Dövlət qayğısı mətbuatın yüksək inkişafını təmin edir
27.07.2010 [11:48]
Bu gün ölkəmizdə jurnalistikanın inkişafı üçün yaradılan münbit şərait ictimaiyyətin diqqətinin bu sahəyə hakim kəsilməsinə yol açır. Belə demək mümkündürsə, illərdir Azərbaycanda media sahəsindəki geriliklər, insanların bu sahəyə etinasız yanaşması məhz Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğının sayəsində aradan qalxır. Həqiqətən də, Sovet İttifaqının dağılmasından sonra ölkəmizdə yaranan siyasi situasiya, hakimiyyət boşluğu, ölkədəki hərc-mərclik böyük ənənəyə malik mətbuatın da sıradan çıxmasına yol açdı. Belə demək mümkündürsə, həm iqtisadi çətinliklər, həm də bürokratik əngəllər mətbuatın inkişafına mane olurdu. Hakimiyyətdə olan AXC-Müsavat qruplaşmasının mətbuat üzərində hərbi senzura tətbiq etməsi azad sözün inkişafının qarşısını alırdı. Bütün bu çətinliklər isə həm də özünü birmənalı şəkildə insanların bu peşəyə olan münasibətində büruzə verirdi. Mətbuat sahəsində işləmək istəyənlərin, jurnalistika fakültəsində təhsil almaq istəyən gəncələrin sayı ildən-ilə azalırdı.
Belə bir çətin dövrdə hakimiyyətə Ulu öndər Heydər Əliyevin gəlişi bütün sahələrdə olduğu kimi mətbuatın da inkişafında əsaslı dönüş yaratdı. Ən əsası media sahəsində özünəinam, müstəqillik və demokratiya prinsipləri möhkəmləndi. ümummilli liderimiz Heydər Əliyev mətbuatın üzərində dövlət nəzarətini götürməklə, mətbuatın inkişafına mane olan bürokratik çətinlikləri aradan qaldırmaqla müstəqil sözün inkişafına şərait yaratdı. Bu gün bəlkə də dünyanın az-az ölkəsində mətbu orqan yaratmaq prosesi Azərbaycandakı kimi sadədir.
Qeyd etmək lazımdır ki, atılan bu əsaslı addımlar medianın, azad sözün inkişafında mühüm rol oynadığı kimi ictimaiyyətin də bu sahəyə diqqətinin artmasına səbəb oldu. Bu sahədə rəqabətin yaranması, peşəkarlıq səviyyəsinin artırılmasının əsas şərtlərdən birinə çevrilməsi, o cümlədən, iqtisadi çətinliklərin aradan qaldırılması insanların mətbuata diqqətini artırdı. Artıq bu sahədə çalışmaq üçün gənclər can atır və jurnalistikanın keçmiş nüfuzu özünə qayıdır. Prezident İlham Əliyev də Mətbuat Şurasının yeni binasının açılışı zamanı bu məsələyə xüsusi olaraq toxundu və dövlət başçısı bildirdi ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra çox qısa bir müddət ərzində media sahəsində böyük irəliləyiş müşahidə olundu. Bir neçə qəzet, kütləvi informasiya vasitələri, özəl televiziyalar yarandı: “Bir sözlə, müstəqilliyimiz bərpa olunandan sonra Azərbaycanda azad mətbuat çox sürətlə inkişaf edirdi. Qeyd etdiyiniz kimi, 1998-ci ildə senzuranın ləğvi doğrudan da, böyük və tarixi bir addım idi. Bugünkü gün üçün bu, əlbəttə ki, bir fövqəladə hal kimi qiymətləndirilə bilməz. Ancaq o vaxt MDB məkanında Azərbaycan senzuranın ləğvini irəli sürən birinci ölkə idi. Ondan sonra söz azadlığının inkişafı istiqamətində ardıcıl şəkildə çox ciddi addımlar atılmışdır. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu, 2003-cü ildə Mətbuat Şurası yarandı. Yəni, bütün bunlar, bu hadisələr göstərir ki, Azərbaycan dövləti bu sahədə çox məqsədyönlü və ardıcıl siyasət aparmışdır”.
Təəssüf ki, ölkəmizdə azad sözün inkişafına yaradılan bu şəraitdən sui-istifadə etmək istəyənlər tapıldı. Yaradılan bu demokratik şəraitdən istifadə edərək bəziləri mətbuatı öz şəxsi maraqlarını təmin etmək üçün vasitə olaraq görürdülər. Bu isə, ölkədə yeni bir mətbu bəla- “reket” jurnalistikasının yaranmasına yol açdı. Təbii ki, hüquqi dövlət olan Azərbaycan üçün bütövlükdə söz azadlığının inkişafı prioritetlərdən sayılır. O baxımdan bu bəla ilə mübarizə aparılması çox vacib məsələlərdən sayılırdı. Mətbuat Şurasının bu problemə qarşı əsaslı mübarizəsi, belə çirkin fəaliyyətlə məşğul olanların siyahısını tərtib edərək ictimai qınağa çevrilməsinə şərait yaratması bu yolda olanların sayının kəskin şəkildə azalmasına və hətta onların sıradan çıxmasına imkan verdi. Qeyd etmək lazımdır ki, hədə-qorxu, şantaj yollarından istifadə edən bu insanlar cəmiyyətdə jurnalistikanı nüfuzdan salmağa çalışırdılar. Düzdür, buna nail olmasalar da, cəmiyyətin jurnalistikaya, jurnalistlərə münasibətində cüzi də olsa dəyişikliklərin baş verməsinin qarşısını almaq çətinlik törədirdi. Yəni, bəzən jurnalistika fərqli rakursdan izah olunur, xoş olmayan dəyərləndirmə ilə üz-üzə qalırdı. Prezident İlham Əliyev də “reket” jurnalistikasına qarşı mübarizədə ictimai qınağın əsas olduğunu və bu problemə qarşı ümumi şəkildə mübarizə aparılmasının gərəkdiyini vurğulayıb: ““Reket” jurnalistikasına qarşı biz hamımız birgə fəaliyyət göstərməliyik, mübarizə aparmalıyıq. Bu mübarizənin sivil qaydaları olmalıdır. Mən hesab edirəm ki, biz “reket” jurnalistikasına, necə deyərlər, onların üsulu ilə cavab verməməliyik. O neqativ hallara yol verən vətəndaşlar ictimai qınaq obyektinə çevrilməlidir. İctimaiyyətdə onlara qarşı ciddi reaksiya verilməlidir. Dövlətin üzərinə düşən vəzifəni də dövlət etməyə hazırdır. Ancaq bütün bu işlər qanun çərçivəsində olmalıdır. Mən ümid edirəm ki, yaxın zamanlarda bizim adət-ənənələrimizə zidd olan bu nöqsanlar aradan qaldırılacaqdır”.
Prezident İlham Əliyevin 2005-ci ildə milli mətbuatımızın 130 illik yubileyi münasibətilə jurnalistlərə fəxri adların verilməsi ilə bağlı Sərəncamı mətbuata qarşı bu münasibətin kökündən dəyişməsində əsaslı rol oynadı. Daha sonra isə ard-arda mətbuatın inkişafına göstərilən diqqət və qayğı, Kütləvi İnformasiya Vasitələrinin İnkişafı Konsepsiyasının qəbulu, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması medianın əvvəlki nüfuzunun bərpasında böyük əhəmiyyətə malik oldu. Prezident İlham Əliyev azad sözə yüksək dəyər verdiyini növbəti dəfə nümayiş etdirdi. Bu il, iyunun 10-da Prezident İlham Əliyev tərəfindən imzalanan Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında Sərəncam bu mənada əlamətdarlığı ilə seçildi. Bundan başqa, Prezident İlham Əliyev tərəfindən jurnalistlərə fəxri adların verilməsi, mətbu orqanlara birdəfəlik yardımların ayrılması, ən əsası isə jurnalistlərin məişət problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan, MDB ölkələrində analoqu olmayan sərəncamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir daha sübut edir. Prezident İlham Əliyev bir daha Azərbaycanda söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinə göstərilən hörməti, diqqəti ortaya qoydu. Jurnalistikaya göstərilən qayğı, qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi gənclərin yenidən bu şərəfli peşəyə maraq göstərməsinə yol açır. Bu gün dövlət başçısı jurnalistlər üçün mənzillərin tikilməsi ilə bağlı öz iradəsini ortaya qoyur. Atılan addımların davamlı olacağı isə dəqiqdir. çünki Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ölkədə mətbuatın yüksək səviyyədə inkişafında maraqlıdır. Bütün bu addımlar isə medianın nüfuzunun qayıtmasında əhəmiyyətli rol oynadı.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20

