Azərbaycan Prezidenti İlham Əliyev Veloparkın açılışında iştirak edib
14.05.2015 [09:50]
Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva Veloparkın açılışında iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı əvvəlcə Veloparkın baş planına baxıblar.
Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov görülən işlərlə bağlı məlumat verib. Qeyd edilib ki, hazırda Veloparkın yerləşdiyi ərazidəki park 1970-ci illərin əvvəllərində Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə salınıb. 1990-cı illərin əvvəllərində baxımsızlıq üzündən bərbad hala düşən bu ərazidə qanunsuz tikililər inşa olunub. 2005-ci ilin sentyabrında Prezident İlham Əliyev parkın ərazisində təmizlik işlərinin aparılması barədə göstəriş verib. 2013-cü ildə isə parkın ərazisi baza kimi Azərbaycan Velosiped İdmanı Federasiyasına təhkim edilib. Ötən müddətdə Federasiya tərəfindən 40 hektar ərazidə genişmiqyaslı abadlıq işləri aparılıb, burada minlərlə ağac əkilib, yarışlar üçün 4 velosiped marşrutu, o cümlədən dağ velosiped idmanı üçün yollar salınıb. Ümumi sahəsi 30 hektardan çox olan Veloparkın ərazisində Avropa Oyunlarında istifadə olunacaq BMX veloparkı da inşa olunub. Sahəsi 28 min kvadratmetr olan BMX veloparkında yarışların keçirilməsi üçün maneəli meydança qurulub ki, onun da sahəsi 6700 kvadratmetrdir. Meydançada yaradılan şərait Beynəlxalq Velosipedçilər İttifaqının standartlarına tam uyğundur. Həm yarış iştirakçıları, həm də azarkeşlər üçün hər cür şəraitin yaradıldığı BMX veloparkında 1197 nəfərlik tamaşaçı yeri yaradılıb. Burada yüksək səviyyəli qonaqlar, idmançılar, əlil tamaşaçılar və mətbuat nümayəndələri üçün xüsusi yerlər nəzərdə tutulub.
Dünya idmanında xüsusi yeri olan BMX start xəttindən istifadə edən və maneəli cığırlarda motokros stilində yarışan velosipedlərlə bağlı idman növüdür. Ötən əsrin 70-ci illərində əsası qoyulan bu idman növü indi bütün dünyada məşhurdur. 1981-ci ildə Beynəlxalq BMX Federasiyasının təsis olunması, bir il sonra dünya çempionatının keçirilməsi ilə bu idman növünün şöhrəti daha da artıb və hazırda Beynəlxalq Velosipedçilər İttifaqının tərkib hissəsinə çevrilib. 2003-cü ildən isə BMX Beynəlxalq Olimpiya Komitəsinin proqramına daxil edilib və ilk dəfə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında təmsil olunub.
Veloparkın ərazisində tikilən ikimərtəbəli ofis binasında qeydiyyat mərkəzi, iş, dopinq nəzarət, dopinq analizgötürmə otaqları, 25 yerlik iclas zalı və digər yardımçı otaqlar yaradılıb. Ofis binasının damında xüsusi örtüklü start meydançası, idmançıların hazırlaşması üçün 20 çadır quraşdırılıb. Ərazidə VIP, Olimpiya ailəsi, beynəlxalq federasiyaların təmsilçiləri, rəsmi nümayəndələr üçün avtodayanacaq, qeydiyyat, fərdi yerləşdirmə və digər xidmət sahələri də mövcuddur.
Azərbaycanda irimiqyaslı velosiped yarışlarının keçirilməsi ötən əsrin 40-cı illərinin əvvəllərinə təsadüf edir. 1980-ci ildə Ümummilli lider Heydər Əliyevin xidmətləri sayəsində Bakıda dünya standartlarına uyğun və bir çox ümumittifaq yarışlarının keçirildiyi Respublika Velotreki tikilib istifadəyə verilib. Prezident İlham Əliyevin ölkədə idmanın inkişafına xüsusi diqqət və qayğısı nəticəsində idmanın bir çox növləri ilə yanaşı, velosiped idmanı da inkişaf etdirilir. Bununla bağlı Azərbaycan Velosiped İdmanı Federasiyasının qarşısına ölkəmizdə idmanın bu növünün inkişaf etdirilməsi və velosipedçi idmançıların Olimpiadaya, eləcə də digər mötəbər beynəlxalq yarışlara hazırlanması ilə bağlı vəzifələr qoyulub. Hazırda Azərbaycanda velosiped idmanı ilə məşğul olan məktəblər, klublar fəaliyyət göstərir. Ölkəmizdə keçirilən velosiped yarışları isə bu prosesin uğurla inkişaf etdiyini və kifayət qədər maraq doğurduğunu bir daha təsdiqləyir. Azərbaycanın artıq 3 ildir fəaliyyət göstərən “Synergy Baku Cycling Project” velosiped komandasının üzvləri 2013-cü ildən Beynəlxalq Velosipedçilər İttifaqının təşkil etdiyi Avropa və Asiya turlarında iştirak edir. Komandanın 12 nəfərdən ibarət üzvü indiyə qədər Xorvatiyada, Fransada və digər ölkələrdə keçirilən beynəlxalq yarışlarda uğurlu çıxışlar edib.
Komandanın üzvləri Veloparkda Prezident İlham Əliyevlə görüşərkən ölkədə idmançılar, o cümlədən onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, komandanın üzvləri bu il mayın 6-10-da Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Tour d`Azerbaidjan” veloyürüşündə də fərqləniblər. Paytaxt da daxil olmaqla ölkəmizin 7 bölgəsini əhatə edən və uğurla başa çatan bu yarışda Aleksandr Surutkoviç “Dağ kralı” köynəyini qazanıb, Matey Müqerli üçüncü yeri tutub. Ölkəmizin ən məşhur velosipedçilərindən olan Maksim Averin isə öz çıxışı ilə Rio Olimpiadasına daha 22 reytinq xalı qazanıb. Prezident İlham Əliyevi salamlayan Aleksandr Surutkoviç deyib: “Cənab Prezident, biz idmançılar həmişə Sizinlə fəxr edirik. Bizə göstərdiyiniz dəstəyə görə Sizə təşəkkür edirik. İdmanın bütün növləri kimi, velosiped idmanına da çox böyük dəstək verirsiniz. Çox sağ olun”.
Velosipedçiləri qazandıqları uğur münasibətilə təbrik edən Prezident İlham Əliyev deyib: “Mən sizi qələbə münasibətilə təbrik edirəm. Şadam ki, Azərbaycanda idmanın velosiped növü də uğurla inkişaf edir. Gözəl şərait var, veloparklar yaradılır. “Tour d`Azerbaidjan” artıq beynəlxalq idman yarışı kimi dünyada tanınır. Mən bazar günü “Eurosport” kanalı ilə bu yarışları izləmişəm, çox böyük zövq almışam. İlk növbədə ona görə ki, indi bu yarışlar çox maraqlıdır. Eyni zamanda, Bakının gözəlliyini bir daha bütün dünyaya göstərir. Siz də çox böyük uğur qazanmısınız, komanda hesabında birinci yerə layiq görülmüsünüz.
“Tour d`Azerbaidjan” Azərbaycanın bölgələrində də keçirilir və bizim gözəl, mənzərəli yerlər xarici qonaqlar tərəfindən yüksək qiymətləndirilir.
Bakı gözəl şəhərdir. Digər şəhərlərimiz də gözəldir. Siz indi gedib görürsünüz. İnsanlar sizi çox səmimi qarşılayırlar. Əlbəttə, mötəbər yarışda qələbə qazanmaq çox böyük uğurdur. Əminəm ki, siz gələcəkdə də Azərbaycanı bütün beynəlxalq yarışlarda ləyaqətlə təmsil edəcəksiniz”.
Aleksandr Surutkoviç: Sizin dəstəyinizlə, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

