/ / Prezident İlham Əliyev əsaslı təmirdən sonra Səhiyyə Nazirliyinin yeni inzibati binası ilə tanış olub
Prezident İlham Əliyev əsaslı təmirdən sonra Səhiyyə Nazirliyinin yeni inzibati binası ilə tanış olub
10.07.2010 [08:12]
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı təmirdən sonra Səhiyyə Nazirliyinin yeni inzibati binası ilə tanış olub. İndi Səhiyyə Nazirliyi yeni ünvanda yerləşir. Təxminən 100 il bundan əvvəl inşa olunan və indiyədək Musa Nağıyev adına təcili yardım xəstəxanası kimi fəaliyyət göstərən binada əsaslı təmir işləri aparılıb.
Səhiyyə Nazirliyinin yeni binası yüksək zövq və müasir dizaynla qurulub. Nazirlik ən qabaqcıl texnologiya və avadanlıqla təchiz edilib.
Bu gün əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin qarşıya qoyduğu prioritet istiqamətlərdən biridir. Son illərdə səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi üçün mühüm addımlar atılır. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər Azərbaycan səhiyyəsinin işinin daha yaxşı təşkilinə geniş imkanlar açıb. Azərbaycanda səhiyyə sisteminin yenidən qurulması, əhalinin sağlamlığının daha yaxşı təşkili, bu sahədə yeni texnologiyaların tətbiqi və yeni kadr potensialının hazırlanmasını özündə əks etdirən dövlət proqramları tibbi xidmətin səviyyəsini də yüksəldib. ümummilli lider Heydər Əliyevin adını daşıyan Fond da bu xeyirxah tədbirlərə dəstək verir.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verib ki, binada əsaslı təmir işlərinə 2008-ci ildə başlanılıb.
Birinci mərtəbədə vətəndaşların qəbul şöbəsi yerləşir. Prezident İlham Əliyev monitorinq otağı ilə tanış olub. Burada quraşdırılan xüsusi monitorda 24 imtiyazlı aptek birbaşa təqdim edilir.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, Səhiyyə Nazirliyinin təşəbbüsü ilə imtiyazlı xəstələr yaşadıqları əraziyə yaxın apteklərdə 143 adda dərman preparatı ilə pulsuz təmin olunurlar. Pulsuz dərmanların verilməsinə nəzarət isə mərkəzləşdirilmiş qaydada elektron kart vasitəsilə həyata keçirilir. Buradakı kompyuterdə imtiyazlı apteklərin yerləşmə planını da izləmək olar. Monitorinq otağında dərman preparatlarının dövlət reyestrinin dünya ölkələri üzrə paylanması da nümayiş etdirilir. Burada Avropa istehsalçılarının Azərbaycanın əczaçılıq bazarındakı faiz nisbəti göstərilir. Əgər 2007-ci ildə bu rəqəm 22 faiz təşkil edirdisə, indi artıq 59 faizdir. Müqayisə üçün bildirək ki, MDB ölkələrində bu rəqəm 24,6 faiz civarındadır.
Səhiyyə Nazirliyində elektron kitabxana da fəaliyyət göstərir. Bu kitabxananın dünyanın elektron kitabxanalarına qoşulmaq imkanı var. Nazirliyin işçiləri isə səhiyyəyə aid xəbərləri böyük monitorda onlayn rejimində izləyə biləcəklər.
İnzibati binada müxtəlif tədbirlərin keçirilməsi üçün ən müasir avadanlıqla təchiz edilmiş 200 yerlik akt zalı var.
Binanın ikinci mərtəbəsində Bakı Şəhər Baş Səhiyyə İdarəsi yerləşəcək.
üçüncü mərtəbədə isə nazirliyin şöbələri ilə yanaşı, Böhran Mərkəzi də fəaliyyət göstərəcək. Fövqəladə Hallar Nazirliyinin Böhran Mərkəzi ilə birbaşa əlaqələndirilən bu mərkəz multi-poynt adlandırılan videokonfrans avadanlığı ilə təchiz edilib. Böhran hallarında buradan birbaşa Dünya Səhiyyə Təşkilatı və müxtəlif ölkələrin müvafiq qurumları ilə peyk vasitəsilə əlaqə yaratmaq olar. Beləliklə, eyni zamanda, bir neçə qurumla videokonfransların keçirilməsi mümkündür. Burada, həmçinin, paytaxtdankənar yollardakı qəzalar zamanı xidmət göstərən və 12 regional məntəqəni əhatə edən təcili təxirəsalınmaz tibbi yardım stansiyasında fəaliyyət göstərən 113 xidmətinin avtomaşınlarının hərəkətini elektron xəritədə izləmək mümkündür. Böhran Mərkəzindəki daha bir monitor təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobillərinə texniki xidmətin göstərilməsini əks etdirir.
Dövlətimizin başçısı Səhiyyə Nazirliyinin muzeyinə də baxıb. Muzeydə səhiyyənin inkişafının dörd müxtəlif dövrünü əks etdirən fotolar var. Burada 1917-1920-ci, 1930-1940-cı, 1960-1970-ci illərə və müasir dövrə aid şəkillər nümayiş olunur.
Nazirliyin kollegiya zalı isə böyük toplantıların keçirilməsi üçün nəzərdə tutulub.
ümumilikdə, Səhiyyə Nazirliyinin yeni binasında 200-ə yaxın kabinet fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev burada qurulan elektron məlumat köşkü ilə də tanış olub. Bu köşk vasitəsilə hər bir vətəndaş öz ərizəsinin icrası vəziyyətini izləyə biləcək.
Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Səhiyyə Nazirliyinin həyətinə də baxıb, tövsiyə və tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxHadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18

