Prezident İlham Əliyev Bakıda aparılan abadlıq işləri və yeni yolların tikintisi ilə tanış olub
28.07.2009 [11:33]
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Bakıda aparılan abadlıq işləri və yeni yolların tikintisi ilə tanış olub.
Prezident İlham Əliyev əvvəlcə paytaxtın “Azneft” meydanından Bilgəh qəsəbəsinə qədər olan yolun kənarlarında aparılan abadlıq-quruculuq işləri ilə tanış olub.
Bakı şəhərinin əsas magistrallarından biri olan Heydər Əliyev prospektində aparılan yenidənqurma işləri, ilk növbədə, bu yolda avtomobillərin rahat və sürətli hərəkətinə imkan yaradıb, tıxacları aradan qaldırıb, piyadaların təhlükəsizliyini təmin edib.
Dövlətimizin başçısının tapşırığına əsasən burada görülən genişmiqyaslı işlər ən müasir standartlara cavab verir. Prospekt boyunca yerləşən binaların fasadı zövqlə yenidən qurulur və bu iş davam etdirilir. Yol boyu müasir işıqlandırma sisteminin quraşdırılması, yaşıllıq sahələrinin yaradılması da bu qəbildəndir.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və təmiri ilə bağlı əlavə tədbirlər haqqında” 2005-ci il 26 noyabr tarixli, həmçinin, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2006-cı il 1 fevral tarixli sərəncamları, “Azərbaycan Respublikasının avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı” bu sahədə əsaslı islahatların aparılmasına geniş imkanlar yaradıb.
Heydər Əliyev prospektinin digər hissələrində də yenidənqurma işləri davam edir. Hava limanı istiqamətində yolun sağ və sol tərəflərində aparılan abadlıq işləri diqqəti çəkir. “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” isə bu sahədə daha genişmiqyaslı tədbirlərin reallaşdırılmasına təkan verib.
Prospekt boyu milli və müasir memarlıq üslubunda inşa olunan tikililər ornamentlərlə bəzədilib. Bu tikililər, ilk növbədə, yola xüsusi yaraşıq verməklə, həm də ölkəmizə gələn qonaqlarda xoş təəssürat yaradır. Bütün bunlar bir daha təsdiqləyir ki, paytaxtın yol-nəqliyyat kompleksinin yenidən qurulması Azərbaycan Prezidentinin tapşırıqlarına müvafiq olaraq yeni mərhələyə qədəm qoyub.
Dövlətimizin başçısı Sabunçu dairəsindən Bilgəh qəsəbəsinə qədər çəkilən yeni yolda aparılan tikinti işlərinin gedişi ilə də maraqlanıb. Bildirilib ki, bu yol hər iki istiqamətdə dörd zolaqdan ibarətdir. Sabunçu dairəsindən Heydər Əliyev adına Beynəlxalq hava limanına gedən yol artıq istifadədədir. Uzunluğu 6 kilometr 850 metr olacaq Mərdəkan dairəsi-Heydər Əliyev adına Beynəlxalq hava limanı yolunda isə tikinti işləri davam edir. Bundan sonra Mərdəkan-Bilgəh yolunun tikintisinə başlanacaq. Heydər Əliyev adına Beynəlxalq hava limanı-Bilgəh yolunun üzərində üç yol ötürücüsü, dörd piyada keçidi inşa ediləcək. Mərdəkan dairəsindən Zuğulbaya gedən yolun uzunluğu 7 kilometr 650 metr, Zuğulba-Bilgəh yolunun uzunluğu isə 4 kilometr 250 metr olacaq.
Prezident İlham Əliyevə Bakıxanov qəsəbəsi, Zabrat, Buzovna, Mərdəkan və Qala istiqamətində elektrik qatarlarının yollarında aparılacaq yenidənqurma işləri haqqında da məlumat verilib.
Bildirilib ki, yaxın gələcəkdə bu dəmir yolu xəttinin sökülməsi, onun yerində yeni magistral yolun çəkilməsi planlaşdırılır. Bu da paytaxtın kənd və qəsəbələrinə gediş-gəlişi asanlaşdıracaq. Bu yolda iritutumlu avtobuslardan istifadə olunacaq.
Dövlətimizin başçısı işlərin vaxtında və yüksək keyfiyyətlə görülməsi ilə bağlı tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

