31mart soyqırımına siyasi-hüquqi qiymət verilməsi...
31.03.2022 [09:45]
Erməni vandalizminin ifşası üçün mühüm əhəmiyyətə malikdir
Nurlan QƏLƏNDƏRLİ
Ermənilərin xalqımıza qarşı amansızlıqla törətdiyi qətliamlar sırasında 31 mart soyqırımı da yer alır. Bu, erməni vandalizminin növbəti nümunəsi olmaqla yanaşı, bəşər tarixinin ən qanlı səhifələrindən biridir. Ona görə də bu cinayət əməlinə siyasi-hüquqi qiymət verilməsi, reallıqların dünya ictimaiyyətinə çatdırılması erməni vandalizminin və erməni yalanlarının ifşası baxımından vacibdir.
31 mart soyqırımına ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra siyasi və hüquqi qiymət verilib. Ulu Öndər 26 mart 1998-ci il tarixində “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Fərmana əsasən 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Fərmanda qeyd edilir ki, 1918-ci ilin martından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı: “Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin, o cümlədən 31 mart soyqırımı haqqında reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. Quba Soyqırımı Memorial Kompleksinin açılışı da bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Qeyd edək ki, 30 dekabr 2009-cu ildə İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında Sərəncam imzalayıb. 2013-cü il sentyabrın 18-də İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışını ediblər.
Dövlət başçısının 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalaması da mühüm önəmə malikdir. Sərəncama əsasən 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər keçirilib.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında dövlət qurumları ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm rol oynayır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda bu istiqamətdə çox vacib layihələr reallaşdırır.
Bütövlükdə, görülən işlərin nəticəsidir ki, Xocalı soyqırımının ardından artıq bir çox ölkədə 31 mart hadisələri ilə bağlı müvafiq qərarlar, qətnamələr qəbul olunur. Bu isə Azərbaycanın siyasi gücünün ifadəsi - beynəlxalq prestijinin göstəricisidir.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

