Azərbaycan-Rusiya münasibətlərinə yeni keyfiyyət rakursundan baxış
08.09.2010 [09:46]
Rusiya Prezidenti Dmitri Medvedevin öl
kəmizə növbəti rəsmi səfərinin hər iki dövlət üçün səmərəli başa çatdığını əminliklə söyləmək olar. çünki dostluq atmosferində və qarşılıqlı anlaşma şəraitində keçən danışıqların nəticəsi olaraq, iki ölkə arasında bir sıra sənədlərin imzalanmasından sonra, Azərbaycan ilə Rusiya arasında problemli məsələ qalmayıb. Bununla da, demək olar ki, ölkələr arasındakı münasibətlərdə yeni səhifə açılır. Bu, bir həqiqətdir ki, hazırda Azərbaycanla Rusiya qurudan və dənizdən həmsərhəd dövlətlər olmaqla, region üçün əhəmiyyətli məsələlərlə bağlı birgə çalışırlar. ümumilikdə isə bu dövlətlərin qəbul etdikləri qərarlar bölgənin siyasi-hərbi və iqtisadi mənzərəsinə güclü təsir göstərir. Bu baxımdan da, Rusiya ilə Azərbaycanın regionda sabitliyin bərqərar olması və iqtisadi inkişafın təmin edilməsi üçün səylərini artırması effektiv nəticələr verə bilər.
Münasibətlərin spektri genişlənir
Son illər ən yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyan Rusiya-Azərbaycan münasibətləri miqyas baxımından daha da geniş sahələri əhatə etməyə başlayıb. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin intensiv xarakter alması, həmçinin, tərəflər arasında səmimi və qarşılıqlı maraqların qorunmasına xidmət edən mühüm qərarların qəbul edilməsi isə əməkdaşlığın əhatə dairəsinin bütün sferalarda dərinləşməsinə səbəb olub. Səmimi dostluq münasibətlərinə söykənən Rusiya-Azərbaycan əməkdaşlığı dinamizm və inteqrasiya baxımından geniş xarakter almaqla regionda humanitar dəhlizin yaradılmasına stimul verməkdədir. Hər iki ölkə həm MDB çərçivəsində əlaqələri inkişaf etdirmək, həm də ikitərəfli münasibətlərin dərinləşməsinə baza yaratmaqla əməkdaşlığın dinamizminin və tempinin yüksəlməsinə əhəmiyyətli dərəcədə zəmin yaradıb.
Rusiya ilə Azərbaycan arasında siyasi-iqtisadi münasibətlərdəki dinamizm hazırda ən yüksək səviyyəyə çataraq yaxın dostluq və strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Hər iki ölkə əməkdaşlığın əhatə dairəsini genişləndirərək bütün sahələrdə sıx təmaslar qurmağa nail olub. Dövlət başçılarının və hökumət üzvlərinin qarşılıqlı səfərlərinin intensivləşməsi, eləcə də, biznes strukturları təmsilçilərinin davamlı görüşləri iki ölkə arasında uzunmüddətli əməkdaşlıq üçün yeni imkanlar açmaqdadır.
İmzalanmış ikitərəfli müqavilələr bölgədəki bəzi problemlərin çözülməsinə də yol aça bilər
Yuxarıda da vurğuladığımız kimi, Rusiya Prezidenti Dmitri Medvedevin ölkəmizə rəsmi səfəri və səfər zamanı imzalanan mühüm sənədlər dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsi və əməkdaşlığın geniş formatının yaradılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, imzalanan sənədlər ölkələr arasında qarşıdakı onilliklər üçün əməkdaşlığın dərin təməllərinin yaradılması baxımından mühüm əhəmiyyətə malikdir.
Xatırladaq ki, Rusiya ilə Azərbaycan arasında imzalanan sənədlər sırasında dövlət sərhədi haqqında müqavilə daha çox əhəmiyyət kəsb edir. Bu sənəd dövlət sərhədinin keçid xətlərinin konkret konturlarını müəyyən edir. Beləliklə, hər iki ölkə uzun illərdir davam edən dövlət sərhədlərinin delimitasiyası ilə bağlı danışıqlara nöqtə qoymuş oldular.
Bununla yanaşı, “Azərbaycan və Rusiya hökumətləri arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi haqqında Saziş”in imzalanması da strateji baxımdan mühüm siyasi-iqtisadi qərar kimi qiymətləndirilə bilər. Yeri gəlmişkən, transsərhəd çayları ilə bağlı müzakirələr də uzun müddət idi ki, davam edirdi və hökumətlərarası komissiyanın iclaslarında bununla bağlı ötən müddət ərzində bir neçə dəfə məsləhətləşmələr aparılmışdı. Tərəflər bu sazişi imzalamaqla 1972-ci ildə Helsinkidə müəyyənləşdirilmiş transsərhəd su hövzələrindən istifadə və onların qorunmasına dair beynəlxalq konvensiyanın prinsiplərini qəbul etmiş olublar.
Məlumat üçün bildirək ki, həmin konvensiyada transsərhəd çayların su ehtiyatı yatağın keçdiyi bütün ölkələr arasında ədalətlilik prinsipi əsasında bölünməsi təsbit olunub. Azərbaycan və Rusiya Samur transsərhəd çayının su ehtiyatlarının rasional istifadə ilə bağlı sazişi imzalayan ilk dövlətlər olmaqla regionda bu sahədə də ənənənin əsasını qoymuş oldular. Bu, digər dövlətlər üçün də bir nümunə və iqtisadi-siyasi baza ola bilər.
Məlumat üçün deyək ki, Xəzərin hüquqi statusu ilə bağlı sazişi də ilk dəfə Azərbaycan və Rusiya imzalayıb. Qazaxıstan bundan sonra həmin sənədin prinsiplərinə söykənərək siyasi iradə nümayiş etdirib və Azərbaycanla Xəzərin statusuna dair saziş imzalayıb. Həmin sazişlər İran və Türkmənistanın da qətiyyət nümayiş etdirməsi üçün çox əlverişli presedent yaradıb. Bunu nəzərə alan ekspertlərin qənaətinə görə, Azərbaycan-Rusiya arasında sərhədlərin delimitasiyası haqqında müqavilənin imzalanması bir növ digər problemlərin çözülməsinə, həm Gürcüstanla olan sərhəd delimitasiyası (Azərbaycan hələ də Gürcüstanla sərhədlərin delimitasiyası barədə danışıqları davam etdirir), həm də Xəzər dənizinin milli sektorlara bölünməsi məsələsində Türkmənistan və İranla ortaq məxrəcə gəlməyə təkan verə bilər.
İki ölkə enerji sektorunda sıx əməkdaşlıq edir...
Rusiya Prezidenti Dmitri Medvedevin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti ilə Rusiyanın “Qazprom” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısı üzrə müqaviləyə 4 saylı əlavə Sazişin imzalanması da diqqət mərkəzindədir. Əksər ekspertlərin qənaətinə görə, bu Saziş siyasi və iqtisadi gücünə görə, mühüm əhəmiyyətə malikdir.
Məlum olduğu kimi, dünya bazarında aparıcı enerji ixracatçılarından birinə çevrilən Azərbaycan diversifikasiya siyasətini genişləndirərək 2010-cu ilin ilk günündən etibarən Rusiyaya qaz ixrac etməyə başlayıb. İlkin mərhələdə Rusiyaya nəql olunan qazın həcmi 500 milyon kubmetr nəzərdə tutulub. Yeni ildən isə bu rəqəm 2 milyard kubmetrə çatacaq. Yanacaq ixrac olunması qonşu ölkə ilə enerji sahəsində təmasların daha da intensiv xarakter almasının göstəricisi sayıla bilər. Respublikamız Rusiyaya qaz nəqlini həyata keçirməklə həm də çoxşaxəli enerji marşrutlarının sırasına daha birini- şimal qaz kəmərini əlavə etmiş olub. Enerji siyasətində çoxvektorlu ixrac strategiyasına, diversifikasiya xəttinə üstünlük verən respublikamız bu məqsədlə enerji ehtiyatlarının ixracı üçün çoxşəbəkəli marşrutlar sisteminə qoşulub. Rusiyaya qaz nəqli kəməri isə həmin şəbəkənin bir hissəsi və ən rentabelli marşrutlardandır. Azərbaycanın dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi qaz sahəsində əməkdaşlığımız açıq və səmimi xarakter daşıyır: “Biz bu sahəyə dostlarımız və tərəfdaşlarımızla münasibətlərimizi möhkəmləndirmək imkanı kimi baxırıq”.
Azərbaycanla Rusiya arasında iqtisadi sahədə səmərəli əməkdaşlıq mövcuddur
ümumiyyətlə, Azərbaycanla Rusiya arasında iqtisadiyyatın hər bir sahəsi üzrə faydalı əməkdaşlıq mövcuddur. Rusiya şirkətləri ölkəmizin daxili bazarında aparıcı yer tuturlar. Maşınqayırma, metallurgiya, sənayenin bir çox bölmələri, xidmət, ticarət, kənd təsərrüfatı və digər sahələrdə rus şirkətləri investisiya qoyuluşları həyata keçirməkdədir. Neft sektorunda həyata keçirilən layihələrin bir neçəsində Rusiya böyük paya malikdir. Azərbaycan Bakı-Novorossiysk kəməri ilə bu ölkəyə neft ixrac edir və bu, enerji sahəsində münasibətlərin inkişafına təkan verməkdədir.
Onu da bildirmək yerinə düşər ki, Azərbaycan və Rusiya arasında siyasi-iqtisadi əməkdaşlıq son bir ildə keyfiyyət baxımdan daha da zənginləşib və əməkdaşlığa digər yeni komponentlər əlavə olunub. İqtisadi sahədə yeni layihələrin icrasına başlanılıb. Azərbaycanla Rusiya arasında maliyyə, bank, sığorta, qiymətli kağızlar və digər sahələrdə də əməkdaşlıq intensiv xarakter almaqdadır. Azərbaycan Beynəlxalq Bankının törəmə bankı olan “ABB-Moskva” Rusiyada ən çevik maliyyə qurumlarından birinə çevrilib. “ABB-Moskva”nın aktivləri 10,5 milyard rubl, kapitalı 1,1 milyard rubl, kredit portfeli isə 8,1 milyard rubl civarındadır. Bu qurum Rusiyanın ən iri 30 bank qrupuna daxil olub. Yekaterinburq, Sankt-Peterburq və Moskvada şəbəkəsi olan “ABB-Moskva” 2010-cu ildə Nijni-Novqorod şəhərində yeni ofisini açmağı da planlaşdırır. Rusiyanın ən nəhəng maliyyə piramidası hesab olunan “Vneştorqbank”ın isə bu ilin əvvəllərindən respublikamızda fəaliyyətə başlayıb. Rusiya, MDB və Avropada 1000-ə yaxın bölməsi olan bu bankın maliyyə resurslarının respublikamızın iqtisadiyyatına yönəldilməsi qeyri-neft sektorunun inkişafının sürətlənməsində mühüm rol oynayır.
ölkələr arasında keçirilən biznes-forumlar isə bu əlaqələrin inkişafına daha da impuls verib. İkitərəfli əlaqələrin dinamizminə hökumət səviyyəsində qarşılıqlı təmaslarla yanaşı, hər iki ölkənin müvafiq qurumları arasında əldə olunmuş razılaşmalar da mühüm təsir göstərməkdədir. Dövlət İnvestisiya Şirkəti, AZPROMO, Rusiya Ticarət Evi, hər iki ölkənin Sənaye və Ticarət palataları münasibətlərin intensiv inkişafına öz töhfəsini verməkdədir.
ölkələr arasında ticarət dövriyyəsinin son illərdə əhəmiyyətli dərəcədə artıb və Rusiya respublikamızın ticarət partnyorları sırasında ilk yerlərdən birini tutur. Hazırda ölkələr arasında mal mübadiləsinin həcmi 2 milyard dolları ötməkdədir.
Göründüyü kimi, Azərbaycanla Rusiya bölgədə geniş əməkdaşlıq dəhlizi, sülh və təhlükəsizlik sistemi, strateji müttəfiqlik münasibətləri üçün ən zəruri addımları ataraq digər dövlətləri də buna dəvət edir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu münasibətlər çoxşaxəlidir - siyasi əlaqələri, iqtisadi kooperasiyanı, müştərək layihələri əhatə edir. Energetika sahəsində, neft-qaz əməliyyatlarında, elektrik enerjisi satışı, nəqliyyat sahəsində əməkdaşlıq böyük bir blok təşkil edir: “Biz regional və dünya miqyaslı layihələr üzərində birgə işləyirik. “Şimal-Cənub” nəqliyyat dəhlizi artıq bu gün öz potensialını göstərir və hazırda Rusiya və Azərbaycan həmin dəhlizin çox mühüm tərkib hissələridir. Biz Xəzərdə əməkdaşlıq edirik. Biz Qafqaz regionunda təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində əməkdaşlıq edirik. ölkələrimiz arasında hərbi-texniki və humanitar sahələrdə əməkdaşlıq fəal inkişaf edir”.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

