2010-cu ildə ölkəmizdə 48 məktəb istifadəyə verilib
22.09.2010 [10:17]
Azərbaycanda 4 min 500-dən artıq məktəb var. Onların yarısı son 5-6 ildə tikilib. Dövlətin hər il ayırdığı investisiya hesabına bir çox köhnə məktəb binaları yeniləri ilə əvəzlənib, şagird sıxlığı olan məktəblərə əlavə korpuslar, əhali sıxlığı müşahidə edilən ərazilərdə isə yeni məktəblər tikilib. Bu tədris ilində isə şagirdlərin ixtiyarına verilən 48 məktəbdən biri olan 132-134 saylı təhsil kompleksinin açılışına qatılan Prezident İlham Əliyev prosesə belə qiymət verib: “Bu, böyük bir investisiya tələb edən məsələ idi. Biz bunu etdik və bu proses bu gün də davam edir”.
Prezident İlham Əliyev bu prosesin davam edəcəyini və tezliklə ölkəmizdə köhnə və təmirsiz təhsil ocağının qalmayacağını vəd edib: “Bu il Azərbaycanda 48 məktəb tikilib istifadəyə verilib. Əlavə korpuslar, uşaq bağçaları tikilib və bu işlər davam etdiriləcək. ümid edirəm ki, iki-üç il ərzində Azərbaycanda qəza vəziyyətində olan məktəblərin hamısının yerində yeni məktəblər tikiləcəkdir. Təmirə ehtiyacı olan məktəblərdə təmir işləri aparılacaq və yeni məktəblər inşa ediləcəkdir. Beləliklə, biz bu məsələni və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi işlərini tez bir zamanda yekunlaşdıracağıq”.
Məktəblərin texniki bazası gücləndirilir
Dövlət məktəblər üçün binalar tikməklə kifayətlənmir. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də ciddi iş aparılır. Məktəblərdə ən müasir sistemlər qurulur. Onların kompüterləşmə prosesi uğurla davam edir. 2004-cü ildə min şagirdə bir kompüter düşürdüsə, indi min şagirdə 20 kompüter düşür. Paytaxt məktəblərinin əksəriyyətində “ağıllı lövhə” adlanan smartbordlar quraşdırılıb. Ən son texnologiyalar əsasında qurulan interaktiv lövhədə şagirdlər elektron cihaz olmadan barmaqla, yaxud çubuq vasitəsilə istənilən əməliyyat apara bilirlər. Məktəblərin əksəriyyətində şagirdlərin internetə birbaşa çıxışı var. Məsələn, Yasamaldakı 20 saylı orta məktəbdə 23 belə sinif fəaliyyət göstərir. Bir sıra məktəblərdə “Elektron jurnal”ların tətbiqinə başlanıb. İKT-nin tətbiqi üzrə Azərbaycan məktəbləri arasında başlanan yarış “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrindən sonra daha da canlanıb. Məktəblər və müəllimlər özünü təsdiq etmək üçün Avropanın ən qabaqcıl texnologiyalarından istifadədən çəkinmir. Müəllimlərin İKT-nin tətbiqi ilə hazırladıqları açıq dərslər ümumi portalda nümayiş etdirilir. Şagirdlər nəinki kompüterdən istifadə edir, hətta veb-səhifələr hazırlayaraq yarışlarda qalib gəlirlər. Azərbaycan məktəbliləri yalnız bilik yarışlarının deyil, hazırladıqları layihələrlə beynəlxalq yarışların qalibi olurlar.
Təbii ki, bu nailiyyətlər təhsilin inkişafına dövlət tərəfindən yaradılan şəraitin nəticəsidir. ölkədə ilk elektron muzey də məktəbdə yaradılıb. 132-134 saylı təhsil kompleksində yaradılan Heydər Əliyev muzeyinin elektron versiyası da fəaliyyət göstərir. Burada Ulu öndərin həyat və fəaliyyətinə dair videomateriallar, fotolar, ümummilli lider haqqında kitablar, dahi şəxsiyyətə həsr edilmiş musiqilər var. Elektron sənədlər toplusunda Ulu öndərin tərcümeyi-halı, sovet dövründən başlayaraq fəaliyyəti və qiymətli kəlamları yer alıb. İnteraktiv qurğu vasitəsilə elektron cihazlardan istifadə etmədən məsafədən idarə olunan elektron kitabxana şagirdlərə istənilən məlumatı əldə etməyə imkan yaradır.
Təhsildə keyfiyyət
Məktəblərin, məktəblərdə olan kompüterlərin sayının artırılması istiqamətində də ciddi tədbirlər görülüb. Prezident İlham Əliyev bu prosesin davamlı olacağını söyləyərək əlavə edib ki, bu yöndə tədbirlər həmişə diqqət mərkəzində olacaq: “Bu artım Avropa səviyyəsinə yaxınlaşır, mən inkişaf etmiş Avropa ölkələrini nəzərdə tuturam. Bütün başqa sahələrlə bərabər, təhsillə bağlı məsələlər həmişə diqqət mərkəzində olacaqdır”.
Prezident qurulan şəraitin müqabilində keyfiyyət tələb edir: “Biz bununla paralel olaraq təhsilin keyfiyyətinə də böyük fikir veririk və bu keyfiyyət artır. Mən çox şadam ki, Azərbaycan bu işlərdə dünyada gedən ən qabaqcıl və mütərəqqi proseslərə qoşulub. Təhsilin keyfiyyətinin artırılması çox vacib məsələdir. Uşaqlar bizim gələcəyimizdir. Onlar gərək bilikli, savadlı olsunlar, yaxşı oxusunlar ki, gələcəkdə həm özləri üçün həyatda layiqli yer tuta bilsinlər, eyni zamanda, ölkəmizin inkişafı üçün də fəal çalışsınlar. çünki ölkəmiz çox sürətlə inkişaf edir və peşəkar kadrların hazırlanması bu gün bizim üçün ən başlıca məsələlərdən biridir”.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35

