/ / Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə paytaxtda möhtəşəm gül bayramı təşkil edilib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə paytaxtda möhtəşəm gül bayramı təşkil edilib
12.05.2010 [10:51]
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Bakıda, Ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm gül bayramı təşkil edilib.
Azərbaycan Prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə gül bayramında olub.
Dövlətimizin başçısına məlumat verilib ki, səhər tezdən başlayaraq paytaxt sakinləri Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə xarici ölkələrdən gətirilmiş gül-çiçəklə bəzədilən parka gəlirlər. Gül bayramında tərtib olunmuş kompozisiyalarda ABŞ, İngiltərə, Hollandiya, Türkiyə, çin, Fransa, Danimarka və dünyanın digər ölkələrindən gətirilmiş 450 növdən artıq 1,5 milyondan çox müxtəlif güllərdən istifadə olunub.
Prezident İlham Əliyev və ailə üzvləri güllərdən hörülmüş nağıl şəhərciyinə, milli musiqi alətlərimizə - tar, kamança, qaval, saz və qoşa nağaraya maraqla baxıblar.
çiçək kimi bəzənmiş və bayramı daha da gözəlləşdirən uşaqlar Prezident İlham Əliyevi və ailə üzvlərini özlərinə xas səmimiyyətlə salamlayıblar. Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva uşaqlarla söhbət ediblər, onlarla birlikdə Ulu öndərin abidəsini ziyarət edərək, xatirə şəkli çəkdiriblər. Müstəqil dövlətimizin xilaskarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı gül-çiçəyə qərq olub, postament güllər və yarpaqlarla hörülüb.
Prezident İlham Əliyev və ailə üzvləri gül-çiçəyə qərq olmuş parkın gözəlliyini seyr ediblər.
Müxtəlif çiçəklərdən toxunan “xalça”lar, türk dünyasının böyük oğlu Heydər Əliyevin portreti orijinallığı ilə göz oxşayırdı. Xarici ölkələrdən gətirilmiş və Azərbaycanda yetişdirilmiş cürbəcür çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırlanan rəngarəng kompozisiyalar buraya gələnləri heyran qoyurdu. Təbii çiçəklər və yarpaqlardan düzəldilmiş stendlərdə Ulu öndər Heydər Əliyevin təbiətin qoynunda çəkilmiş fotoşəkilləri göz oxşayırdı. Burada Prezident İlham Əliyevin və ailə üzvlərinin müxtəlif illərdə təşkil edilmiş gül bayramlarında iştirakını əks etdirən və güllərlə bəzədilmiş fotostendlər də maraq doğururdu. Fəvvarələrin ətrafından tutmuş hər tərəf bir-birindən gözəl, bahar təravətli gül-çiçək içində idi. Bir-birini əvəz edən musiqi nömrələri bayram ovqatını daha da yüksəldirdi.
Prezident İlham Əliyev və ailə üzvləri Hollandiya Zambaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyası tərəfindən ümummilli lider Heydər Əliyevin adına yetişdirilmiş və bayram ərəfəsində Bakıya gətirilərək parkda əkilmiş zanbaqlara maraqla baxıblar. Qeyd olunub ki, paytaxtın müxtəlif park və xiyabanlarını Assosiasiya tərəfindən yetişdirilmiş 500 mindən artıq qızılı zanbaq bəzəyir. Gələn il isə onların sayı 2 milyona çatdırılacaq.
İngiltərədə hazırlanaraq respublikamıza gətirilmiş və üzərində Ulu öndərin portreti, müxtəlif çiçəklər əks olunmuş 3 ədəd 30 metr hündürlüyündə hava şarı da maraqla qarşılanıb.
Dövlətimizin başçısı və ailə üzvləri ümummilli lider Heydər Əliyevin güllərdən hazırlanmış portreti önündə xatirə şəkli çəkdiriblər.
Xəbər lenti
Hamısına baxHadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06

