/ / Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini və müdafiə nazirini qəbul edib
Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini və müdafiə nazirini qəbul edib
28.06.2018 [10:08]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarı və Türkiyənin müdafiə naziri Nurettin Caniklini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Türkiyədə keçirilən seçkilər nəticəsində Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə bağlı təbriklərini çatdıraraq qeyd edib ki, bu, Türkiyə Prezidentinin rəhbərliyi ilə son illər görülmüş işlərə xalqın verdiyi qiymətin yüksək təzahürüdür. Dövlətimizin başçısı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın, müdafiə naziri Nurettin Caniklinin və qardaş Türkiyə hərbçilərinin Azərbaycan Ordusunun yaradılmasının 100 illiyinə həsr olunmuş paradda iştirakından məmnunluğunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən müdafiə sahəsində bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və müdafiə naziri Nurettin Canikli Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıblar.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və müdafiə naziri Azərbaycanda keçirilən prezident seçkilərində dövlətimizin başçısını qazandığı qələbə münasibətilə təbrik ediblər və Azərbaycan Ordusunun yaradılmasının 100 illiyinə həsr olunmuş paradda iştirak etmələrindən şərəf hissi duyduqlarını bildiriblər.
Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxSosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31

