Bakının Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki tunelin açılış mərasimi olub
12.12.2009 [11:12]
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində müxtəlif səviyyəli yol qovşağına daxil olan tunelin açılış mərasimində iştirak edib. Dövlətimizin başçısını inşaatçılar və nəqliyyat işçiləri hərarətlə qarşılayıblar.
Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verib ki, ölkədə aparılan geniş iqtisadi quruculuq tədbirləri sırasına nəqliyyat infrastrukturları da daxildir. Dövlətimizin başçısı tərəfindən imzalanmış sərəncamlara əsasən hazırda Bakı şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihəsi uğurla həyata keçirilir. Bu gün (dünən - red.) istifadəyə verilən tunel isə Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində inşa edilən yol qovşağının ikinci mərhələsinə daxildir. Dövlətimizin başçısı tuneldə inşaat işlərinin gedişini əks etdirən fotoşəkillərə baxıb, layihənin baş planı ilə tanış olub. Bildirilib ki, nəqliyyatın hərəkətinin sıxlığı ilə seçilən bu ərazidə Prezident İlham Əliyevin 2006-cı il 1 fevral tarixli Sərəncamına əsasən inşa olunan yol qovşağı tıxacların aradan qaldırılmasında mühüm rol oynayacaq.
Prezident İlham Əliyevə məlumat verilib ki, müxtəlif səviyyəli yol qovşağının birinci mərhələsi uzunluğu 300 metrə yaxın olan körpünün 2008-ci ilin sentyabrında istifadəyə verilməsi ilə başa çatıb. İkinci mərhələdə tikilmiş tunel isə ikimərtəbəlidir. Birinci mərtəbə dördzolaqlı ikitərəfli avtomobil yolundan ibarətdir. İkinci mərtəbə isə müxtəlif məqsədlər üçün nəzərdə tutulubdur. Tunelin örtülü hissəsi 310 metr, giriş və çıxışları ilə birlikdə ümumi uzunluğu 616, eni isə 20 metrdir.
Qeyd olunub ki, inşaat işləri zamanı 130 min kubmetr torpaq, 32 min kubmetr beton işləri görülüb, 4,2 min kvadratmetr üzlük plitə işlədilib. Tikinti zamanı 3,2 min ton asfalt döşənib, 3,5 min kvadratmetr ərazi yaşıllaşdırılıb və abadlaşdırılıb. Yol qovşağında piyadalar üçün 5 keçid inşa olunub.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib, görülmüş işlərlə tanış olub.
Məlumat verilib ki, tunelin hündürlüyü 5,5 metrdir. Bu, ən iri ölçülü nəqliyyat vasitələrinin də buradan rahat keçməsinə imkan yaradır. Yol ötürücüsündə avtomat rejimdə işləyən müasir işıqlandırma, havalandırma, videomüşahidə sistemləri və yağış sularının kənara vurulması üçün nasos qurğusu quraşdırılıb.
Prezident İlham Əliyev ikinci mərtəbədə müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş 6 min kvadratmetrlik sahədə tikinti işlərinin gedişi ilə də tanış olub. Məlumat verilib ki, buraya piyadalar üçün üç yeraltı, bir yerüstü keçidi və qovşağın yan yolları daxildir. Yol qovşağının bu hissəsinin gələn ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur.
Dövlətimizin başçısı inşaatçıları təbrik edərək, tapşırıq və tövsiyələrini verib.
Mərasim başa çatandan sonra tuneldə nəqliyyatın hərəkəti başlanıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

