/ / Prezident İlham Əliyev KXDR-in Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev KXDR-in Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
09.08.2018 [09:10]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Hen Cunun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Kim Hen Cun fəxri qarovul dəstəsinin qarşısından keçib.
Kim Hen Cun etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı gələcək illərdə ölkələrimiz arasında müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsinin və əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini qeyd edib. Prezident İlham Əliyev, eyni zamanda, beynəlxalq təşkilatlarda, ilk növbədə, BMT və Qoşulmama Hərəkatında fəal əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirərək, bu il Azərbaycanda Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində konfransının keçirildiyini və tədbir çərçivəsində Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri ilə görüşünü məmnunluqla xatırlayıb. Azərbaycanın gələn il bu təşkilatın sammitinə ev sahibliyi edəcəyini deyən dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin müxtəlif formatlarda bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Səfir Kim Hen Cun, ilk növbədə, Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen Inın və Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Yığıncağı Rəyasət Heyətinin Sədrinin salamlarını dövlətimizin başçısına çatdırıb. Səfir Koreya Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin tarixi ənənələrə söykəndiyini qeyd edərək, ikitərəfli münasibətlərimizin əsasının rəhbər Kim İr Sen və xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Səfir vurğulayıb ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra onun suverenliyini ilk tanıyan ölkələrdən biri Koreya Xalq Demokratik Respublikası olub və bu illərdə əlaqələrimiz inkişaf edib.
Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen Inın və Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Yığıncağı Rəyasət Heyətinin Sədrinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen Ina və Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Yığıncağı Rəyasət Heyətinin Sədrinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39

