Azərbaycan bayrağı Dağlıq Qarabağda dalğalanacaqdır!
08.09.2010 [09:47]
Xəbər verdiyimiz kimi, sentyabrın 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.
Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.
İftar mərasimini Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə açıb. O, müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə təşkil olunan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə, Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib, bunu İslam dininə ehtiram və milli mənəvi dəyərlərimizə verilən yüksək qiymətin bariz nümunəsi olduğunu söyləyib.
Şeyxülislam qeyd edib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Azərbaycanda təşkil olunan iftar süfrələri də ölkəmizdə ənənəvi tolerantlığı və sıx birliyi nümayiş etdirir. Allahşükür Paşazadə ölkəmizdə vətəndaşların vicdan azadlığının təmin olunmasında böyük xidmətlərinə görə və 60 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin onu ötən il “Şərəf” ordeni ilə təltif etməsini məmnunluqla xatırlayıb, bir daha dövlətimizin başçısına dərin təşəkkürünü çatdırıb. O, cari ilin aprelində dünya dini liderlərinin Bakı sammitinin keçirilməsini də ölkəmizin həyatında əlamətdar hadisə kimi qiymətləndirib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycanda hökm sürən sabitliyin, inkişafın, birliyin, vicdan azadlığı və tolerantlığın təməlində Ulu öndər Heydər Əliyevin müdrik siyasətinin dayandığını xüsusi vurğulayıb. O, bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini, respublikamızda gedən sürətli sosial-iqtisadi inkişafı, nümunəvi tolerantlığı beynəlxalq birliyin də etiraf etdiyini diqqətə çatdırıb.
Respublikamızda milli mənəvi dəyərlərin qorunub möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətlərini diqqətə çatdıran şeyxülislam böyük tarixə malik məscid və ziyarətgahlarımızın, sinaqoq və kilsələrin bərpasında dövlətin ardıcıl tədbirlər həyata keçirdiyini bildirib. Azərbaycanda Dövlət Bayrağı Meydanının açılmasından sonsuz qürur və şərəf hissi duyduğunu vurğulayan Allahşükür Paşazadə Ramazan ayı münasibətilə Prezident İlham Əliyevə və xalqımıza ən xoş arzularını çatdırıb.
Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr Azərbaycanda hökm sürən tolerantlığın beynəlxalq səviyyədə, o cümlədən, Rusiyada da yüksək qiymətləndirildiyini bildirib.
O, dinlərarası dialoqun möhkəmlənməsinə verdiyi töhfəyə görə Rus Pravoslav Kilsəsinin “Müqəddəs Apostol Varfolomey” qızıl medalını Prezident İlham Əliyevə təqdim edib.
Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov və Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete ölkəmizdə dövlətlə dini icmalar arasında konstruktiv münasibətlərin formalaşdığını və dinlərarası dialoqun yüksək səviyyədə olduğunu söyləyiblər, təbriklərini çatdırıblar.
Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində çıxış edib.
Prezident İlham Əliyev gözəl ənənəyə çevrilən iftar süfrəsini cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlət ilə din arasında sıx birliyin bariz nümunəsi kimi dəyərləndirib. Əsası Ulu öndər Heydər Əliyev və şeyxülislam Allahşükür Paşazadə tərəfindən qoyulan bu ənənənin indi də uğurla davam etdirildiyini bildirib.
Dövlətimizin başçısı Azərbaycanda dinlərarası dialoqun nümunəvi xarakter daşıdığını, bütün millətlərin nümayəndələrinin bir ailə kimi yaşadıqlarını qeyd edib. Prezident İlham Əliyev bəşəri dəyərlərə hörmətlə yanaşılan, beynəlxalq birliyə inteqrasiya edən Azərbaycanın islam həmrəyliyinə də töhfələrini əsirgəmədiyini deyib: “Bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bu, bizim böyük nailiyyətimizdir, böyük uğurumuzdur. Bizə bəzən elə gəlir ki, hər yerdə belə olmalıdır. Amma, əfsuslar olsun ki, hər yerdə heç də belə deyildir. Bəzi yerlərdə, bəzi ölkələrdə dini zəmində qarşıdurmalar, müharibələr, toqquşmalar baş verir. Azərbaycanda bütün dinlərin nümayəndələri, bir daha demək istəyirəm ki, qardaşlıq, mehribanlıq şəraitində yaşayırlar. Artıq bu ənənələr möhkəmlənir və heç şübhə etmirəm ki, gələcək illərdə və dövrlərdə Azərbaycanda dini münasibətlər lazımi səviyyədə təşkil olunacaqdır.
Biz öz milli dəyərlərimizə sadiq olan xalqıq. Biz öz milli mənəvi dəyərlərimizi hər şeydən üstün tuturuq. Bu dəyərlər Azərbaycan xalqının formalaşmasında həlledici rol oynamışdır. Əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışdıq, müstəqillikdən məhrum idik. Amma buna baxmayaraq, öz mənliyimizi, milli mənsubiyyətimizi, dinimizi, dilimizi, adət-ənənələrimizi qoruya bildik və bu amillər bu gün müstəqil ölkənin inkişafı üçün də mühüm rol oynayır”.
Azərbaycanda əsaslı sosial-iqtisadi inkişafa nail olunduğunu bildirən Prezident İlham Əliyev, dünyada maliyyə və iqtisadi böhranın hökm sürdüyü indiki dövrdə də respublikamızın uğurlu inkişafını davam etdirdiyini vurğulayıb. Dövlətimizin başçısı bunu ölkəmizin durmadan artan iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun əyani nümunəsi kimi qiymətləndirib: “ölkədə bütün sosial və iqtisadi proqramlar plan üzrə aparılmışdır. Heç bir sahədə yubanma, geriləmə olmamışdır. Nəzərdə tutulmuş bütün layihələr vaxtında və yüksək səviyyədə icra edilmişdir. Bu onu göstərir ki, ölkəmiz artıq o səviyyəyə çatıb ki, hətta dünya miqyaslı problemlər bizə o qədər də böyük təsir etmir. Bunun yeganə səbəbi ondan ibarətdir ki, biz öz siyasətimizi düşünülmüş şəkildə aparırıq. Bizim siyasətimiz həm gələcəyə, eyni zamanda, bu gün ölkə qarşısında duran problemlərin həllinə yönəldilib. Atılan bütün addımlarımız bir məqsədi güdür: Azərbaycanı daha gücləndirək, Azərbaycan əhalisinin rifah halını yaxşılaşdıraq, ölkədə sabitliyi möhkəmləndirək, təhlükəsizlik tədbirlərini gücləndirək ki, Azərbaycan xalqı rahat, sərbəst, azad və firavan yaşasın. Bunu etmək üçün bizdə bütün imkanlar vardır. Artıq Azərbaycan dövlət quruculuğu işində böyük uğurlara nail olubdur. Bizim artıq güclü dövlətimiz vardır”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev problemin ədalətli, beynəlxalq hüquq normaları və respublikamızın ərazi bütövlüyü çərçivəsində həllini tapacağına əminliyini vurğulayıb: “Qarşımızda duran ən başlıca vəzifə, ən böyük problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Bu istiqamətdə bizim birmənalı mövqeyimiz daha da güclənir. Azərbaycan gücləndikcə, təbii ki, ölkəmizin mövqeyi də güclənəcəkdir. Nəzərə alsaq ki, mövqeyimiz hansısa qeyri-real arzulara deyil, məntiqə, beynəlxalq hüquqa, ən mötəbər beynəlxalq təşkilatların qətnamələrinə, qərarlarına əsaslanır, nəzərə alsaq ki, Azərbaycan bu bölgədə öz fəaliyyəti ilə və irəli sürdüyü təşəbbüslərlə təsir imkanlarını gücləndiribdir, iqtisadi cəhətdən böyük və uğurlu yol keçibdir, mən şübhə etmirəm ki, biz bu məsələni ədalətli, beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edəcəyik. Mən buna şübhə etmirəm. Biz elə etməliyik ki, hər bir vətəndaş tutduğu vəzifədən asılı olmayaraq, öz sahəsində əməli işləri, fəaliyyəti ilə ölkəmizin güclənməsinə xidmət göstərsin və öz töhfəsini versin. Azərbaycan uzun illərdir ki, bu ədalətsizliklə üzləşibdir. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Vətəndaşlarımız tarixi torpaqlarından didərgin salınmışdır və bu ədalətsizlik əfsuslar olsun ki, bu gün də davam edir. Amma, mən tam əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Mən Dövlət Bayrağı Meydanının açılışı mərasimindəki çıxışımı bir daha xatırlatmaq istəyirəm, Azərbaycan bayrağı Dağlıq Qarabağda dalğalanacaqdır!”.
Prezident İlham Əliyev ötən il “Şərəf” ordeninə layiq gördüyü şeyxülislam Allahşükür Paşazadənin Vətən qarşısında xüsusi xidmətləri olduğunu və beynəlxalq səviyyədə böyük nüfuz qazandığını bildirib, ona və xalqımıza qarşıdan gələn Ramazan bayramı münasibətilə ən xoş arzularını çatdırıb.
Şeyxülislam Allahşükür Paşazadə onun fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib, bundan sonra da milli mənafe naminə səylərini əsirgəməyəcəyini vurğulayıb. O, dünyasını dəyişən soydaşlarımızın ruhuna dərin ehtiramını bildirib.
Sonra “Qurani-Kərim”dən ayələr və Ramazan duası oxunub, iftar süfrəsi açılıb.
Xəbər lenti
Hamısına baxAnalitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18

