Ulu öndərin nəcib əməlləri gələcək nəsillər üçün müdriklik məktəbi olacaq
12.05.2010 [10:51]
Mayın 10-da “Buta” sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdən dəvət olunmuş qonaqların iştirak etdikləri tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çıxış edərək deyib ki, Heydər Əliyevin həyatı bütövlükdə Azərbaycanın inkişafına yönəlib.
Heydər Əliyevin fəaliyyəti nəticəsində bu gün müstəqil və dünya birliyində layiqli yer tutan ölkədə yaşadığımızı vurğulayan Mehriban xanım bildirib ki, Ulu öndərin nəcib əməlləri gələcək nəsillər üçün müdriklik məktəbi olacaq.
“Azərbaycanlılar fəxr edirlər ki, Heydər Əliyev kimi unudulmaz lideri, qəhrəmanı vardır”, - deyən Mehriban xanım Əliyeva bildirib ki, Ulu öndərin adını daşıyan Fond artıq 6 ildir fəaliyyət göstərir və bu illər ərzində Heydər Əliyev Fondu Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edib. Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişafında, o cümlədən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayıb. Təsadüfi deyildir ki, bu gün Heydər Əliyev Fondu dünyada hörmət və etimad ünvanına çevrilib.
Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr olunan film nümayiş etdirilib.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.
Dövlətimizin başçısı deyib ki, Hey
dər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə və ləyaqətlə xidmət edib.
“Azərbaycan xalqı Heydər Əliyevə daim böyük məhəbbət və inamla yanaşıb”, - deyən Prezident İlham Əliyev bildirib ki, Ulu öndər ölkəmizin problemlərinin həllinə hər zaman həssaslıqla yanaşıb və bir vaxtlar üzləşdiyimiz çətinliklərin aradan qaldırılması məhz Heydər Əliyevin xidmətləri sayəsində mümkün olub. Ulu öndərin gərgin fəaliyyəti nəticəsində Azərbaycan riskli ölkə imicini dağıdıb, respublikada irimiqyaslı layihələrin icrasına başlanıb, bütün sahələrdə inkişaf meyilləri güclənib.
1993-2003-cü illərin Azərbaycanın gələcəyi üçün həlledici dövr, bu 10 ildə görülən işlərin əsrlər boyu görülən işlərə bərabər olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, Ulu öndərin qurduğu müstəqil Azərbaycan bu gün yaşayır, inkişaf edir və xalqımızın qarşısında yeni imkanlar açılır, ölkəmiz Heydər Əliyevin yolu ilə gedir və Ulu öndərin ideoloji əsasları ölkədə tam bərqərar olunub. Azərbaycanın sürətlə inkişaf etdiyini deyən dövlətimizin başçısı əmin olduğunu bildirib ki, bu uğurlu dinamika gələcək illərdə də davam etdiriləcək. Bu işlərin təməlində Heydər Əliyev amili dayanır. Biz ümummilli liderimizə sadiqik, - deyən Prezident İlham Əliyev bildirib ki, Heydər Əliyev siyasəti Azərbaycanda əbədi yaşayacaq.
Mərasimdə Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmin nümayişi olub.
Daha sonra Heydər Əliyev Fondunun 2009-cu ildə təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatı sahiblərinə təqdim olunub. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva milli musiqimizin şah əsəri olan muğamın inkişafına verdiyi töhfəyə və Fondun mədəniyyət sahəsində həyata keçirdiyi layihələrdə fəal iştirakına görə Xalq artisti Arif Babayevə “Qızıl çinar” beynəlxalq mükafatını təqdim edib.
Digər nominasiyada mükafat uşaq hüquqlarının qorunması və onların humanist ruhda böyüməsi işinə verdiyi dəstəyə görə YUNİSEF-in Azərbaycandakı keçmiş nümayəndəsi xanım Hana Singerə təqdim olunub. Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı Tahir Salahova da müasir boyakarlıq sənətinin inkişafında göstərdiyi xidmətlərə görə “Qızıl çinar” beynəlxalq mükafatı təqdim edilib. Mükafatlandırma mərasimindən sonra üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olub.
Bakının qonağı olan dünya şöhrətli opera müğənnisi Plasido Dominqo konsertdə çıxış edib, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşüb.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

