/ / Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
17.10.2019 [10:06]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib: “Mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Əminəm ki, sizin səfəriniz iki ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. Bizim əlaqələrimiz uğurla inkişaf edir və şadam ki, Koreya-Azərbaycan əlaqələri yeni pilləyə qalxıb. Siyasi əlaqələrimiz yüksək səviyyədədir və sizin səfəriniz bunu bir daha təsdiqləyir. Dövlət başçıları səviyyəsində qarşılıqlı rəsmi səfərlər həyata keçirilmişdir. Əlbəttə ki, iqtisadi sahədə əməkdaşlıq daha da geniş vüsət alır. Azərbaycanda 70-ə yaxın Koreya şirkəti rəsmi qeydiyyatdan keçib. Bir neçə Koreya şirkəti Azərbaycanda müxtəlif infrastruktur və inşaat layihələrində iştirak edir. Bakı şəhərində yeni tikilmiş, arxitektura baxımından cəlbedici olan bəzi binaların memarlıq dizaynı Koreya şirkətləri tərəfindən təmin edilmişdir. Ümumiyyətlə, biz istəyirik ki, qarşılıqlı investisiya qoyuluşu daha geniş vüsət alsın. Azərbaycan sizin ölkəyə yarım milyard dollara yaxın sərmayə qoyub. Bizim Dövlət Neft Fondumuz Koreyada daşınmaz əmlaka sərmayə qoyub və əminəm ki, gələcək illərdə qarşılıqlı sərmayə qoyuluşu daha geniş vüsət alacaq.
Şadam ki, Koreyadan Azərbaycana gələn turistlərin də sayı artır. Bildiyiniz kimi, Koreya vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq olunur və onlar elektron vizanı bir neçə gün ərzində alıb Azərbaycana gələ bilərlər. Bilirəm, koreyalılar xarici ölkələrə səfər etməyə çox həvəslidirlər və ümid edirəm ki, Azərbaycan onlar üçün çox maraqlı bir yer ola bilər.
Əlbəttə, parlamentlərarası əlaqələrə xüsusi diqqət yetirilir. Şadam ki, bu gün sizin rəhbərliyinizlə yüksəksəviyyəli nümayəndə heyəti bizim qonağımızdır. Səfər zamanı həm parlamentlərarası əlaqələr müzakirə ediləcək və bununla bərabər gündəlikdə duran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Əminəm ki, səfəriniz uğurlu olacaq, bir daha xoş gəlmisiniz”.
* * *
Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanq deyib: “Çox sağ olun, cənab Prezident, Sizinlə görüşdüyümə görə çox şadam və çox şərəf hissi duyuram. Mən bilirəm, xəbərdaram ki, Siz nə qədər məşğulsunuz və belə bir vaxtda bizə görüş üçün vaxt ayırmısınız. Bildiyimə görə, Siz oktyabr ayında Rusiyada olmusunuz, Gürcüstanın Baş Naziri Azərbaycana səfərə gəlib və dünən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü Azərbaycanda keçirilib. Mənə çox maraqlıdır, Sizin bu tükənməz enerjiniz haradan gəlir? Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında Macarıstan və başqa bir ölkə, sadəcə, müşahidəçidir, üzv deyil. Mən düşünürəm ki, bizim də təşkilata müşahidəçi kimi üzv ola bilmək imkanımız var. Ola bilərikmi?”.
Prezident İlham Əliyev: “Çox yaxşı olar. Mən elə bu məsələni sizinlə müzakirə etmək istərdim”.
Milli Assambleyanın sədri Mun Hi-sanq: “Çox istərdim həyata keçsin”.
Prezident İlham Əliyev: “Ona görə, əgər belədirsə, onda gərək səfər zamanı bu məsələ müzakirə olunsun. Gələn il Türkiyədə keçiriləcək növbəti Zirvə Görüşündə Koreya əgər müşahidəçi qismində iştirak edərsə, biz çox məmnun olarıq. Macarıstan müşahidəçi kimi bizim tədbirlərdə artıq ikinci dəfədir ki, iştirak edir. Bu, onu göstərir ki, bu təşkilat yeni üzvləri, müşahidəçi qismində iştirak edən yeni ölkələri qəbul etməyə çox böyük maraq göstərir. Dünənki Zirvə Görüşündə həm qarşılıqlı siyasi dəstək göstərildi, eyni zamanda, iqtisadi sahədə bir çox önəmli layihələr müzakirə olundu. Ona görə xahiş edirəm, siz bu məsələni ciddi müzakirə edəsiniz və ümidvaram ki, nəticələr yaxşı olacaq”.
Milli Assambleyanın sədri Mun Hi-sanq: “Mən əminəm ki, uğurlu nəticə əldə olunacaq. Çünki Ural-Altay mədəniyyətinə daxil olan xalqlar həmişə ailəyə çox böyük önəm verib, böyükləri hər zaman özlərindən yüksəkdə tutublar. Buna görə də inanıram ki, biz eyni mədəniyyətə daxilik və bu əməkdaşlığımız uğurla nəticələnəcək”.
Görüşdə nəqliyyat, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

