XXI əsrin qızıl sazişi...
18.06.2010 [09:47]
Regionda ən iri nəqliyyat-kommunikasiya dəhlizlərinin müəllifləri olan Azərbaycan və Türkiyə yeni enerji marşrutlarının şəbəkəsini genişləndirməkdə davam edir. Hər iki ölkə regionda əməkdaşlıq və təhlükəsizlik dəhlizinin möhkəmlənməsi üçün siyasi iradə nümayiş etdirən və irəli sürdükləri təşəbbüsləri sona qədər dəstəkləyərək reallaşmasına nail ola bilən güclü dövlətlər kimi diqqəti cəlb edir. Azərbaycan və Türkiyə bölgədə böyük dövlətlərin uzun müddət həyata keçirmək istədiyi layihələri qısa zaman ərzində gerçəkləşdirməyə qadirdir. Sonuncu onillikdə bu qardaş ölkələr bütün regionun iqtisadi və geosiyasi mənzərəsini dəyişən 2 ən nəhəng enerji marşrutunun (Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum) həyata vəsiqə almasına nail olub, Bakı-Tbilisi-Qars kimi trans-kommunikasiya şəbəkəsinin əsasını qoyublar. Digər strateji layihələr də bölgədə sülh və təhlükəsizliyin möhkəmlənməsi üçün əsaslı zəmin yaradıb.
Bir neçə gün əvvəl İstanbulda Azərbaycan və Türkiyə arasında qaz sazişinin imzalanması isə bölgədə trans-enerji marşrutları şəbəkəsinin diversifikasiyasına geniş imkanlar açmaqla bərabər, regionda dostluq, geniş əməkdaşlıq, davamlı sülh, dərin təhlükəsizlik sisteminin möhkəmlənməsinə töhfə verib. Bu saziş dünya miqyasında XXI əsrin ən mühüm sazişi kimi dəyərləndirilir və bütün regionun simasını dəyişməyə qadir olacaq nəhəng kommunikasiya və enerji layihəsi hesab olunur. Saziş Azərbaycan və Türkiyənin sıx əməkdaşlığının təntənəsi ilə yanaşı, Avropa və Asiya arasında inteqrasiyanın dərinləşməsinə böyük töhfə verən strateji sənəd kimi dəyərləndirilir.
Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında təbii qazın satışı və daşınmasına dair imzalanmış Bəyannamə çoxkomponentli sənəd hesab olunur və qlobal xarakterə malik tranzit marşrutunun yaradılmasını nəzərdə tutur. Belə ki, Azərbaycan qazının Türkiyədən Avropaya çoxtranzitli nəqli növbəti mərhələdə genişlənərək Yaxın Şərq və Asiya regionunu da əhatə edəcək. ümumiyyətlə, “Şahdəniz-II” layihəsi üzrə hasil olunacaq qazın qardaş ölkəyə satılması və Türkiyədən keçməklə Avropa dövlətlərinə ixrac olunması əsas prioritetlərdəndir.
Mavi yanacaq nəqli Bakı-Tbilisi-Ərzurum marşrutunun strateji mövqeyini daha da möhkəmləndirəcək və Türkiyə-Yunanıstan-İtaliya qaz layihəsinin həyata vəsiqə almasına da hüquqi baza yaratmış olacaq. Belə ki, Bakı-Tbilisi-Ərzurum marşrutunun davamı kimi Türkiyə-Yunanıstan-İtaliya qaz kəmərinin reallaşması öz həllini tapmış olacaq. Buna görə də, qardaş ölkə ilə respublikamız arasında qaz nəqlinə dair sazişin imzalanması həm Yunanıstan, həm də İtaliya üçün mühüm əhəmiyyət kəsb edir. Həmin dövlətlər birbaşa bu sazişin qüvvəyə minməsindən sonra idxal olunan Azərbaycan qazının həcminin artırılmasına nail ola biləcəklər. Sonrakı mərhələdə Türkiyə-Yunanıstan-İtaliya layihəsi genişləndirilərək Mərkəzi və Cənubi Avropa regionunu əhatə edəcək. Bolqarıstan, Rumıniya, Sloveniya, hətta Suriya və İordaniya kimi digər dövlətlər də bu layihənin davamı kimi ölkəmizə məxsus yanacaq resurslarını əldə etmək imkanı qazanacaq. Eyni zamanda, Azərbaycan qazının İtaliya limanları vasitəsilə müxtəlif region dövlətlərinə nəqli planlaşdırılır.
Beləliklə, Türkiyə və Azərbaycanın bölgədə irimiqyaslı yanacaq marşrutunun, sabitlik və təhlükəsizlik dəhlizinin müəllifləri kimi mühüm üstünlüyü yüksəlmiş olacaq. Bu sənədin imzalanması, həm də “Şahdəniz” yatağının ikinci fazasına sanksiya verilməsini sürətləndirəcək, ölkəmizin qaz sektoruna xarici sərmayəçilərin marağını daha da artıracaq, Azərbaycan qazını əldə etmək istəyənlərin sayının əhəmiyyətli dərəcədə yüksələməsinə səbəb olacaq. “Şahdəniz-II” layihəsi ölkəmizin yanacaq bölməsinə yeni investisiya qoyuluşlarını stimullaşdıracaq. Hesablamalara görə, həmin layihə çərçivəsində ölkəmizə 20 milyard dollara yaxın sərmayə yatırılacaq. Qeyd olunan layihə çərçivəsində Azərbaycanın qaz hasilatının həcmi ən azı 16 milyard kubmetr artacaq. Proqnozlara görə, 2015-2017-ci illərdə respublikamızda hasil olunan qazın həcmi 40 milyard kub metrdən çox olacaq.
Azərbaycanla Türkiyənin enerji sahəsində əməkdaşlıq təmaslarını daha da dərinləşdirməsi iqtisadiyyatın digər bölmələrində də dinamizmin intensivləşməsinə təkan verəcək. İki ölkə arasında nəzərdə tutulan uzunmüddətli əməkdaşlıq proqramlarının miqyası daha da genişlənəcək. ölkələr arasında illik ticarət dövriyyəsinin həcmi 4 milyard dollara, sonrakı mərhələdə isə 5 milyard dollara çata bilər. Bütün sahələrdə qarşılıqlı və faydalı əməkdaşlıq layihələrinin icrasının geniş xarakter alması yaxın gələcəkdə həm Türkiyənin, həm də Azərbaycanın iqtisadiyyatında dinamizm meyillərinin artmasına stimul vermiş olacaq. Bu tendensiya, eyni zamanda, digər türkdilli dövlətlərin sıx inteqrasiyasına və onların güclü siyasi-iqtisadi birliyinin möhkəmlənməsinə dərin təməllər yaradacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18

