Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Kansleri Angela Merkelin görüşü
22.01.2015 [09:07]
AzərTAc xəbər verir ki, yanvarın 21-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelin görüşü olub.
Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel bu səfəri ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi üçün önəmli səfər kimi dəyərləndirib. Almaniyanın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyən xanım Kansler ölkəmizin Avropanın enerji təminatının şaxələndirilməsində, TAP, TANAP kimi nəhəng enerji layihələrinin həyata keçirilməsində, eləcə də “Şərq tərəfdaşlığı” Proqramında mühüm rol oynadığını bildirib. Angela Merkel Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində, ölkəmizdə infrastruktur layihələrinin icrasında Almaniyanın yeni şirkətlərinin iştirak etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.
İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu səfərin əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlətimizin başçısı Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi, danışıqların hazırkı prosesi barədə ətraflı məlumat verib.
Prezident İlham Əliyev xeyli sayda alman şirkətinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində fəal iştirakını məmnunluqla qeyd edib, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirib. Dövlətimizin başçısı Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunaraq bu münasibətlərin uğurla inkişaf etdiyini bildirib.
Görüşdə regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

