Azərbaycanda son illər ərzində səhiyyə sahəsində çox uğurlu işlər görülür
28.01.2010 [11:27]
Respublikamızda səhiyyənin sürətli inkişafı göz önündədir. Hər il onlarla yeni səhiyyə müəssisəsi tikilərək istifadəyə verilir, köhnə tibb ocaqları müasir tələblərə uyğun şəkildə təmir olunaraq ən müasir texnologiyalarla təchiz edilir. Təkcə onu demək kifayətdir ki, ötən il dünya iqtisadi böhranına baxmayaraq, ölkəmizdə 59 yeni səhiyyə müəssisəsi yaradılıb və ya təmir olunub. Bu isə onu göstərir ki, Azərbaycanda bütün sahələrdə gedən sürətli inkişaf prosesi səhiyyə sahəsindən də yan keçmir. Yeri gəlmişkən, bu günlərdə əsaslı təmirdən sonra Bakıda açılan Respublika Klinik Uroloji Xəstəxanası deyilənlərə daha bir örnəkdir. Qeyd edək ki, ötən əsrin ortalarında yaradılan bu klinikada Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə olaraq uğurlu böyrəkköçürmə əməliyyatı aparılmışdı. Respublikamızda urologiya və nefrologiya elminin inkişafına töhfələr verən xəstəxananın fəaliyyəti lazımi maddi-texniki bazanın olmaması səbəbindən dayandırılmışdı. Yalnız 2007-ci ildə Prezident İlham Əliyevin klinikanın əsaslı təmir və təchizatı, onun nəzdində böyrəkköçürmə mərkəzinin yaradılması haqqında Sərəncamından sonra görülən işlər nəticəsində klinika ən müasir tibb ocaqlarından birinə çevrilib. Onu da qeyd edək ki, sözügedən klinikanın açılışı ölkədə tibbi xidmətin yaxşılaşması istiqamətində atılan növbəti mühüm addımlardandır. Xəstəxananın açılış mərasimində iştirak edən dövlət başçısı respublikada son illərdə səhiyyə sahəsində böyük işlər görüldüyünü vurğulayaraq əlavə edib: “Yeni xəstəxanaların açılışı çox geniş vüsət almışdır, həm Bakıda, həm ölkəmizin müxtəlif rayonlarında, bölgələrdə 10 müalicə-diaqnostika mərkəzi tikilib, 6-sı tikilməkdədir. Demək olar ki, bütün rayonlarda mərkəzi xəstəxanalar, uşaq xəstəxanaları təmir edilir, yeniləri tikilir. Bakıda çox böyük elmi-tədqiqat institutlarının əsaslı təmir işləri başa çatır və bəziləri - Oftalmologiya, Onkologiya, Talassemiya mərkəzləri artıq istismara verilibdir. Bu gün uroloji xəstəxananın açılışını qeyd edirik. Dövlət Tibb Universitetinin iki korpusu - terapevtik və cərrahiyyə korpusları. Orada da işlər gedir. Hərbi hospital, Daxili İşlər Nazirliyinin hospitalı, Gömrük Komitəsinin hospitalı bütün bunlar-Azərbaycanın səhiyyə sisteminin müasirləşməsinə xidmət göstərir”.
Həqiqətən də, görülən işlər nəticəsində Azərbaycan regionun ən müasir və təkmilləşmiş səhiyyə sisteminə malik olan ölkəsinə çevrilib. Respublikamızın bütün regionlarında əhali yüksək keyfiyyətli tibbi xidmətlə təmin olunub. Belə ki, xəstəxanalarda yaradılan hər cür şərait tibb işçilərinə öz vəzifələrinin öhdəsindən yüksək səviyyədə gəlməyə imkan verir. Dövlət başçısının da bildirdiyi kimi, əsas məqsəd həm Bakı, həm də bölgələrdə yaşayan sakinlərin yüksək tibbi xidmətlə təmin edilməsidir: “çox vacibdir ki, bu gözəl şəraitdə insanlara yüksək tibbi xidmət göstərilsin. İndi bunu etmək üçün bütün imkanlar vardır. Gözəl şərait, ən müasir avadanlıq. Əsas odur ki, bu tibb müəssisələrində çalışan həkimlər və bütün işçilər insanlara, xəstələrə ən yüksək tibbi xidmət göstərsinlər. Əminəm ki, belə də olacaqdır. Bu xəstəxanalarda işləmək üçün bütün şərait, xəstələrin müalicəsi, diaqnostika üçün bütün imkanlar vardır. Beləliklə, biz Azərbaycanda müasir səhiyyə sisteminin yaradılması işində növbəti vacib addımı atırıq. Əminəm ki, gələcək illərdə bizim bütün planlarımız həyata keçiriləcəkdir”.
Bildiyimiz kimi, 2009-cu ilin “Uşaq ili” elan olunması ilə əlaqədar Tədbirlər Planı haqqında Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq uşaq və yeniyetmələrin reproduktiv sağlamlığının qorunması istiqamətində xeyli işlər görülüb. Belə ki, respublikanın hər yerindən, eləcə də, qaçqın və məcburi köçkün ailələrindən olan minlərlə uşaq arasında kütləvi müayinələr aparılıb və müalicəyə ehtiyacı olanların sağlamlığının bərpa olunması məqsədilə həkim nəzarətinə götürülüb. Təhsil müəssisələrində, uşaq bağçalarında həyata keçirilən bu tədbirlər nəticəsində yeni nəslin sağlamlığının qorunmasında mühüm irərililəyişlər əldə olunub. ümumiyyətlə, səhiyyə sahəsində görülən sistemli və ardıcıl işlər bu sahənin sürətli inkişafına təkan verir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23

