Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Banqladeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Banqladeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

27.10.2016 [09:57]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Allama Siddikinin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Allama Siddiki fəxri qarovul dəstəsinin qarşısından keçib.
Allama Siddiki etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Azərbaycan ilə Banqladeş arasında çox yaxşı siyasi əlaqələrin olduğunu deyən dövlətimizin başçısı ölkələrimizin bir-birini beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləməsinin önəmini qeyd edib. Hər iki ölkənin BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq etdiyini vurğulayan Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının bu il İstanbulda keçirilən Sammitində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun təsis edilməsinə göstərdiyi dəstəyə görə Banqladeş tərəfinə minnətdarlığını bildirib. Azərbaycan ilə Banqladeş arasında iqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı qarşılıqlı ticarətin həcminin artırılması üçün çoxlu imkanların mövcud olduğunu qeyd edib, iş adamları arasında əlaqələrin, eləcə də bu sahədə mövcud imkanların araşdırılmasının əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün mütəmadi təmaslar qurulmasının vacibliyini bildirib.
Səfir Allama Siddiki Banqladeş Xalq Respublikasının Prezidenti Abdul Hamidin salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırıb. Banqladeşin Azərbaycana qardaş ölkə olduğunu deyən səfir Azərbaycana, Azərbaycan xalqına və mədəniyyətinə ölkəsində məhəbbətlə yanaşıldığını bildirib, ölkəmizin qədim tarixi, həmçinin tarixən oynadığı rol barədə məlumatlı olduqlarını qeyd edib. Xalqımızın Ümummilli lideri Heydər Əliyevi ehtiramla yad edən səfir Allama Siddiki Onun Azərbaycan xalqının milli ruhunun formalaşmasındakı rolundan danışaraq, Ulu öndərin rəhbərlik etdiyi illərin ölkəmizin tarixində yaddaqalan bir dövr olduğunu deyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Səfir Allama Siddiki Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəkdə daha da inkişaf edəcəyinə, geostrateji mövqeyini möhkəmləndirəcəyinə və daha vacib rol oynayacağına əminliyini ifadə edib.
Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Abdul Hamidin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirib, Onun da salamlarını Banqladeş Prezidentinə çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 892 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31