Azərbaycanda abadlıq işlərinin sürətləndirilməsi ilə bağlı davamlı tədbirlər həyata keçirilir
22.04.2010 [10:01]
İqtisadi inkişafın yeni mərhələsinə daxil olan Azərbaycanda infrastrukturun yenidən qurulması istiqamətində iri layihələrin həyata keçirilməsi son illər daha geniş vüsət alıb. Bakı şəhərində və ölkənin bütün regionlarında sosial infrastruktur təminatının və kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi ilə yanaşı, ən müasir standartlara cavab verən elm, təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, park və istirahət komplekslərinin, xiyabanların yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. Abadlıq-quruculuq işləri üçün dövlət büdcəsi ilə bərabər, digər maliyyə mənbələrindən böyük həcmdə vəsaitlərin ayrılması isə, bu sahəyə hökumətin diqqət və qayğısının ən yüksək təzahürü kimi səciyyələndirilə bilər.
Bakı şəhərində və rayonlarda bütün istirahət, mədəniyyət, turizm obyektlərinin yenidən qurulmasını daim diqqət mərkəzində saxlayan dövlət başçısı İlham Əliyev bu istiqamətdə davamlı tədbirlərin görülməsi üçün Prezidentin Ehtiyat Fondundan əlavə maliyyə vəsaitlərinin ayrılmasına qərar verir. Dövlət başçısının bu diqqət və qayğısının nəticəsidir ki, son illərdə park və mədəniyyət mərkəzlərinin böyük əksəriyyəti ən müasir üslubda yenidən qurularaq insanların istifadəsinə verilib. Onu da qeyd edək ki, Prezidentin bu ilin mart ayında imzaladığı Sərəncama əsasən, Bakı şəhərində abadlıq işlərinin daha da sürətləndirilməsi ilə bağlı davamlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Paytaxtın küçə və prospektlərində, park və xiyabanlarında davam etdirilən yenidənqurma və abadlıq işlərinin maddi təminatını gücləndirmək məqsədi ilə Bakı şəhər İcra Hakimiyyətinə 20 milyon manat məbləğində vəsait ayrılıb.
Onu da qeyd edək ki, Bakının bütün prospekt və küçələrinin kənarında və ətrafındakı binaların, park və mədəniyyət ocaqlarının müasir, zövq oxşayan forma və üslubda bərpası, yenidən qurulması işləri davam etdirilərkən həm milli ornamentlər və arxitektura normaları, həm də şəhərsalmanın ən modern üslubları tətbiq olunur. Binaların fasadı üzlük daşlarla üzlənir, pəncərələr yenilənir, eyvanlar milli ornamentə uyğun quraşdırılır. Həmçinin, binaların girişinə dəmir-seyf qapılar qoyulur. Binaların qarşısındakı piyada səkiləri isə metlax və qəmbər daşlarla döşənir. Görülən işlər nəticəsində paytaxtdakı bir əsrə yaxın yaşı olan binalar tarixiliyini saxlamaqla, müasir şəkildə abadlaşdırılır. Bir sözlə, quruculuq və abadlıq işləri paytaxtın hüsnünə zəngin çalarların əlavəsi kimi dəyərləndirilə bilər. Bakı mükəmməl panoramı ilə ölkə vətəndaşlarını və turistlərin zövqünü oxşayır. Abadlıq işlərinin aparılması göstərir ki, Bakı nəinki öz gözəlliyini qoruyub saxlayır, həm də dünyanın ən zövqlü şəhərinə çevrilir.
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, bölgələrdə də mədəni obyektlərin, sosial infrastrukturun yenidən qurulması, abadlıq işlərinin aparılması sürətlə davam etdirilməkdədir. Bütün rayon mərkəzləri tanınmaz dərəcədə gözəlləşib və abadlaşıb. Bakı ilə yanaşı, respublikamızın iri şəhərləri - Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran və digər şəhərlər əsrarəngiz gözəllikləri ilə diqqəti cəlb edir. Bölgələrdə inşa olunan yeni yaşayış binaları, müasir tələblərə cavab verən tikililər, yolların asfaltlanması, park və xiyabanların təmiri, yeni istirahət guşələrinin salınması, insanların rahatlığı üçün mədəni obyektlərin yaradılması və digər abadlıq işləri rayonların ümumi mənzərəsini tanınmaz dərəcədə dəyişdirib. Milli üslubda və memarlıq ənənələrinə uyğun salınan yeni parklar, xiyabanlar və tikililər göz oxşayır. ümumiyyətlə, mədəniyyət və istirahət komplekslərinin yenidən qurulması, park və xiyabanların təmiri bütün bölgələrin simasının gözəlləşməsinə səbəb olur ki, bu da insanların daha da rahatlığı və istirahəti üçün əlverişli şəraitin təmin olunması deməkdir.
Onu da qeyd edək ki, abadlıq işləri regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramlarının da əsas proritetlərindən birini təşkil edir. 2004-2008-ci illərə dair birinci proqramın icrası nəticəsində bölgələrdə genişmiqyaslı tədbirlər davam etdirilib, rayonlarda abadlıq, quruculuq, yenidənqurma işləri sürətləndirilib. İnfrastruktur təminatının yaxşılaşması üçün mühüm addımlar atılıb. Bakı şəhəri və onun qəsəbələrində, rayonlarda, ucqar yaşayış məntəqələrində mədəniyyət və istirahət parklarının, idman-əyləncə komplekslərinin, incəsənət mərkəzlərinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı mühüm tədbirlər görülüb. Eyni zamanda, 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramının icrasından ötən bir il ərzində bu istiqamətdə ən mühüm işlər görülüb. Abadlıq və quruculuq işləri qarşıdakı illərdə daha geniş vüsət alaraq respublikamızın simasının əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31

