Türkiyə-Azərbaycan qardaşlığı tarixi sınaqdan üzü ağ çıxdı
24.04.2010 [09:19]
Məlum olduğu kimi, Ermənistan Prezidenti S.Sarkisyan Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasını, sərhədlərin açılması və diplomatik əlaqələrin qurulmasını nəzərdə tutan Sürix protokollarının parlamentdə ratifikasiyasını dayandırdığını bəyan edib. Bu bir daha onu göstərdi ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq, strateji tərəfdaşlıq əlaqələri yüksək səviyyədədir və sarsılmazdır. Bununla sübut olundu ki, iki qardaş ölkə arasında münasibətlərin korlanmasına istiqamətlənmiş istənilən cəhd iflasa məhkumdur. Ortaya çıxan məntiq isə ondan ibarət oldu ki, qardaşlıq və dostluq kimi mənəvi dəyərlər üzərində əlaqələr qurmuş Türkiyə və Azərbaycanın liderlərinin siyasi iradəsi regionda ədalətsiz nizamlanma prosesinin qarşısını aldı...
Hər kəsə bəllidir ki, bu gün Cənubi Qafqaz regionunun “bədxassəli şiş”inə çevrilmiş Ermənistan xarici dövlətlərin yardımları və ianələri hesabına yaşayır. ABŞ həm dövlət səviyyəsində, həm də müxtəlif proqramlar daxilində Ermənistana milyonlarla dollar yardım ayırır ki, ən azından kriminal-oliqarxların əsirinə çevrilmiş xalqın sosial təminatını həyata keçirilə bilsin. Bu yardımgöstərmə prosesində digər dövlətlər və güc mərkəzləri də iştirak edir ki, bunları da ictimaiyyət tanıyır. Amma bu donor təşkilatlar və dövlətlər görürlər ki, Ermənistanı bütün mövcudluğu boyunca maddi yardımla dəstəkləyə bilməyəcəklər. Yəni, qloballaşan dünyada dövlətlərin inkişafı üçün lazım olan infrastruktur və maliyyə ehtiyacları hər gün sürətlə artır. Ermənistan isə bu inkişaf tendensiyasından kənarda qaldığı üçün bir dövlət kimi mövcudluğunu itirmək təhlükəsilə üz-üzə qalıb. Ona görə də, Türkiyəni Ermənistanla sərhədlərini açmağa məcbur etmək istədilər. Bu niyyətlərinə qismən - Sürix protokollarını tərəflərə imzalatmaqla - nail olan məlum dövlətlər bu səviyyədən yuxarı qalxa bilmədilər. çünki, qardaş Türkiyə ona göstərilən bütün təzyiqlərə ləyaqətlə davam gətirdi və Azərbaycanın milli maraqlarının onun üçün böyük əhəmiyyət kəsb etdiyini əyani şəkildə nümayiş etdirdi.
Əlbəttə ki, dünya gücləri onların birbaşa dəstəyi və nəzarəti altında gedən bu prosesin belə başa çatacağına inanmırdılar. Azərbaycan dövləti isə bir daha sübut etdi ki, öz iradəsini reallaşdırmaq üçün yüksək siyasi potensiala malikdir. Azərbaycanın milli maraqlarını hər şeydən yüksəkdə tutan Azərbaycan Prezidenti İlham Əliyev əsl siyasi liderə xas olan iradə, uzaqgörənlik nümayiş etdirərək dövlətimizin mənafelərinə zidd siyasətin həyata keçirilməsinə imkan vermədi. Azərbaycan Prezidentinin Türkiyəyə səfərdən və ABŞ Prezidenti B.Obama ilə görüşdən imtina etməsi bunun əyani sübutudur...
Bir sıra ekspertlər və başqa dövlətlərin rəsmiləri də söyləyirlər ki, bu prosesdə Azərbaycanın maraqlarının nəzərə alınmamasının ən böyük səhv olduğu üzə çıxdı. Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO qrupunun sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili Vahid Ərdəm deyib ki, Ermənistan bölgədə sülh yaradılması üçün addımlar atmaq yerinə, birtərəfli qərarlarla Türkiyəni sıxışdırmağa çalışır. Bu, səhv yoldur. çünki, heç kimin Türkiyəyə təzyiq göstərməsi mümkün deyil. Ermənistan bu yolla getmək əvəzinə, işğal etdiyi Azərbaycan torpaqlarından çıxaraq həm Türkiyə, həm də Azərbaycanla dostluq yolunu seçərsə, öz gələcəyini xilas edər. O, bildirib ki, Ermənistanın koalisiya hökumətinin son qərarı Türkiyənin haqlılığını bir daha sübut edib: “çünki bölgədə sülhə nail olunmasının birinci şərti Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsidir. Türkiyə bunu tələb edərkən Ermənistan bu haqlı tələbi yerinə yetirmək əvəzinə, protokolların “dondurulması” yolunu seçib. Yaranmış vəziyyət Türkiyə ilə Azərbaycanın daha sıx əməkdaşlığını tələb edir”.
İmzalanmış protokolların ratifikasiyası prosesinin dayandırılması barədə Ermənistanın qərarına münasibət bildirən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç isə deyib ki, Ermənistanın qəbul etdiyi qərarlarla bağlı bir şey deyə bilmərik. Biz bu prosesi davam etdirəcəyik, protokolların ruhuna və mətninə bağlıyıq. O, Türkiyənin protokolları ratifikasiya etmək üçün şərtlərinin bəlli olduğunu xatırladıb: “Dağlıq Qarabağ məsələsinin həllində irəliləyiş olmalı, Azərbaycanın torpaqları işğaldan azad edilməlidir”.
Bu prosesdən siyasi və iqtisadi divident götürməyə çalışan güclər də artıq bu mərhələdən sonra başa düşdülər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində mühüm irəliləyiş əldə edilməsə, Azərbaycanın milli maraqları nəzərə alınmasa, Cənubi Qafqazda süni şəkildə tətbiq edilən hər hansı nizamlama prosesi əhəmiyyətsizdir və heç bir nəticə verə bilməz. Ona görə də, onlar müxtəlif kanallarla prosesin “canlı” qalmasını təmin etmək istəyirlər.
Bir sözlə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə həyata keçirilən planlar alt-üst oldu. Bu ədalətsiz nizamlanma prosesinin arxasında duran güclər isə bundan sonra Cənubi Qafqazla bağlı hər hansı bir siyasi qərar qəbul edərkən, Azərbaycanın mövqeyini və maraqlarını mütləq nəzərə almaq məcburiyyətində olacaqlar. Amma bundan sonra ictimaiyyəti bir sual düşündürür: görəsən Londonda bəyanat verərək, Azərbaycan Prezidentini Türkiyə-Ermənistan sərhədlərinin açılışına dəvət edən Serj Sarkisyan indi nə düşünür?
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

