Biz Azərbaycanı ekoloji cəhətdən ən təmiz ölkəyə çevirməliyik
18.03.2010 [10:23]
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin icrası bütün bölgələrdə genişmiqyaslı tədbirlərin davam etdirilməsi ilə xarakterizə oluna bilər. Proqrama uyğun olaraq, ötən bir il ərzində paytaxtda və rayonlarda abadlıq, quruculuq, yenidənqurma işləri sürətləndirilib. İnfrastruktur təminatının yaxşılaşması üçün mühüm addımlar atılıb. Bütün bölgələrdə geniş və əhatəli layihələrin həyata keçirilməsi Dövlət Proqramında nəzərdə tutulmuş kompleks tədbirlərin uğurlu icra olunduğunu şərtləndirmiş olur.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı zamanı Prezident İlham Əliyev bütün bunları yüksək qiymətləndirib. Dövlətimizin başçısı, eyni zamanda, ölkəmizdə ekoloji problemlərin həlli istiqamətlərindən danışaraq bildirib ki, bu sahəyə çox böyük diqqət göstərilir: “Bu il Azərbaycanda “Ekologiya ili” elan edilib. Bu da təsadüfi deyildir. çünki indi bu sahəyə ən böyük diqqət göstərilir. Biz xüsusilə Bakıda, Abşeron yarımadasında ekoloji vəziyyəti qısa müddət ərzində yaxşılaşdırmalıyıq. Eyni zamanda, bölgələrdə də bu məsələyə diqqət göstərilməlidir. Konkret proqramlar vardır və yerli icra orqanları bu işlərə fəal qoşulublar. Mən bunu alqışlayıram. Daha da fəal olmaq lazımdır ki, biz istədiyimizə nail olaq. Biz Azərbaycanı ekoloji cəhətdən ən təmiz ölkəyə çevirməliyik. Baxmayaraq ki, əsrlər boyu xüsusilə Bakıda, Bakının ətrafında neft mədənlərində hasilatla bağlı məsələlər o qədər də ekoloji standartlara uyğun deyildi. Bizi böyük işlər gözləyir. Neftlə çirklənmiş bütün əraziləri, gölməçələri təmizləməliyik, Xəzər dənizinin buxtasını təmizləməliyik. Məişət tullantıları zavodunun tikintisi nəticəsində artıq ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaqdır. Biz bütün bu işləri planlı, sistemli şəkildə aparmalıyıq və bölgələrdə buna bənzər işlər aparılmalıdır”.
Prezident xüsusi şəkildə vurğulayıb ki, Bakıda və Abşeronda ekoloji vəziyyət ən qısa zaman kəsiyində yaxşılaşdırılmalıdır. Prezident illərlə yığılıb qalan ekoloji problemlərin ən qabarıq şəkildə üzə çıxdığı bu region üçün nəzərdə tutulan iri layihələrə də diqqət yetirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Monitorinq İdarəsinin rəisi Mirsalam Qəmbərov deyib ki, dövlət başçısının tapşırıqlarına müvafiq olaraq əməli addımlar atılacaq: “Prezident İlham Əliyevin də vurğuladığı kimi, neftlə çirklənmiş ərazilər ekoloqların ən yaralı yeri sayılır. Odur ki, ekoloji problemlərin həllində prioritetlərdən biri də neftlə çirklənmiş ərazilərin təmizlənməsidir”.
M.Qəmbərovun sözlərinə görə, ETSN bu istiqamətdə müvafiq qurumlarla əlaqəli işləyir: “Neftlə çirklənmiş ərazilərin rekultivasiyası ilə əlaqədar ARDNŞ və başqa müvafiq qurumlarla birgə layihələr həyata keçirilir. Bibiheybət ərazisində 190 hektar ərazi rekultivasiya olunub. Bakı buxtası bu sahədə ölkənin və ekoloqların yaralı yeri hesab olunur. Burada uzun müddətdən bəri yaranan və qarşısı alınmayan çirklənmə ərazidə ekoloji vəziyyəti ümidsiz edib”.
Mütəxəssisin fikrincə, 150-160 ildir ki, çirklənməyə məruz qalan bu ərazini təmizləməyə oraya axıdılan çirkabın qarşısını almaqla başlamaq lazım gələcək.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi də artıq neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün ciddi tədqiqat işlərinə başlayıb. Belə ki, bir sıra ərazilərdə, o cümlədən, Balaxanıdakı 1 saylı Neft-Qaz çıxarma Sexinə aid olan 110 hektarlıq sahədə ekoloji tədqiqatlar aparılıb. Qeyd edək ki, bu tədqiqatlar zamanı torpaqdan nümunələr götürülərək laboratoriya şəraitində analiz edilir. Bu zaman neft və neft məhsullarının, digər ağır metalların torpağa hansı səviyyədə hopmasını öyrənmək üçün yerin qatlarından palçıq nümunələri götürülür. Həmçinin, zəruri təhlükəsizlik tədbirləri məqsədilə ərazilərin radiasiya fonu öyrənilir. ARDNŞ-də deyirlər ki, çirklənmiş torpaqdan götürülən nümunələr qablaşdırılaraq Ekoloji Tədqiqatlar Laboratoriyasına göndərilir. Nəticələr məlum olduqdan sonra ərazidəki çirklənmənin aradan qaldırılması üçün təkliflər hazırlanacaq.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35

