Türkiyə və Azərbaycanın gücü onların birliyindədir
19.05.2010 [10:18]
Dost və qardaş ölkələr olan Türkiyə və Azərbaycanı iqtisadi-siyasi, hərbi, ticari, elmi-mədəni, ümumiyyətlə, bütün sahələrdə tarixi yaxınlıq və eyni milli dəyərlər birləşdirir. Bütün tarixi dövrlərdə davamlı və uzunmüddətli əlaqələr quran Türkiyə və Azərbaycanın ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatında dinamizm meyilləri müşahidə olunub. Həmişə bir-birinin köməyini, çətin sınaqlarda dəstəyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meyilləri olmayıb. Bu ölkələri bir-birinin problemlərinə diqqət və qayğı, səmimiyyət, qardaşlığın, milli birliyin genetik kodları birləşdirir.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrinin gerçəkləşməsinə nail olan bu ölkələr nəinki regionun, bütünlükdə dünyanın enerji təhlükəsizliyinin təminatında həlledici rol oynamaqdadır. Bu gün ən nəhəng qaz və neft kəmərləri Azərbaycan-Türkiyə tranzit məkanı vasitəsilə dünyaya uzanmaqdadır, bunun hansı siyasi güc olması bütün dünya dövlətlərinə yaxşı məlumdur. Məhz bu amillər hər iki ölkənin dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan yeni-yeni layihələr dünya birliyində Azərbaycanın və Türkiyənin nüfuzunun, mövqeyinin güclənməsinə təkan verir. Bu gün hər iki ölkənin iqtisadiyyatı istər dövlət şirkətləri, istərsə də biznes qurumları üçün açıqdır.
Son illərdə ölkələr arasında dinamizmin möhkəmlənərək keyfiyyətcə yeni mərəhələyə qədəm qoyması qarşılıqlı əməkdaşlıq tellərinin genişlənməsinə impuls verib. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, iki qardaş ölkə arasında qırılmaz tellərin, milli ənənələrin mövcudluğu inkişafın davamlı olmasına əlverişli zəmin yaradır. Bu ənənələr, prinsiplər gələcəkdə də davam edərək daha da möhkəmlənəcək.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri olduqca uğurlu olub və faydalı müzakirələr əlaqələrin ən yüksək səviyyədə inkişafı üçün möhkəm təməl yaradıb. R.T.Ərdoğan Türkiyə və Azərbaycanı ayrılmaz iki qardaş adlandıraraq “Bizlər bir ailənin iki üzvüyük” deyib: “Biz bir-birimizə güc verməklə gələcəyini hazırlayan iki ölkəyik”.
Prezident İlham Əliyev bildirib ki, dost və qardaş ölkə olan Türkiyə ilə ikitərəfli münasibətlərin bütün sahələri bir daha nəzərdən keçirilib və qarşıdakı dövrdə əməkdaşlığın ən yüksək səviyyədə pozitiv inkişafı üçün birgə addımların atılması ilə bağlı təşəbbüslərin sürətləndirilməsi qərara alınıb. Cənab İlham Əliyev iki qardaş ölkənin həmişə uğurla əməkdaşlıq etdiyini və qarşıda duran bütün çağırışlara, bütün vəzifələrə birgə münasibət göstərdiklərini bəyan edib.
Strateji əməkdaşlıq şurasının yaradılması ilə bağlı qərar isə Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın yeni komponentlərini müəyyən etmək üçün fundamental konsepsiya kimi dəyərləndirilə bilər.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanla birgə həm ikitərəfli, həm də region üçün ən nəhəng layihələrin reallaşması istiqamətində də səylərin gücləndiriləcəyini bəyan edib. Həmişə Naxçıvanın siyasi və iqtisadi inkişafında mühüm rol oynayan Türkiyə Muxtar Respublikanın dünyaya inteqrasiyası üçün əlavə kommunikasiya və nəqliyyat marşrutlarının gerçəkləşməsinə də öz töhfəsini vermək niyyətindədir. Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvana qədər uzadılması, Naxçıvan-İğdır qaz kəmərinin çəkilməsi hazırda gündəmdə duran əsas məsələlərdən biridir. Onu da qeyd edək ki, yaxın günlərdə Muxtar Respublikaya hava uçuşları daha da intensivləşəcək və “Türk Hava Yolları” həftədə 3 dəfə İstanbuldan Naxçıvana uçuşlar həyata keçirəcək.
Türkiyə Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olması üçün səylərini də gücləndirmək niyyətindədir. Qeyd edək ki, ölkələr arasında ticarət dövriyyəsi 2 milyard dollardan artıqdır və Türkiyə bu rəqəmi ən azı 4 milyard dollara çatdırmaq istəyir. Türkiyə Azərbaycanın neft, qaz, energetika, yüngül və yeyinti sənayesi, maşınqayırma, kənd təsərrüfatı, lizinq, sığorta, xidmət, emal, turizm və digər bölmələrində ən iri sərmayəçiləri ilə seçilir. Türk şirkətləri respublikamızda yeni iş yerlərinin yaradılması və yoxsulluğun azaldılması ilə bağlı strategiyanın reallaşmasında da ən aktiv iştirak edən investorlar sayıla bilər. ümumiyyətlə, Azərbaycanın iqtisadiyyatı Türkiyə üçün geniş əhatə dairəsinə görə necə açıqdırsa, qardaş ölkənin sərmayə bazarında və iqtisadi strukturlarında respublikamızın investorlarına bir o qədər “yaşıl işıq” yandırılıb. Türkiyənin sərmayə bazarında indi ən iri sərmayəçilərdən biri məhz Azərbaycandar. Azərbaycan son bir ildə qardaş ölkəyə yönəltdiyi investisiyaların həcminə görə bir sıra ölkələri qabaqlamaqdadır. Türkiyənin ən nəhəng kimya kompleksi olan “Petkim”in səhmlərinin alınması, “Tekfen” şirkəti ilə səhmlərin alqı-satqısına dair sazişin imzalanması Azərbaycanın Türkiyədə ən böyük potensial investor kimi qüdrətinin artmasının nümunəsidir. ümumilikdə iki ölkə arasında nəzərdə tutulan uzunmüddətli əməkdaşlıq proqramlarının icrası yaxın gələcəkdə həm Türkiyənin, həm də Azərbaycanın dünya iqtisadiyyatında aparıcı yer tutmasına stimul verir.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

