədir. “Goranboy” paylayıcı elektrik məntəqəsi ilə “İmişli” yarımstansiyası arasında hava xəttinin çəkilişi ilə yanaşı, 330 kilovoltluq 6-cı “Mingəçevir” və 5-ci “Mingəçevir” hava xətləri giriş-çıxışla paylayıcı məntəqəyə birləşdirilib. Burada müasir elektrik avadanlıqları quraşdırılıb.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun açılışında da iştirak ediblər. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Goranboy şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrasının başa çatması ilə əlaqədar təşkil olunan mərasimdə iştirak ediblər.
Sonra Prezident İlham Əliyev Goranboy rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev deyib: “İlk növbədə, sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, gözəl, tarixi bir gündür. Azərbaycanda Müstəqillik Günü iki dəfə qeyd olunur. Biri Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı 28 May Respublika Günüdür. İkincisi də 18 oktyabr - müstəqilliyimizin bərpası günüdür. Hər iki tarix bizim üçün çox əzizdir. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti tarixi hadisə idi. Çünki müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaranırdı. Eyni zamanda, müstəqilliyimizin bərpası - Azərbaycan uzun fasilədən sonra yenidən müstəqil ölkə kimi yaşamağa başlamışdır. Bu da çox mühüm tarixi hadisədir. Əminəm, Azərbaycan xalqı müstəqillik dövründə görür ki, müstəqilliyin üstünlükləri nədən ibarətdir. Ancaq müstəqillik dövründə Azərbaycan sürətlə inkişaf etməyə başlamışdır. Ancaq taleyimiz öz əlimizdə olan zaman biz böyük nailiyyətlərə çata bilmişik və bu gün burada qeyd etdiyimiz hadisə bunun əyani sübutudur.
Goranboy rayonunda, bizim bütün başqa şəhər və rayonlarımızda içməli su həmişə böyük problem olub. Əsrlər boyu böyük problem olub. Ancaq müstəqillik dövründə biz bu problemi aradan qaldırırıq. İndi Goranboy şəhərinə və bir neçə kəndə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Bu, gözəl tarixi hadisədir. Bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Su insanın həyatı, sağlamlığı üçün əsas amildir. Təmiz içməli su insanın sağlamlığı üçün həddindən artıq önəmlidir və əminəm ki, bizim bütün vətəndaşlarımız təmiz içməli su ilə təmin olunacaqlar. Hazırda ölkə üzrə bütün şəhərlərdə bu layihələr icra edilir. Artıq bir çox yerlərdə icra edilibdir. Keçən il Naftalanda içməli su layihəsinin açılışını qeyd etmişdik və bu işlər ardıcıllıqla aparılır. Qarşıya vəzifə qoyulubdur ki, növbəti 3-4 il ərzində Azərbaycanda bütün şəhərlərdə içməli su və kanalizasiya layihələri 100 faiz icra edilsin. Beləliklə, biz bu böyük sosial proqramı icra etmiş olacağıq.
Bu, doğrudan da sosial layihədir. Çünki bu layihələrin icrasına dövlət büdcəsindən böyük vəsait ayrılır və bu vəsait sırf sosial xarakter daşıyır. Burada kommersiya tərəfindən söhbət açmaq yersizdir. Çünki su tariflərindən yığılan vəsait heç vaxt buraya qoyulan investisiyaların kompensasiyasını təmin etməyəcək. Ona görə Azərbaycan dövləti öz sosial siyasətinə sadiq olaraq bu layihələri icra edir və bu, doğrudan da böyük tarixi nailiyyətdir. Çünki həm Bakıda, həm bizim bütün şəhər və rayonlarımızda içməli su daim böyük problem idi. Bakıda da bu problem həll olunur. Ancaq deyə bilərəm ki, Goranboy şəhərində bu, indi 100 faiz həll olunur. Bakıda hələ ki, əhalinin 78 faizi 24 saat ərzində içməli su alır. Bu səviyyə əvvəlki illərdə təqribən 40-50 faiz idi. Son illər ərzində Oğuz-Qəbələ-Bakı layihəsinin, digər layihələrin icrası, şəbəkənin yeniləşdirilməsi nəticəsində biz Bakını da içməli su ilə təmin edirik. Ancaq hələ ki, Bakıda görüləsi işlər çoxdur. Goranboyda isə artıq bu işlər başa çatıb.
Bu layihələrlə yanaşı, bütün ölkə üzrə digər sosial infrastruktur layihələri icra edilir. Misal üçün, biz Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun açılışını qeyd etdik. Bu da böyük layihədir, bir neçə kəndi birləşdirir. Minlərlə insan bu yoldan istifadə edəcək. Məcburi köçkünlərin evlərlə təmin olunması sosial layihəsi. Əvvəllər dəfələrlə burada olarkən biz məcburi köçkünlər üçün evlərin açılışını qeyd etmişdik. Digər layihələr də icra edilir, iqtisadiyyat artır. Əlbəttə ki, güclü iqtisadiyyatımız olmasa, sosial layihələri icra etmək də mümkün olmayacaq. Niyyət ola bilər, ancaq imkan olmayacaq. Ona görə iqtisadi müstəqillik bizim üçün böyük imkanlar açır. Biz iqtisadi müstəqilliyimizi düşünülmüş siyasətlə, aparılan islahatlarla, investisiya siyasətimizlə və regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası ilə təmin etmişik. Əminəm ki, növbəti illərdə bütün şəhər və rayonlarımızda işlər daha da sürətlə gedəcək. Çünki artıq çox möhkəm baza var. İnfrastruktur layihələrinin böyük əksəriyyəti icra edilir. Növbəti illərdə biz sənayenin, kənd təsərrüfatının inkişafı ilə daha çox məşğul olacağıq.
Bu il “Sənaye ili”dir. Əlbəttə, sənaye potensialımızın inkişafı işsizliyin də aşağı səviyyədə saxlanılmasına xidmət göstərəcək. Bu gün Azərbaycanda işsizlik çox aşağı səviyyədədir, ancaq ümumiyyətlə olmamalıdır. Azərbaycanda əhali artır. Belə olan halda iqtisadiyyat da, iş yerlərinin yaradılması da buna uyğun şəkildə artmalıdır. Çünki biz ölkəmizin dayanıqlı inkişafını təmin edirik.
Təbii resurslarımız var və biz onlardan da səmərəli şəkildə istifadə edirik. Keçən ay “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Bu da bundan sonra onilliklər ərzində bizim üçün həm maliyyə-gəlir mənbəyi olacaq, eyni zamanda, bizim dünya miqyasında mövqelərimizi daha da möhkəmlədəcək. Kənd təsərrüfatı, regionların inkişafı, belə gözəl infrastruktur layihələrinin icrası bugünkü Azərbaycanın reallıqlarıdır. Bunu biz yaratmışıq, Azərbaycan xalqı öz zəhməti, istedadı hesabına yaradıb, bunu bizim siyasətimiz mümkün etmişdir. Çünki bu gün dünya miqyasında iqtisadi inkişaf baxımından Azərbaycan kimi sürətlə inkişaf edən ikinci ölkə yoxdur.
Hər tərəf od tutub yanır. Bizim ətrafımızda münaqişələr, qanlı toqquşmalar, müharibələr baş verir. Azərbaycan sabitlik, əmin-amanlıq və inkişaf adasıdır. Biz ölkəmizi, vətəndaşlarımızı bütün bəlalardan, mümkün olan bütün təhlükələrdən, risklərdən qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqı daha da yaxşı yaşamalıdır, buna layiqdir. Azərbaycan dövləti bunu təmin edəcək. Bax, bugünkü layihə bunu bir daha göstərir.
Bir daha demək istəyirəm ki, bu layihənin məhz Müstəqillik Günündə açılışı rəmzi xarakter daşıyır. Çünki bir daha qeyd etmək istəyirəm ki, xalqımız üçün lazım olan bu layihələri məhz müstəqillik dövründə icra edirik. Bu gün bizim taleyimiz öz əlimizdədir. Azərbaycan inamla inkişaf edir. Azərbaycan etibarlı əllərdədir. Əminəm ki, biz bu gözəl dinamikanı gələcək illərdə də saxlayacağıq. Sizi gözəl hadisə münasibətilə bir daha təbrik edirəm”.
Rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya ölkəmizin, o cümlədən Goranboy rayonunun inkişafına göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını çatdırıblar.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərinə səfərə gəliblər.
Dövlətimizin başçısı və xanımı Ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ərazidə aparılan yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərindəki “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olublar.
Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə nümayəndəsi dövlətimizin başçısına müqəddəs Qurani-Kərim hədiyyə edib.
Dövlətimizin başçısı və xanımı kompleksin eskiz layihələrinə baxıblar.
Dövlətimizin başçısı və xanımı beşinci imam Məhəmməd Bağırın oğlu İbrahimin məzarının yerləşdiyi türbədə olublar. Burada dua oxunub. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müqəddəs Qurani-Kərim bağışlanıb.
Prezident İlham Əliyev kompleksdə təmir-bərpa işlərinin uğurla yekunlaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərində “Stadler” vaqon istehsalı zavodunun təməlqoyma mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı zavodun sxemi, burada istehsal ediləcək vaqonların eskiz layihələri ilə tanış olublar.
Nəqliyyat naziri Ziya Məmmədov və “Stadler Rail Group” şirkətinin prezidenti Piter Şpuler dövlətimizin başçısı İlham Əliyevə ətraflı məlumat veriblər.
Sonra Prezident İlham Əliyev zavodun təməlini qoyub.
Bildirilib ki, zavodun 2016-cı ildə fəaliyyətə başlaması planlaşdırılır. İyirmi hektar ərazisi olan zavodun tikintisində və fəaliyyətində ekoloji standartlara cavab verən ən müasir texnologiya tətbiq ediləcək. Bu zavodda istehsal olunacaq vaqonların Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və İrana satılması da nəzərdə tutulub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Stadler Rail Group” şirkətinin istehsalı olan vaqonlara baxıblar.
Dövlətimizin başçısı zavodun tikinti işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlqoyma mərasimində iştirak edib, Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanış olublar.
Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncə şəhərində inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının və Gəncə şəhərində 4 nömrəli tam orta məktəbin yeni korpusunun açılışında iştirak ediblər.
Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca hədəf seçib. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Dövlətimizin başçısının təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində son illərdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilib, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunub. Bu proses təkcə paytaxtla məhdudlaşmayıb, bölgələri də əhatə edib.
Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncəyə səfərləri çərçivəsində Cavad Xan küçəsində olublar.
Dövlətimizin başçısı və xanımı burada sakinlərlə görüşüb söhbət ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərindəki Heydər Əliyev Parkında olublar.
Dövlətimizin başçısı və xanımı elektromobillə parkın ərazisini gəziblər.
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32

