Prezident İlham Əliyev Dünya Bankının baş icraçı direktoru ilə görüşüb
23.01.2019 [10:11]
Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə xanım Kristalina Georgiyeva Prezident İlham Əliyevi ölkədə aparılan uğurlu islahatlar və Azərbaycanın Dünya Bankının “Doing Business 2019” hesabatında 25-ci yerə yüksəlməsi münasibətilə təbrik edib. Bildirib ki, bu, Dünya Bankının “Doing Business” reytinqinin tarixində ən uğurlu və böyük nailiyyətlərdən biridir. O, bu uğurlu islahatların bundan sonra da davam etdirilməsinin önəmini vurğulayıb.
Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu bildirən xanım Kristalina Georgiyeva qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi struktur islahatlarının və iqtisadi islahatların əhəmiyyəti son illər dünyada iqtisadi artım sürətinin azalması fonunda daha da artmaqdadır. Bildirib ki, Dünya Bankı Azərbaycanda reallaşdırılan iqtisadi siyasəti və islahatları dəstəkləyir. Bu islahatlar Azərbaycanda iqtisadiyyatın davamlı inkişafına, yeni iş yerlərinin yaranmasına mühüm dəstək verəcək.
Dünya Bankının baş icraçı direktoru Azərbaycanın Beynəlxalq Yenidənqurma və İnkişaf Bankında, həm də Beynəlxalq Maliyyə Korporasiyasında səhmdarı olduğu institutlarda öz səhmlərinin artırılması məsələsinin nəzərdən keçirilməsini təklif edib. Bildirib ki, bu, Azərbaycanın gələcək iqtisadi inkişafına Dünya Bankı tərəfindən əlavə dəstək göstərilməsinə kömək edə bilər.
Xanım Kristalina Georgiyeva Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən yoxsul ölkələrə dəstək proqramına Azərbaycanın donor ölkə kimi qoşulmasını təklif edib. O, Azərbaycanın iqtisadi transformasiyasının dünyada Çin, Hindistan kimi ölkələrlə yanaşı, ən uğurlu təcrübələrdən biri olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan vaxtilə Dünya Bankından yardım alan ölkədən qısa müddətdə donor ölkəyə çevrilib. Bu da son iyirmi ildə Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatların nəticəsində mümkün olub.
Prezident İlham Əliyev Dünya Bankı ilə əməkdaşlıqdan razılığını ifadə edib və bankın daim Azərbaycana lazımi dəstək göstərdiyini vurğulayıb. Dövlətimizin başçısı Dünya Bankı ilə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi uğurların “Doing Business 2019” hesabatında əks olunmasından məmnunluğunu vurğulayıb. Dövlətimizin başçısı bu göstəricilərin daha da yaxşılaşdırılması ilə bağlı xüsusi komissiyanın yaradıldığını deyib. Qeyd edib ki, “Doing Business 2019” hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşması həyata keçirilən çox vacib islahatlar nəticəsində mümkün olub. Dövlətimizin başçısı bunu böyük uğur kimi dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlara verilən yüksək qiymətə görə təşəkkürünü bildirib.
Söhbət zamanı Dünya Bankı tərəfindən Azərbaycanda yeni proqramların həyata keçirilməsi məsələsi müzakirə olunub.
Dövlətimizin başçısı, xüsusilə məhkəmə sahəsində Dünya Bankı ilə birgə həyata keçirilən islahatları yüksək dəyərləndirib, məhkəmə sistemində innovativ yeniliklərin tətbiqində və bu sistemin avtomatlaşdırılmasında bankın iştirakını və Ədliyyə Nazirliyi tərəfindən bu layihənin reallaşdırılmasındakı uğurları məmnunluqla qeyd edib. Prezident İlham Əliyev bu uğurlu əməkdaşlığın digər sahələrdə də həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Dövlətimizin başçısı qeyd edib ki, vergi, gömrük, icbari tibbi sığorta sahələrində Dünya Bankı ilə əməkdaşlıq layihələri hazırlanıb. Bu layihələrin uğurla həyata keçirilməsi üçün imkanlar var və hər iki tərəf bu imkanlardan yararlanmalıdır.
Görüşdə qeyd olunub ki, Dünya Bankının bu sahədəki fəaliyyəti Azərbaycandakı özünüməşğulluq layihələrinin genişlənməsində, xüsusilə məcburi köçkünlərin özünüməşğulluğunun artırılmasına dair proqramlarda faydalı ola bilər. Buna görə də hər iki tərəfin aidiyyəti qurumları bu sahədə yeni proqramlar hazırlayıb uğurla həyata keçirə bilər.
Dövlətimizin başçısı Azərbaycanın Dünya Bankı qrupuna daxil olan institutlarda səhmlərinin artırılması və Beynəlxalq İnkişaf Assosiasiyasının həyata keçirdiyi yoxsul ölkələrə yardım proqramlarında donor kimi çıxış etmək məsələləri barədə yekun qərarların qəbul olunması üçün müvafiq arayışların təqdim edilməsinə dair aidiyyəti qurumlara tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxDünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59

