Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur
20.10.2009 [02:38]
Oktyabrın 18-də Sabunçu rayonunun Maştağa qəsəbəsində Ulu öndər Heydər Əliyevin abidəsinin açılış mərasimi keçirilib. Mərasimdə Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov, Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov, ədliyyə naziri Fikrət Məmmədov, millət vəkilləri, YAP fəalları və qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Sabunçu rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Əlibaba Əliyev Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışıb. O, bildirib ki, Heydər Əliyev hər zaman xalqımızın çətin anlarında xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanı təhlükələrdən qurtarıb. Məhz Ulu öndərimizin müəyyənləşdirdiyi siyasət nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edir. Ə.Əliyev qeyd edib ki, Prezident İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirir və bu proses ölkəmizin hərtərəfli inkişafı ilə müşayiət olunur. Onun sözlərinə görə, dövlət başçısının sərəncamı ilə Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramı uğurla icra edilir. Bunun nəticəsində Sabunçu rayonunda da böyük abadlıq və quruculuq işləri həyata keçirilir.
Milli Məclis sədrinin I müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov çıxışında bildirib ki, Azərbaycan xalqının Ulu öndər Heydər Əliyevə sonsuz məhəbbət və ehtiramı var. ümummilli liderimiz öz fəaliyyəti ilə xalqın bu məhəbbətini qazanıb. Ona görə də, respublikanın bütün bölgələrində Heydər Əliyevin əzəmətli abidələri ucaldılır. Heydər Əliyevin müstəqil Azərbaycanın banisi olduğunu deyən Z.Əsgərov qeyd edib ki, gənc nəsil Ulu öndərimizin fəaliyyətini dərindən öyrənməlidir. çünki bu, güclü tərbiyəvi əhəmiyyətə malikdir. “Heydər Əliyev Azərbaycanı çox çətinliklərdən xilas edib və nəticədə belə bir müstəqil, hüquqi dövlət qurub. Bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir. Hər bir vətəndaş Azərbaycanın inkişafına öz töhfəsini verməlidir”, - deyə birinci vitse-spiker vurğulayıb.
Millət vəkili Eldar Quliyev çıxışında qeyd edib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyaraq bütün təhlükələrdən xilas etdi. Onun sözlərinə görə, bu gün Azərbaycanın Cənubi Qafqazda lider dövlət olması Heydər Əliyev siyasətinin təntənəsidir.
Rayon ağsaqqalı Məmmədağa Əliyev ölkə başçısının diqqət və qayğısı sayəsində Maştağa qəsəbəsində böyük quruculuq işlərinin reallaşdığını bildirib və buna görə də, qəsəbə ictimaiyyəti adından Prezident İlham Əliyevə təşəkkür edib.
Dövlət Müstəqilliyi günündə ümummilli lider Heydər Əliyevin heykəlinin açılması rəmzi məna daşıyır. Bunu açılış mərasimindən sonra jurnalistlərlə söhbətində YAP Sədrinin müavini - İcra katibi, millət vəkili Əli Əhmədov deyib. YAP Sədrinin müavini bildirib ki, Azərbaycanın müstəqilliyinin əbədi, dönməz amilə çevrilməsi birbaşa Ulu öndər Heydər Əliyevin xidmətləri ilə bağlıdır: “Bu gün qüdrəti getdikcə daha da artan müasir Azərbaycanın bünövrəsi Heydər Əliyev tərəfindən qoyulub. Xalqımız Ulu öndərin misilsiz xidmətlərini unutmur. Onun xatirəsi ölkəmizin müxtəlif güşələrində abidələrinin açılması ilə qeyd edilir. Bu isə Azərbaycan xalqının ümummilli liderin şəxsiyyətinə ehtiramının ifadəsidir”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52

