Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət apara bilməz!
08.07.2010 [16:24]
Zaman keçdikcə daha aydın şəkildə görünür ki, Azərbaycan torpaqlarının işğal altında qalması faktı ölkəmizdən çox işğalçı Ermənistana zərbə vurur. Bu gün Ermənistandan fərqli olaraq Azərbaycan öz inkişaf tarixinin ən parlaq dövrünü yaşayır. Respublikamız iqtisadi və hərbi cəhətdən Cənubi Qafqazda ən güclü dövlətə çevrilib. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışında iştirak edən Prezident İlham Əliyevin də söylədiyi kimi, artıq qüvvələr nisbəti ölkəmizin xeyrinə dəyişib: “Bu gün sirr deyil ki, Ermənistan ilə Azərbaycan arasında qüvvələr nisbəti bizim xeyrimizə dəyişibdir. Biz buna nail ola bilmişik. İstənilən sahədə Azərbaycan Ermənistandan qat-qat üstündür”. Bu üstünlük ildən-ilə daha böyük fərq göstəriciləri ilə ifadə olunur. Bildiyimiz kimi, respublikamızın valyuta ehtiyatları 20 milyard dollardan artıqdır, Ermənistanın ehtiyatları isə bundan on dəfə azdır. ümumilikdə, Azərbaycan iqtisadiyyatı Ermənistanın iqtisadiyyatından 7-8 dəfə böyükdür. Azərbaycanın müxtəlif ölkələrlə yaratdığı çoxşaxəli əməkdaşlıq nəticəsində respublikamızın gəlirləri, eləcə də, ölkə iqtisadiyyatına yatırılan investisiyaların miqdarı ildən-ilə artır. ölkə daxilində isə mütərəqqi iqtisadi islahatlar aparılır, maaş və təqaüdlər artırılır, yeni iş yerləri yaradılır və bütün bunlar əhalinin sosial durumunun yaxşılaşması, rifah halının yüksəlməsi ilə müşayiət olunur. Eyni zamanda, dövlət büdcəsinə daxil olan gəlirlərin həcminin artması uyğun olaraq hərbi büdcənin də artmasına, ordunun güclənməsinə, müasir hərbi texnika ilə təchiz olunmasına imkan verib. İqtisadi və hərbi cəhətdən regionda liderə çevrilən Azərbaycan artıq qlobal miqyasda da öz sözünü deyən, müstəqil siyasi mövqe nümayiş etdirən və regionda gedən proseslərə təsir göstərə bilən bir ölkədir.
Bütün bunları nəzərə alaraq Ermənistana nəzər saldıqda Azərbaycanda gedən proseslərin tamamilə əksinin şahidi oluruq. İşğalçı ölkədə sosial-iqtisadi həyatın bütün sahələrində tənəzzül yaşanır. Bu tənəzzül özünü xüsusilə iqtisadiyyatda daha qabarıq göstərir. Artıq məlum olduğu kimi, xaricdən edilən yardımların, ianələrin miqdarının kəskin şəkildə azalması işğalçı ölkənin iqtisadiyyatını daha çətin vəziyyətə salıb. Digər tərəfdən, Ermənistanın xarici borcları kritik həddə, yəni, 3 milyard dollara çatıb ki, bunun da böyük bir hissəsi yaxın 5-6 il ərzində ödənilməlidir. Vəziyyət o yerə çatıb ki, hökumət aylıq maaşları, təqaüdləri xaricdən alınmış kreditlər hesabına ödəyir. Bunların fonunda ölkədəki inflyasiya və bahalaşmanı da nəzərə alsaq, Ermənistanda normal yaşayış üçün lazım olan şərtlərin heç birinin ödənmədiyini söyləyə bilərik. Nəticədə, Sarkisyan rejiminin ölkə iqtisadiyyatını idarə etməkdə aciz qaldığını görən sadə vətəndaşlar özləri çıxış yolu kimi iş tapmaq məqsədilə başqa ölkələrə üz tuturlar. Ermənistanın demoqrafik durumu üçün yaranan ən təhlükəli tendensiya isə insanların ailəvi şəkildə bu ölkəni birdəfəlik tərk etməsidir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 90-cı illərdə Ermənistanda təxminən 3 milyon yarıma qədər insan yaşayırdı. BMT-nin miqrasiya problemləri üzrə araşdırma mərkəzinin hesabatına əsasən son illər ərzində Ermənistandan 1 milyon 700 min nəfər başqa ölkələrə miqrasiya edib. Nəticədə, indi bu ölkədə qalan insanların sayı faktiki olaraq 1 milyon 800 min nəfərdir. Bu isə o deməkdir vəziyyət belə davam edərsə, bir neçə ildən sonra Ermənistanın əhalisi yalnız boşalmış əraziləri “idarə edən” hökumət nümayəndələrindən ibarət olacaq. çıxışında demoqrafik məsələlərə də toxunan Prezident İlham Əliyevin sözlərindən məlum olur ki, Azərbaycanın işğal altındakı torpaqlarında da demək olar ki, insan yaşayışı yox səviyyəsindədir: “Bu gün bizdə olan məlumatlara görə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 60 minə yaxın, yəni, bir rayonun əhalisi qədər əhali vardır”.
Deməli, ermənilərin Dağlıq Qarabağda guya “seçkilər” keçirilməsi barədə yürütdükləri təbliğat yalnız illüziyaya əsaslanır.
Görünən odur ki, bu gün Ermənistan onun üçün arzuolunmaz bir reallıqla üzləşib. Bu gerçəklik ondan ibarətdir ki, torpaqlarımızın 20 faizinin işğal altında olmasına, bir milyondan artıq qaçqın və məcburi köçkünün mövcudluğuna, eləcə də, Ermənistanın ölkəmizə qarşı törətdiyi saysız-hesabsız təxribatlara baxmayaraq, Azərbaycan müstəqil bir dövlət kimi inkişaf edir, qüdrətlənir, beynəlxalq aləmdəki mövqeyini möhkəmləndirir və Ermənistan ölkəmizlə heç bir sahədə rəqabət aparmaq iqtidarında deyil. Prezident İlham Əliyevin də dediyi kimi: “İqtisadiyyat, coğrafi vəziyyət, demoqrafiya, ordu quruculuğu, sənaye potensialı, geosiyasi vəziyyət və Azərbaycanın bölgədəki, dünyadakı mövqelərinin gücləndirilməsi - bütün bu amillər mövqeyimizi gücləndirir və məqsədə çatmaq üçün bizə imkanlar yaradacaqdır”.
Beləliklə, siyasi, iqtisadi, demoqrafik problemlər qarşısında çıxılmaz vəziyyətdə qalan Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi vaxtdan bu günə qədər yalnız məhvə doğru irəliləyib. Regionda gedən proseslərdən, iqtisadi, siyasi, mədəni əməkdaşlıqdan kənarda qalan Ermənistanın yeganə çıxış yolu isə Azərbaycan torpaqlarının işğalından əl çəkməkdir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10

