Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Avropa Parlamentinin vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Parlamentinin vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

10.09.2016 [10:55]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarnetskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Riçard Çarnetskinin Azərbaycanın dostu olduğunu qeyd edərək onun ölkəmizə bir neçə dəfə səfər etməsinin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev Avropa Parlamentinin nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycanda gedən proseslərlə daha yaxından tanış olmaq üçün yaxşı imkan yaratdığını bildirib.
Azərbaycanda həyata keçirilən islahatların və görülən işlərin Azərbaycan dövlətinin suveren hüququ olduğunu deyən Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarnetski qeyd edib ki, biz sizin daxili və beynəlxalq siyasətinizi bəyənirik.
Görüşdə beynəlxalq aləmdə ikili standartların mövcud olduğu, bir sıra məsələlərə qərəzli münasibət göstərildiyi qeyd edilib.
Söhbət zamanı Azərbaycanda idarəetmənin təkmilləşdirilməsi məqsədilə hüquq və qanunvericilik sahəsində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 937 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30