Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev San-Marinonun xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev San-Marinonun xarici işlər nazirini qəbul edib

09.09.2015 [10:11]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də San-Marino Respublikasının xarici işlər naziri Paskal Valentinini qəbul edib.
Dövlətimizin başçısı San-Marino Respublikasının Kapitan-Regentlərinin birinci Avropa Oyunlarının açılışında iştirakının, onlarla keçirdiyi görüşlərin və aparılan geniş fikir mübadiləsinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Prezident İlham Əliyev əlaqələrimizin inkişafı üçün imkanların müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Dövlətimizin başçısı San-Marino Respublikasının xarici işlər nazirinin ölkəmizə səfəri zamanı ikitərəfli münasibətlərimizin genişləndirilməsi ilə bağlı müxtəlif məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirib.
San-Marino Respublikasının xarici işlər naziri Paskal Valentini səfər proqramının geniş olduğunu deyib. O bildirib ki, son 2 ay ərzində San-Marinodan iki nümayəndə heyətinin Azərbaycana səfər etməsi ölkəsinin Azərbaycan ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu nümayiş etdirir.

Paylaş:
Baxılıb: 800 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31