/ / Prezident İlham Əliyev Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirak edib
Prezident İlham Əliyev Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirak edib
13.02.2015 [10:04]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirak edib.
Dövlətimizin başçısı Cənub qaz dəhlizi Məşvərət Şurasının ilk iclasında nitq söyləyib.
Prezident İlham Əliyev Bakıda bu görüşün keçirilməsi təşəbbüsünə verdikləri dəstəyə görə iştirakçı ölkələrin rəhbərlərinə təşəkkürünü bildirib. Azərbaycan Prezidenti bu görüşün olduqca münasib vaxtda - “Cənub” qaz dəhlizi layihəsinin praktiki olaraq həyata keçirilməsi ilində baş tutmasının mühüm əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev görüş zamanı aparılan müzakirələrin, fikir mübadiləsinin layihənin uğurla həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Dövlətimizin başçısı Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ilə bağlı müstəqilliyin ilk illərindən başlayaraq ötən müddətdə reallaşdırılan tədbirləri və layihələri ətraflı xarakterizə edib. Prezident İlham Əliyev 2011-ci ildə Avropa Komissiyasının ovaxtkı sədri Joze Manuel Barrozu ilə Cənub qaz dəhlizi haqqında birgə bəyannamə imzaladıqlarını, həmin sənəddə Azərbaycanın Cənub qaz dəhlizinə əsas töhfə verən və bu layihəni həyata keçirən ölkə olduğunun əksini tapdığını deyib. Azərbaycan Prezidenti TANAP və TAP layihələrinin Cənub qaz dəhlizinin həyata keçirilməsi istiqamətində mühüm mərhələ olduğunu vurğulayıb. “Əsrin müqaviləsi”nin imzalanmasından düz 20 il sonra - 2014-cü il sentyabrın 20-də Cənub qaz dəhlizinin təməlinin qoyulduğunu bildirib.
Prezident İlham Əliyev ötən illərdə neft-qaz layihələri ilə əlaqədar qazanılan uğurlarda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bp arasında sıx əməkdaşlığın mühüm rol oynadığını qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, bp-nin əməliyyatçısı olduğu “Şahdəniz” yatağı Cənub qaz dəhlizi üçün əsas resurs mənbəyidir. Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatının 2,5 trilyon kubmetrdən çox olduğunu deyən Prezident İlham Əliyev Cənub qaz dəhlizinin reallaşdırılması ilə bağlı hasilatçı, tranzit və istehlakçı ölkələr arasında səyləri əlaqələndirməyin vacibliyini vurğulayaraq deyib:
- Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq. Əlbəttə ki, bu, tamamilə başqa vəziyyət yaradır.
Prezident İlham Əliyev layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan bütün məsələlərin müsbət həllini tapacağına və layihənin vaxtında icra olunacağına əminliyini bildirib, Cənub qaz dəhlizi Məşvərət Şurasına işində uğurlar arzulayıb.
Cənub qaz dəhlizinin reallaşmasında Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğulayan Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şevçoviç Avropa İttifaqında enerji birliyinin qurulması ilə məşğul olduğunu və gündəlikdə duran layihə ilə bağlı müzakirələrin siyasi baxımdan daha yüksək səviyyəyə qaldırıldığını deyib. O, Avropanın enerji təhlükəsizliyi üçün mənbələrin və resursların şaxələndirilməsində maraqlı olduğunu bildirib. Aparılan hesablamalara görə, Avropa İttifaqının idxal etdiyi qazın həcminin gələcəkdə 84 faiz, neft idxalının isə 94 faiz təşkil edəcəyini açıqlayan Maroş Şevçoviç bundan sonra da Avropa İttifaqının üzvü olan bütün ölkələrin enerji təhlükəsizliyi, Avropa enerji sisteminə real inteqrasiya istiqamətində ardıcıl addımların atılacağını bildirib. O, bu baxımdan “Cənub” qaz dəhlizi layihəsinin uğurla və sürətlə həyata keçiriləcəyinə ümidvar olduğunu vurğulayıb.
Sonra Məşvərət Şurası gündəlikdə duran məsələlərlə bağlı müzakirələri davam etdirib.
Tədbirin yekununda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən mətbuat üçün birgə bəyanat imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

