Azərbaycan qlobal enerji layihələrinin reallaşmasında mühüm rol oynayır
13.01.2010 [09:15]
Cənubi Qafqazın lider dövləti olan Azərbaycan son illərdə həyata keçirdiyi enerji layihələri ilə dünyanın aparıcı enerji təchizatçısına çevrilməyi bacarıb. Bu fakt ölkəmizin beynəlxalq arenadakı nüfuzunun daha da artmasında mühüm rol oynayır. Yəni, Azərbaycan artıq həm beynəlxalq şirkətlər, həm də böyük dövlətlər tərəfindən strateji tərəfdaş qismində qəbul edilir, ölkəmizlə əlaqələrin inkişafı hər bir dövlətin əsas məqsədinə çevrilir. Təbii ki, bütün bunlarda ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası müstəsna rol oynayıb. Məhz neft strategiyasının inkişafı, Prezident İlham Əliyevin bu strategiyanı uğurla davam etdirməsi Azərbaycanı az müddətdə Cənubi Qafqazın həm iqtisadi, həm də siyasi cəhətdən lider ölkəsinə çevirib. Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəməri, həmçinin, Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanın inkişaf dinamikasının artmasında mühüm rol oynayır. Ard-arda reallaşan bu layihələr eyni zamanda Azərbaycanı Avropanın əsas tranzit dəhlizinə çevirməyi bacarıb.
ölkəmizdə görülən tədbirlər nəticəsində neft-qaz hasilatı ilbəil artır. Həm neft, həm də qaz ixracı sahəsində mühüm uğurlar əldə olunur. Bununla yanaşı, Azərbaycan enerji mübadiləsi məsələsində yeni əməkdaşlıqların yaranmasında maraqlı dövlət qismində çıxış edir. ölkəmiz hər zaman dünyanın iqtisadi inkişaf proqnozlarına əsaslanır. Əsas tendensiyaların təhlili isə göstərir ki, XXI əsrin ən böyük maliyyə, əmtəə və məlumat axınları ABŞ-Avropa-Asiya üçbucağında cəmləşəcək. Ən nüfuzlu beynəlxalq təşkilatlar (BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası və digərləri) tərəfindən Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRASEKA) Avropa ilə Asiya arasında təbii tranzit əlaqəsi kimi rəsmən tanınır. Bu baxımdan Avropa İttifaqının TASİS-TRASEKA proqramının üzv dövlətlərinin qarşısında duran ən vacib məsələ nəqliyyat şəbəkələrini inkişaf etdirməklə, öz coğrafi-siyasi və iqtisadi imkanlarından səmərəli istifadə etməkdir. Azərbaycan da bu proqrama üzv dövlət olaraq Avropa ilə Asiyanı birləşdirəcək xəttin əsas tranzit dayaqlarından birinə çevrilir.
Digər tərəfdən, xüsusi olaraq vurğulanmalıdır ki, bu gün Azərbaycanın bilavasitə iştirakı ilə həyata keçirilən neft və qaz layihələri dünyanın gələcək enerji inkişafının möhkəm bünövrəsi sayılır. Unutmaq olmaz ki, Xəzər akvatoriyasına ilk dəfə xarici sərmayədarları dəvət edən ölkə məhz Azərbaycandır. Prezident İlham Əliyev hər zaman xüsusi olaraq vurğulayıb ki, hazırda Azərbaycanın neft və qaz yataqlarında hasilatın artması, sərmayələr nəticəsində yaradılan boru kəmərlərinin, Azərbaycandakı əlverişli sərmayə mühitinin və qeyri-enerji sektoruna sərmayələrin cəlb edilməsi kimi məsələlər ümummilli lider Heydər Əliyevin müdrikliyi sayəsində baş tutub: “Bu gün isə bizim şaxələndirilmiş təchizat infrastrukturumuz var. 7 boru kəmərinə malikik. Onlardan 3-ü nefti, 4-ü isə qazı müxtəlif istiqamətlərdə nəql edir. Neft şirkətləri ilə enerji əməkdaşlığımızı başladığımız vaxtdan etibarən heç vaxt hər hansı hüquqi çəkişmə və ya mübahisə, yaxud şərtləri dəyişdirmək cəhdi olmamışdır. Əvvəllər xülya kimi görünən Bakı-Tbilisi-Ceyhan artıq reallığa çevrilmişdir. Artıq bir neçə ildir, həmin boru kəməri uğurla istismar olunur və böyük həcmdə neft nəql edir. Boru kəməri işə düşdükdən sonra onunla nəinki Azərbaycan, həm də Qazaxıstan nefti nəql olunur. Bu, o deməkdir ki, gələn illər ərzində nəql olunan həcmlər artacaqdır. Avropa üçün hər hansı mümkün gələcək artırma və ya şaxələndirmə layihəsi ölkəmizdə yaradılan və Azərbaycan qazını Avropa bazarlarına çıxaran mövcud infrastruktura söykənir. üstünlüyümüz isə bir təchizat marşrutu ilə məhdudlaşmamamızdır”.
Bəli, ölkəmiz neft-qaz hasilatı layihələrində öz əməkdaşlığını daim inkişaf etdirir. Sabah öz işinə başlayacaq Batumi Enerji Sammiti də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Məlumat üçün bildirək ki, Batumi Enerji Sammitində Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Litva, Ukrayna, Polşa, Rumıniya, ABŞ və “Sarmatiya” konsorsiumundan 27 ekspertin iştirakı planlaşdırılır.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58

