Bakıda "Aitf-2010" IX Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi işə başlayıb
29.04.2010 [11:08]
Dünən Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Aitf-2010” IX Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərginin açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısına məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu sərginin ölkəmizdə keçirilməsi artıq ənənə halı alıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dünya Turizm Təşkilatı, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilir.
“Sərgini ziyarət et, dünyanı kəşf et!” devizi ilə keçirilən və üç gün davam edəcək sərgidə bu il 33 turizm istiqamətini əhatə etməklə, dünyanın 24 ölkəsindən 120-dən çox şirkət iştirak edir. Sərginin ərazisi ötən illə müqayisədə 20 faiz artırılıb. Bu il sərgidə 14 ölkə öz milli stendləri ilə çıxış edir. Bu ölkələr arasında sərginin Azərbaycan, Yunanıstan, Gürcüstan, Malayziya, Türkiyə, özbəkistan və çexiya kimi daimi iştirakçıları ilə yanaşı, bu ilin debütantları olan Misir, Hindistan, İtaliya, Mavriki adaları, Birləşmiş Ərəb Əmirlikləri və Rusiya da var.
Prezident İlham Əliyev əvvəlcə I ümumrespublika daxili turizm sərgisi ilə tanış olub. Bildirilib ki, burada ilk dəfə Azərbaycanın regional turizm sektoru geniş təqdim olunub və ölkəmizin turizm üzrə ixtisaslaşan bölgələrində yaradılmış şərait haqqında bütün məlumatlar öz əksini tapıb. Sərgidə ölkənin istirahət zonaları, sanatoriyaları və mehmanxanaları barədə ekspozisiyalar var. Ziyarətçilər hər bir regionun milli koloritini duya, Azərbaycanın zəngin folkloru, mətbəxi və ənənələri ilə yaxından tanış ola bilərlər.
Vurğulanıb ki, Azərbaycanda turizmin inkişafı dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin cari il aprelin 6-da imzaladığı Sərəncamla təsdiq olunmuş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” bu sahədə mühüm irəliləyişdir. Bu proqramda turizmi qeyri-neft sektorunun inkişaf etmiş aparıcı sahələrindən birinə çevirmək əsas vəzifələrdən biri kimi irəli sürülüb. Təsadüfi deyil ki, son illərdə Azərbaycanda turizmin ölkə iqtisadiyyatının mühüm hissəsinə çevrilməsi, bu sahədə kiçik və orta sahibkarlıq üçün möhkəm bazanın yaradılması regionların infrastruktur cəhətdən də inkişafını təmin edir. Digər tərəfdən, ölkəmizin malik olduğu təbii sərvətlər, tarixi abidələr Azərbaycana turist axınını şərtləndirən mühüm amillərdir. ölkəmizdə turizmin inkişaf etdirilməsində bu sahədə dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən istifadə edilir. Turizmin təşkili ilə bağlı müxtəlif layihələrin icrası üçün əlverişli məkan olan Azərbaycanın malik olduğu imkanlar turizmin inkişafı üçün yaxşı şərait yaradır. Nadir təbii zənginliklərə malik olan ölkəmizdə yeni, müasir mehmanxanalar şəbəkəsinin yaradılması da Azərbaycana turist axınını sürətləndirir.
Prezident İlham Əliyev Bakı, Naxçıvan, Xaçmaz, Gəncə, Lənkəran, Lerik, Şəki, Şamaxı, Quba, Qarabağ, Qusar, Masallı, İsmayıllı, Qəbələ, Zaqatala, Qazax və Qax bölgələrinin turizm imkanlarının əks olunduğu pavilyonlarla yaxından tanış olub, həmin ərazilərdə bu sahənin dinamik inkişafının göstərildiyi lövhələrə baxıb.
Sərgidə təmsil olunan xarici ölkə şirkətlərinin pavilyonları ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, ötən illərdən fərqli olaraq bu il sərgidə iştirak edən ölkələrin və şirkətlərin sayı artıb. Bu da Bakıda hər il keçirilən Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin əhəmiyyətindən xəbər verir.
Prezident İlham Əliyev sərgidə geniş pavilyonla təmsil edilən Rusiyanın Stavropol vilayətinin turizm potensialı ilə tanış olub. ölkəmizdə səfərdə olan Stavropol vilayətinin qubernatoru Valeri Qayevski bildirib ki, Stavropol diyarının stendi nadir sanatoriya müalicəsi metodikaları ilə məşhur olan Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı, Pyatiqorsk kimi kurort şəhərlərinin ekspozisiyalarını bir araya gətirib. Sərgidə ilk dəfə olaraq, Rusiyanın tur-operatorları Sankt-Peterburq şəhəri üzrə ekskursiya turlarını da təklif edirlər.
Sərgiyə Azərbaycan turistlərinə təkcə Qara dənizin kurortları deyil, həm də Truskaves və digər şəhərlərin müalicə kurortlarını təklif edən Ukrayna şirkətləri də fəal qatılıb.
Dövlətimizin başçısına məlumat verilib ki, bu il sərgidə Türkiyə ilk dəfə olaraq tərəfdaş ölkə qismində çıxış edir. öz turizm imkanları ilə dünyada kifayət qədər məşhur olan Türkiyə şirkətlərinin beynəlxalq sərgidə fəal təmsil olunması onların Azərbaycanın turizm bazarına marağından irəli gəlir.
Qeyd edilib ki, sərginin ilk iki günü xüsusi olaraq turizm sektorunun peşəkarları üçün müxtəlif mövzularda seminarlar keçiriləcək. Sərgidə iştirak edən mütəxəssislər müxtəlif istiqamətlər üzrə turizm biznesinin aparılması ilə bağlı təcrübələrini bölüşəcək, fikir mübadiləsi aparacaqlar.
Daha bir yenilik isə sərgi ərazisində quraşdırılmış informasiya köşkləridir. Ziyarətçilər bu köşklərdən istifadə etməklə sərgi, tədbirlərin təşkilatçıları, eləcə də tədbirlərin keçirildiyi yerlərlə bağlı faydalı məlumatlar əldə edə bilərlər. Bundan başqa, ilk dəfə ziyarətçilərə sərgini tərk etmədən Azərbaycan paytaxtı ilə tanışlıq imkanı yaradılıb.
“Aitf” IX Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə yanaşı, “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” IV Qafqaz beynəlxalq sərgisi də keçirilir. Sərgidə mehmanxanalar, restoranlar və supermarketlər üçün kompleks təchizat, ticarət köşkləri, mətbəx avadanlığı, qəlyanaltı sistemləri və s. nümayiş olunur.
“Aitf-2010” IX Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ölkəmizin malik olduğu iqtisadi qüdrəti və turizm potensialını nümayiş etdirmək, bu sahədə əməkdaşlıq əlaqələri yaratmaq, o cümlədən xarici tərəfdaşlarla səmərəli əlaqələr qurmaq baxımından mühüm hadisədir.
Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış olub, iştirakçılara uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

