/ / Dünya İqtisadi Forumu çərçivəsində “Regionların transformasiyası: Avrasiya” mövzusunda sessiya keçirilib
Dünya İqtisadi Forumu çərçivəsində “Regionların transformasiyası: Avrasiya” mövzusunda sessiya keçirilib
23.01.2015 [09:44]
Prezident İlham Əliyev sessiyada iştirak edib
AzərTAc xəbər verir ki, yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində keçirilən “Regionların transformasiyası: Avrasiya” mövzusunda sessiyada iştirak edib.
Sessiyanın aparıcısı iştirakçıları təqdim etdikdən sonra mövzu ilə bağlı sözü Azərbaycan Prezidenti İlham Əliyevə verib.
Dövlətimizin başçısı ölkəmizin 1991-ci ildən bəri keçdiyi inkişaf yolunu ətraflı xarakterizə edib. Bildirib ki, ilk növbədə, siyasi transformasiyanı uğurla həyata keçirən ölkəmiz müstəqillik dövründə açıq qapı siyasəti yürüdüb və planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına müvəffəqiyyətlə keçib. Ölkə iqtisadiyyatının şaxələndirilməsi hazırda da uğurla davam etdirilir. Artıq Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun xüsusi çəkisi neft sektorunu üstələyir.
Prezident İlham Əliyev Azərbaycanın mötəbər beynəlxalq maliyyə qurumları, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı ilə də səmərəli əməkdaşlıq etdiyini və çoxlu sayda infrastruktur layihələrini həyata keçirdiyini bildirib. Prezident qeyd edib ki, artıq Azərbaycan özü donor ölkəyə çevrilib və xeyli xarici ölkədə bir sıra layihələri maliyyələşdirir. Azərbaycanın enerji təhlükəsizliyini təmin etdiyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin hasil etdiyi təbii qazı hazırda reallaşdırılan “Cənub” qaz dəhlizi vasitəsilə Avropaya nəql edəcəyini deyib.
Dövlətimizin başçısı Azərbaycanın zamanın çağırışlarına, o cümlədən terrorizmə qarşı da fəal mübarizə apardığını qeyd edib. Prezident İlham Əliyev bildirib ki, ölkəmizin həyata keçirdiyi enerji layihələri regional əməkdaşlıqla yanaşı, beynəlxalq əməkdaşlığa da geniş imkanlar açır və bütün tərəfdaşların həmin layihələrdən bəhrələnmələrinə hərtərəfli imkanlar yaradır. Dövlətimizin başçısı neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar Azərbaycanda xərclərə nəzarətin gücləndirilməsi, israfçılığa yol verilməsi hallarının qarşısının alınması və digər vacib tədbirlər görüldüyünü deyib.
Sonra dövlətimizin başçısı sualları cavablandırıb.
Geosiyasi vəziyyətlə bağlı sualın cavabında Prezident İlham Əliyev bildirib ki, ölkəmiz artıq 20 ildən çoxdur Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkir və ötən müddətdə aparılan sülh danışıqları heç bir nəticə verməyib. Dövlətimizin başçısı xüsusi vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də keçmiş SSRİ məkanındakı bütün münaqişələr eyni yanaşma yolu ilə həll olunmalıdır. Belə münaqişələrin həll olunmaması yeni münaqişələrə də yol açır. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmasa, bunun digər ölkələrə də öz mənfi təsirini göstərəcəyini deyib. Dövlətimizin başçısı qeyd edib ki, beynəlxalq hüquq normaları BMT-nin Nizamnaməsində, ATƏT və digər beynəlxalq təşkilatların sənədlərində konkret şəkildə əksini tapıb. Yalnız beynəlxalq hüquq normalarına əməl edildikdə ikili standartların və belə problemlərin regionda artmasının qarşısı alınar.
Sessiyada səslənən digər məsələlərlə bağlı Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda iqtisadiyyatın davamlı və dayanıqlı inkişafı diqqət mərkəzindədir. Ölkəmiz “qara qızıl”ı insan kapitalına çevirmək istiqamətində ardıcıl addımlar atır. Respublikamızda təhsilin inkişafına mühüm əhəmiyyət verilir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin əsaslı şəkildə inkişafı üçün müvafiq işlər həyata keçirilir və artıq ölkəmiz iki peykini orbitə çıxarıb.
Dövlətimizin başçısı qeyd edib ki, ölkəmizdə siyasi islahatlar da uğurla reallaşdırılır, insanların daha yaxşı yaşayışı üçün ardıcıl işlər görülür. Ölkəmizin infrastrukturun təkmilləşdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirdiyini və Avropa ilə Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun bunun bariz nümunəsi olduğunu vurğulayıb.
Sessiyada Avropa Komissiyasının sabiq sədri Joze Manuel Barrozu və digər çıxış edənlər də Azərbaycanın müstəqillik dövründə uğurlu inkişaf yolu keçdiyini, ölkəmizin qazandığı nailiyyətlərin nümunə xarakteri daşıdığını bildiriblər.
Sessiyada geosiyasi vəziyyət, iqtisadiyyatın şaxələndirilməsi məsələləri, neftin qiymətinin aşağı düşməsi ilə bağlı dünya iqtisadiyyatı və bir sıra ölkələrin iqtisadiyyatının perspektivləri və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35

