/ / Prezident İlham Əliyev Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
Prezident İlham Əliyev Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
05.01.2018 [09:59]
Prezident İlham Əliyev Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib. Təbrikdə deyilir: “Hörmətli həmvətənlər!
İsa Peyğəmbərin mübarək mövludu - Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Azərbaycanda tarixən sivilizasiyalararası və mədəniyyətlərarası dialoq mühitinin mövcudluğu, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılması çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizdə ümummilli mənəvi-ictimai dəyərlərin, zəngin multikulturalizm və dözümlülük ənənələrinin formalaşmasında, vətəndaş həmrəyliyinin bərqərar edilməsində müstəsna rol oynamışdır. Biz bu tarixi nailiyyəti milli dövlətçiliyimizin mühüm uğuru kimi qiymətləndirir, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarının hüquq və azadlıqlarının, eyni zamanda, vicdan və dini etiqad azadlığının təminatını dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab edirik.
Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, ölkəmizin bütün milli azlıqları kimi, pravoslav xristian icması da millətlərarası və dinlərarası münasibətlərə öz layiqli töhfələrini verməklə, Azərbaycanda gedən böyük inkişaf prosesində və vətəndaş cəmiyyəti quruculuğunda yaxından iştirak edir.
Əziz dostlar!
Milad bayramı yeniliyin, əmin-amanlığın, insanlar arasında mərhəmət və şəfqət duyğularının rəmzi kimi hər il Azərbaycanda təntənə ilə qeyd edilir. Bu nurlu bayram münasibətilə bir daha hamınıza səmimi təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!”.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

