Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti beynəlxalq aləmdə də xüsusi ehtiram qazanıb
18.02.2010 [21:48]
Bu günlərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Fransa Prezidentinin Sərəncamına əsasən “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib. Mehriban xanım Əliyeva adıçəkilən ali mükafata Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə layiq görülüb. Yeri gəlmişkən, qeyd edək ki, məşhur ictimai-siyasi, dövlət, mədəniyyət və elm xadimlərinə, sərkərdələrə verilən “Şərəf Legionu” ordeni 1802-ci ildə imperator Napoleon Bonapart tərəfindən təsis edilib. Hazırda Fransanın ən yüksək dövlət mükafatı hesab olunur.
Millət vəkili Mehriban xanım Əliyevanın Fransanın ali mükafatına layiq görülməsi, onun ictimai, xeyriyyəçilik fəaliyyətinin, təhsil və mədəniyyət sahələrinin inkişafına verdiyi əvəzsiz töhfələrin yalnız ölkəmizdə deyil, beynəlxalq aləmdə də xüsusi ehtiram qazanmasının növbəti əyani sübutudur.
Qeyd edək ki, bu orden, nəcib, qayğıkeş, qətiyyətli Azərbaycan xanımının simasına çevrilən Mehriban Əliyevanın ilk beynəlxalq mükafatı deyil. Mehriban xanım Əliyeva hələ 2004-cü il avqust ayının 13-də YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. O, bu statusu Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi, həmçinin, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinin nəticəsi olaraq qazanıb.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, həmçinin, Ulu öndərin milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə yaradılan Heydər Əliyev Fondunun prezidenti 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğu nəticəsində “İlin qadını” seçilib. Bu da səbəbsiz deyil. çünki, ölkəmizin birinci xanımı xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla bərabər, həm də gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərməkdir. Müsahibələrinin birində ölkəmizin birinci xanımı bildirmişdi ki, onun həyat devizi hər zaman öz ləyaqətini saxlamaq, özünə və prinsiplərinə sadiq olmaqdır. Onun sadiqlik nümayiş etdirdiyi prinsiplərdən ən başlıcası da xeyriyyəçilikdir.
Azərbaycanın milli-mədəni irsinin qorunması və təbliği istiqamətində də çoxşaxəli layihələr həyata keçirən Mehriban xanım Əliyeva cəmiyyət üçün vacib olan bütün sahələrə öz töhfəsini verməkdən usanmır.
1995-ci ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə müxtəlif festivallar, sərgilər, habelə konsertlər təşkil etməklə, Mehriban xanım Əliyeva ölkəmizin mədəni irsinin təbliğinin, onun milli və regional səviyyədə mühafizəsinin təmini işində də öz xidmətlərini göstərməkdədir. Bu gün Azərbaycanın ənənəvi klassik musiqisinin dünya miqyasında tanıdılması istiqamətində də Heydər Əliyev Fondu tərəfindən silsilə şəkildə beynəlxalq səviyyəli layihələr həyata keçirilir.
ölkəmizin birinci xanımı uşaqların problemlərinə də böyük qayğı ilə yanaşır. Onun bu sahədə həyata keçirdiyi xeyriyyəçilik fəaliyyəti Azərbaycanda uşaq evlərinin yeniləşdirilməsi və müasirləşdirilməsi, musiqi məktəbinin açılması və diabetli uşaqların müalicəsi istiqamətində görülmüş işləri əhatə edir. Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfiri kimi təşkilatın qeyri-maddi mədəni irsin, xüsusilə, folklorun, ifaçılıq sənəti və xalq sənətkarlığının qorunması istiqamətindəki fəaliyyətini dəstəkləyir. Təsadüfi deyil ki, 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə verilən töhfələrə görə Mehriban xanım Əliyeva Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb.
Fəlsəfə elmləri namizədi olan Mehriban xanım Əliyeva Azərbaycanın Milli Qəhrəmanı çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli-mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, eləcə də, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə “2005-ci ilin adamı” elan edilib.
Mehriban xanım Əliyevanın əzm və qətiyyətli fəaliyyətin nəticəsi olaraq əldə etdiyi uğurlar sırasında İSESKO-nun xoşməramlı səfiri adına layiq görülməsini də xatırlatmaq yerinə düşər. Azərbaycanın birinci xanımı bu statusu sivilizasiyalararası dialoq da daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə, hələ 2006-cı ildə qazanıb. Bundan başqa, Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban xanım Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına da layiq görülüb. Daha sonra, Mehriban xanım Əliyeva genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə 2007-ci ilin mayında “Qızıl ürək” beynəlxalq mükafatı ilə təltif edilib. Həmçinin, Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə, Prezident İlham Əliyevin 2009-cu il 5 may tarixli Sərəncamına uyğun olaraq Heydər Əliyev Mükafatı ilə də təltif olunub. Mehriban xanım Əliyevanın çoxsaylı mükafatları arasında Polşa Respublikasının Böyük Komandor Xaçı ordeni də yer almaqadır. ölkəmizin birinci xanımı bu mükafata ötən il Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.
Turanə QADİRQIZI
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

