/ / Neftlə çirklənmiş ərazilərin təmizlənərək abadlaşdırılması ekoloji siyasətin əsas prioritetlərindən biridir
Neftlə çirklənmiş ərazilərin təmizlənərək abadlaşdırılması ekoloji siyasətin əsas prioritetlərindən biridir
25.02.2010 [09:41]
Respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən kompleks tədbirlərin başlıca istiqamətlərindən biri neftlə çirklənmiş torpaqların təmizlənməsi, eyni zamanda, bir sıra göllərin zəhərli tullantılardan azad edilməsi və abadlaşdırılması ilə bağlı mühüm layihələrin reallaşdırılmasından ibarətdir. Bu istiqamətdə son illərdə mühüm işlər həyata keçirilməkdədir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan edilməsi isə ətraf mühitin yaxşılaşdırılması sahəsində, eləcə də, neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində davamlı tədbirlərin miqyasının artırılmasını zəruri edir.
Prezident İlham Əliyev ekoloji problemlərə həsr olunmuş müşavirədə bir sıra dövlət strukturlarının qarşısında mühüm vəzifələr qoyub. Dövlət başçısı neftlə çirklənmiş ərazilərin təmizlənərək abadlaşdırılmasını ekoloji siyasətin əsas prioritetlərindən biri olduğunu bildirib: “Neftlə çirklənmiş ərazilərdə təmizlənmə işləri geniş xarakter daşımalıdır. Abşeronda, Bakı ətrafında mövcud olan bəzi göllər qurudulmalıdır. Ancaq, eyni zamanda, bəzi göllər abadlaşdırılmalıdır, onların suyu təmizlənməlidir və biz insanların istirahəti üçün bu gölləri yaxşı vəziyyətə gətirməliyik. Böyükşor gölü, Zığ gölü, Bülbülə, Hacıhəsən, Qırmızı göl, Masazır, Mirzələvi, çuxurdərə, Zabrat, Qala, Puta, Daşgil gölləri abadlaşdırılmalıdır. Bu göllərin abadlaşdırılması üçün konkret təkliflər vardır. İndi biz gərək maliyyə mənbələri müəyyən edək ki, bu işləri də aparaq. Beləliklə, biz bu gün Bakının ətrafında, yəni, çox bərbad mənzərə yaradan, müxtəlif məişət tullantıları ilə, neft tullantıları ilə, digər zəhərli maddələrlə çirklənmiş bu gölləri təmizləyəcəyik”.
Dövlət Neft Şirkəti qarşıda duran vəzifələri həll etmək və ekologiya sahəsində bir sıra layihələri həyata keçirmək məqsədilə ekoloji proqram hazırlayıb. Qeyd edək ki, 1990-cı ilin əvvəllərində neft sənayesində ekoloji vəziyyətə dair müvafiq layihələrin həyata keçirilməməsi, xüsusilə də, mədən ərazilərində ətraf mühitlə bağlı sağlamlaşdırma tədbirlərinin aparılmaması bu ərazilərin çirklənməsinə səbəb olub. Hasilatın uzun müddət bəsit texnika və texnologiyalarla aparılması, qazma, istismar və təmir zamanı baş verən çoxsaylı qəzalar, açıq neft, qaz, su fontanları nəticəsində mədən əraziləri həddən artıq çirklənib. Xüsusilə də, Abşeron yarımadasının torpaqları daha çox çirklənməyə məruz qalıb. Burada 10 min hektara yaxın torpaq sahəsi yararsız hala düşüb.
Mövcud vəziyyəti nəzərə alan Dövlət Neft Şirkəti neft-mədən ərazilərində neft məhsulları ilə çirklənmiş torpaqların təmizlənməsi prossesini intensivləşdirmək və daha aktiv fəaliyyət göstərmək üçün ən müasir texnologiyalardan istifadə etməyə qərar verib. Şirkət 2006-cı ildən başlayaraq Abşeron yarımadasında irimiqyaslı işlərin həyata keçirilməsinə başlayıb və indiyədək Bibiheybət, Balaxanı, Siyəzən, Kürovdağ, Qarabağlı və digər yataqlarda təxminən 300 hektara yaxın çirklənmiş torpaq sahəsi təmizlənərək abadlaşdırılıb. Bibiheybətdə təmizlənmiş ərazidə 80 minə yaxın ağac əkilib. Neft Şirkəti 2009-cu ildə Qalada - Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin mədən ərazisində neftlə çirklənmədən təmizlənmiş 10 hektar ərazidə Ekoloji parkın yaradılmasına başlayıb. Eləcə də, ötən il Böyükşor gölü ilə Heydər Əliyev adına Beynəlxalq hava limanına gedən avtomobil yolunun arasındakı 50 hektarlıq ərazidə yerləşən köhnə neft rezervuarları ləğv edilib, torpağın böyük bir hissəsi təmizlənib. 2 il ərzində bu ərazidəki torpaqların təmizlənməsinin başa çatdırılması və burada Bakı Olimpiya stadionunun tikilməsi nəzərdə tutulur.
ARDNŞ neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində xarici dövlətlərin təcrübəsini də öyrənib və bir sıra ölkələrlə həmin sahədə əməkdaşlıq münasibətləri qurub. ARDNŞ respublikamızda neftlə çirklənmiş torpaqların müxtəlif üsullarla təmizlənməsi istiqamətində dünyanın bir sıra inkişaf etmiş şirkətləri arasında birgə layihələr həyata keçirirək ən son texnologiyaların tətbiqinə başlayıb. Şirkət “Ekologiya ili” çərçivəsində işlərin miqyasını daha da artırmaq və yeni layihələrin gerçəkləşməsinə nail olmaq niyyətindədir. ARDNŞ, neftlə çirklənmiş əraziləri rekultivasiya edərək burada böyük yaşıllaşdırma və abadlıq işləri həyata keçirməyi planlaşdırır. ümumilikdə, 400 hektardan çox mədən ərazisində torpaqların təmizlənməsi nəzərdə tutulur.
Tədbirlər planına əsasən, neftlə çirklənmiş torpaqlar rekultivasiya olunur, gölməçələr ləğv olunur, lay suları axıdılan torpaq kanallar müvafiq qaydada uyğun qapalı beton kanallarla əvəz edilir. Landşaft bərpa edildikdən sonra sahələrdə bioloji rekultivasiya işləri aparılır. Bu proses qarşıdakı illərdə geniş vüsət alacaq və təmizlənmiş torpaqlar mineral gübrələrlə zənginləşdiriləcək, torpağa peyin və saman səpildikdən sonra burada yaşıllıqlar, parklar salınacaq.
Neft mədənlərinə yaxın ərazidə yerləşən və zərərli tullantılarla çirklənməyə məruz qalan bəzi göllərin qurudulması və abadlaşdırılması da tədbirlər planına daxildir. Zığ, Bülbülə, Hacıhəsən, Qırmızıgöl, Masazır, Böyükşor, Mirzələvi, çuxurdərə, Zabrat, Qala, Puta, Daşgil göllərinin neft tullantıları və zəhərli maddələrdən təmizlənərək abadlaşdırılması nəzərdə tutulub. Bu göllər abadlaşdırıldıqdan sonra isə insanların dincəlməsi üçün istirahət mərkəzlərinə çevriləcək.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 17:24
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53

