Dövlət başçısı İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb
07.10.2010 [09:13]
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində oktyabrın 5-də Ordubad rayonundakı Biləv Su Elektrik Stansiyasının açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə tənzimləyici bəndə və su anbarına baxıb.
Məlumat verilib ki, stansiyanın inşasına 2009-cu ilin martında başlanılıb. İnşaat işlərinin yüksək keyfiyyətlə və qısa müddətdə yerinə yetirilməsi üçün maksimum səy göstərilib.
Stansiya ilin bütün fəsillərində bol suyu olan Gilançaydan qidalanır. Su əvvəlcə tənzimləyici bəndə yığılır. Burada suyun toplanması üçün sahəsi 5,15 hektar olan süni göl yaradılıb. Göldəki bəndlərin eni 159 metrdir, hündürlüyü isə 7,3 metrlə 9,5 metr arasında dəyişir. Gölün su tutumu 250 min kubmetrdir. Buradan su açıq və qapalı kanallarla sutəmizləyici anbara ötürülür. üçsıralı anbar 8200 kubmetr su tutur. Burada su bərk cisimlərdən təmizlənir və anbara ötürülür. Anbarın su tutumu 34 min kubmetrdir.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, bu anbardan su poladdan hazırlanan təzyiq borusu ilə stansiyaya verilir. Suyun təzyiqi 24 atmosferə bərabərdir. Burada hər birinin diametri 2,4 metr olan 2 sifon quraşdırılıb. Bu sifonlardakı suyun təzyiqi 3,2 və 6,4 atmosfer təşkil edir.
Sonra Prezident İlham Əliyev stansiya binasının olduğu əraziyə gəlib. Muxtar Respublika ictimaiyyətinin nümayəndələri, energetiklər və inşaatçılar dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev stansiyanın maketinə və şəkillərinə baxıb. Diqqətə çatdırılıb ki, stansiya binası bütün zəruri avadanlıqla təchiz edilib. Burada Avstriya şirkətinin hazırladığı iki turbin və iki generator quraşdırılıb. Stansiyanın nominal gücü 20 meqavat, maksimal gücü isə 22 meqavatdır. Stansiyada istehsal edilən enerji yarımstansiyaya ötürülür. Gərginliyi 110/35/10 kilovolt olan yarımstansiyada hər birinin gücü 25 meqavolt\amper olan iki transformator quraşdırılıb. Burada şəbəkəyə iki qoşulma xətti var. Onların hər birinin uzunluğu 8,5 kilometr, gərginliyi isə 110 kilovoltdur. Biləv Su Elektrik Stansiyasında nəzərdə tutulan orta illik enerji istehsalı 80 milyon kilovat\saatdır. Stansiyanın həyətində də geniş abadlıq işləri görülüb, yaşıllıq zolağı salınıb. Ərazidə əsaslı bəndbərkitmə işləri də aparılıb. Stansiyanın tikinti işləri zamanı Biləv kəndinə gedən 20 kilometrlik yol da əsaslı şəkildə yenidən qurulub.
Dövlətimizin başçısı stansiyanı işə salıb.
Stansiyanın açılışı münasibətilə keçirilən mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış edib.
Vasif Talıbov deyib ki, bu gün Azərbaycan özünün intibah dövrünü yaşayır. Bu intibahın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyevin rəhbərliyilə uğurla davam və inkişaf etdirilir: “Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vuraraq lider dövlətə çevrilmişdir. Siz Azərbaycanın inkişafının bölgələrin inkişafı ilə sıx bağlı olduğunu bildirərək, tövsiyə etmişdiniz ki, Azərbaycanın hər bir bölgəsi inkişaf etsin, hər bir rayon mərkəzi müasir standartlara cavab versin, bütün kəndlərdə abadlıq işləri aparılsın, yollar salınsın, elektrik enerjisi ilə təminat yaxşılaşsın, bir sözlə, insanların gündəlik həyatında müsbət dəyişikliklər baş versin”.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.
Dövlətimizin başçısı İlham Əliyev vurğulayıb ki, Naxçıvan çox sürətlə və hərtərəfli inkişaf edir: “Bir gündə Naxçıvanda 3 məktəb, xəstəxana, magistral avtomobil yolu, elektrik stansiyası, digər zavodlar, fabriklər, içməli su - demək olar ki, bütün sahələri əhatə edən müəssisələr açılır. Ancaq bu işlər bir gündə həll olunan məsələlər deyildir. Bu məsələləri həll etmək üçün düşünülmüş siyasət və məqsədyönlü addımlar lazımdır. Bu addımlar atılır. Bu gün Naxçıvanda və demək olar ki, bütün ölkəmizdə, bütün bölgələrdə aparılan siyasət bir məqsədi güdür ki, Azərbaycan daha da güclənsin, vətəndaşlarımız daha da yaxşı yaşasınlar. Bu siyasətin təməlini Ulu öndər Heydər Əliyev qoymuşdur”.
İctimaiyyətin nümayəndələri və energetiklərlə söhbətində Prezident İlham Əliyev bir daha Biləv Su Elektrik Stansiyasının açılışını əlamətdar hadisə adlandıraraq bildirib ki, gələcəkdə çaylar üzərində bu tipli stansiyaların tikintisi davam etdiriləcək. Bu gün nəinki Naxçıvanın enerji tələbatı tam şəkildə təmin olunur, hətta qonşu İran və Türkiyəyə də enerji nəqlinə imkanlar açılıb. Naxçıvan artıq elektrik enerjisi ixrac edən diyara çevrilib.
Prezident İlham Əliyev enerji mərkəzinə çevrilən Naxçıvanın günəşli diyar olduğunu vurğulayaraq, gələcəkdə burada günəş enerjisi istehsalının mümkünlüyünü və bu istiqamətdə müəyyən tapşırıqların verildiyini də diqqətə çatdırıb. Prezident İlham Əliyev energetiklərə uğurlar arzulayıb.
Sonra xatirə şəkli çəkdirilib.
Oktyabrın 5-də Prezident İlham Əliyev məhdud fiziki imkanlı insanlar üçün Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Naxçıvan Regional İnformasiya Mərkəzinin açılışında iştirak edib.
Şəhər ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və mərkəzlə yaxından tanış olub.
ölkəmizin ictimai həyatında, sosial problemlərin həllində çox fəal iştirak edən Heydər Əliyev Fondunun əsas məqsədlərindən biri də xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, onların sağlamlığını mühafizə, sosial problemlərini həll etməkdir. Bu məqsədlə Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə layihəsi əsasında məhdud fiziki imkanlı insanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi yaradılıb.
Məlumat verilib ki, ən müasir texnologiyalarla təchiz olunmuş mərkəzdə oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, internetə çıxış, internetdə informasiyanın tapılması, əldə edilməsi xidmətlərini təmin edən kompyuter mərkəzi yaradılıb.
Mərkəzdə hərəsində 24 kompyuter olan 2 kompyuter otağı və 12 kompyuterdən ibarət tədris otağı fəaliyyət göstərir. Kor və zəif görənlər üçün kompyuterlərə Brayl displeyi, “VideoLight” böyüdücü cihazı quraşdırılıb. Brayl displeyi görmə qabiliyyətini itirmiş insanların internetdən istifadə etməsinə tam şərait yaradır. Displeyin vasitəsilə istifadəçi həm monitordakı informasiyanı əldə edə, həm də informasiyanı ora əlavə edə bilir. “Videolight” böyüdücü cihazı vasitəsilə istənilən informasiyanı lazımi qədər böyütmək olar. Kor və zəif görən insanlar “Kitab həvəskarı - kompakt” oxu maşınının imkanlarından istifadə edə bilərlər. Bu qurğunun vasitəsilə Azərbaycan, türk, ingilis, rus və s. dillərdə istənilən kitabı səsləndirmək olar. “Kitab həvəskarı - kompakt” böyük yaddaşa malikdir.
Mərkəzdə əqli cəhətdən zəiflər üçün intellektual oyunlar otağı yaradılıb. Buradakı kompyuterlərin yaddaşına zehni inkişaf etdirən oyunlar daxil edilib. Mərkəzin kitabxanasında görmə qabiliyyətini itirmiş insanlar üçün 1000-ə yaxın Brayl əlifbası ilə nəşr olunmuş kitab və həmçinin, zəif görən insanlar üçün böyük şriftlə nəşr olunmuş kitablar var. Mərkəzdə yaradılan audiostudiyanın yardımı ilə kitabxana audiokitablarla təmin ediləcək.
İkimərtəbəli mərkəzdə 60 nəfərlik kinozal, 40 nəfərlik iclas zalı yaradılıb. Kinozalda lal və karlar üçün subtitrlə olan filmlərin nümayişi nəzərdə tutulub.
Əlil arabası ilə buraya gələn əlillər heç bir kömək olmadan binaya daxil ola və içəridə maneəsiz hərəkət edə biləcəklər. ümumi sahəsi 860 kvadratmetr olan binanın həyətində yaşıllaşdırma işləri aparılıb, istirahət guşələri salınıb. Mərkəzin xidmətindən Naxçıvan şəhəri daxil olmaqla, Muxtar Respublikanın 7 rayonunda yaşayan məhdud fiziki imkanlı insanlar istifadə edə biləcəklər.
Qeyd edək ki, Heydər Əliyev Fondu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, BMT-nin İnkişaf Proqramı ilə birgə Gəncə şəhərində də müvafiq mərkəz yaradıb. Gəncə şəhərində yaradılan Regional İnformasiya Mərkəzinin imkanlarından Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir, Naftalan rayonlarından fiziki qüsuru olan insanlar istifadə edir.
Layihə fiziki qüsuru olan insanların cəmiyyətin həyatında fəal iştirak etməsini, onların informasiya kommunikasiyaları vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsini, ümumilikdə bu insanların yaşayış tərzinin yaxşılaşdırılmasını və onların işsizlik probleminin aradan qaldırılmasını təmin edəcək.
Prezident İlham Əliyev şəhər sakinlərini salamlayaraq deyib ki, burada fiziki imkanları məhdud olan uşaqlar üçün bütün şərait yaradılıb: “Bildiyiniz kimi, Heydər Əliyev Fondu çox böyük fəaliyyətlə məşğuldur. Azərbaycanın bütün bölgələrində məktəb tikintisi, xəstəxanaların avadanlıqla təchiz edilməsi, mədəni irsimizin qorunması sahəsində böyük işlər görür. Eyni zamanda, uşaqlar, yeniyetmələr, kimsəsiz uşaqlar üçün şərait yaradılır. Bu mərkəzin yaradılması, əslində Azərbaycanda bu sahədə dövlət siyasətinin təzahürü kimi qiymətləndirilməlidir. çünki Azərbaycan dövləti öz sosial proqramlarını çox uğurla irəliyə aparır və çox şadam ki, ictimai təşkilatlar da bu işlərə qoşulurlar. İctimai təşkilatların arasında Heydər Əliyev Fondu əlbəttə ki, xüsusi rola malikdir. İndi burada quraşdırılan bütün avadanlıq dünyanın ən yüksək standartlarına cavab verir. Fiziki imkanları məhdud olan uşaqlar burada oxuyacaqlar. Onlar cəmiyyətdən kənarda qalmayacaqlar. Azərbaycanda elə şərait yaradılmalıdır ki, bütün vətəndaşlar onların fiziki imkanlarına baxmayaraq, ondan asılı olmayaraq, cəmiyyətdə öz yerini tuta bilsin. Xəstə və fiziki cəhətdən qüsurlu uşaqlar bu gözəl binada oxuyacaqlar və əminəm ki, cəmiyyətdə öz yerini tapacaqlar. Bu savab işdə iştirak edən, bu işləri təşkil edən bütün insanlara minnətdarlığımı bildirmək istəyirəm. Müəllimlərə, buradakı təlimatçılara xüsusi minnətdarlığımı bildirmək istəyirəm ki, bu, doğrudan da, böyük savab, xeyirxah işdir. Əminəm ki, uşaqlar da bunu qiymətləndirəcəklər. Bir daha sizi təbrik edirəm”.
Şəhər sakinləri adından çıxış edən Aygün Xudiyeva mərkəzin inşasına görə dövlətimizin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Prezident İlham Əliyev deyib: “Bu informasiya mərkəzidir, amma əslində bir məktəbdir, tədris müəssisəsidir, təlim mərkəzidir. Gözəl binadır, xarici görünüşü də, şəraiti də gözəldir. Yenə də demək istəyirəm ki, bütün lazımi avadanlıq vardır. çox böyük işdir, gözəl işdir. Bir daha təbrik edirəm”.
Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev oktyabrın 5-də Naxçıvan şəhərində Gəmiqaya daş məhsulları kompleksinin açılışında iştirak edib. Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb.
Prezident İlham Əliyev əvvəlcə kompleksin ərazisində xammal nümunələrinə baxıb.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib və müəssisə ilə yaxından tanış olub.
Məlumat verilib ki, tikintisinə 2009-cu ilin ortalarından başlanan Gəmiqaya daş məhsulları kompleksi travertin və mərmər emalı üzrə ixtisaslaşıb. Muxtar Respublikanın Qarabağlar, çalxanqala və Yuxarı Buzqov ərazilərindəki zəngin yataqlardan çıxarılan travertin və mərmər daşları emal üçün bu kompleksə gətirilir. ümumi sahəsi 53 min kvadratmetr olan kompleksdə müxtəlif çeşiddə inşaat və məişət məmulatı istehsal ediləcək. Məhsul buraxılışında istifadə edilən daşlar təbii olaraq antibakterial keyfiyyətə malikdir.
Prezident İlham Əliyevə məlumat verilib ki, kompleksdə Türkiyə istehsalı olan “SESEMAK” markalı avadanlıq quraşdırılıb. Böyük və kiçik ölçülü travertin plitələrdən, əsasən binaların fasadının və həyətyanı sahələrinin bəzədilməsində, mozaik travertinlərdən isə müxtəlif naxışlı bəzək üzlüklərin hazırlanmasında istifadə olunur. Müəssisənin gündəlik maksimum istehsal gücü 2 min kvadratmetrdir. Yaxın gələcəkdə kompleksdə travertin məhsulları ilə yanaşı, sədəf, mərmər məmulatlarının istehsalı da planlaşdırılır.
Bildirilib ki, kompleksdə 170 nəfərin işləyəcəyi nəzərdə tutulub. Hər işçiyə orta hesabla 400-450 manat əməkhaqqı veriləcək.
Prezident İlham Əliyev istehsal edilən məhsulların nümunələrinə baxıb.
Dövlətimizin başçısı kollektivi təbrik edib.
Oktyabrın 5-də Prezident İlham Əliyev Naxçıvan şəhərini içməli su ilə təmin edəcək su təchizatı sistemlərinin birləşdiyi paylayıcı qurğunun istifadəyə verilməsi mərasimində iştirak edib.
Şəhər ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Məlumat verilib ki, son illərdə Naxçıvanda həyata keçirilən infrastruktur layihələri arasında əhalinin içməli suya olan tələbatının ödənilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanan kredit müqaviləsinə əsasən, Naxçıvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədi ilə tikilən supaylayıcı şəbəkə vasitəsilə əhalinin içməli suya olan ehtiyacı tam şəkildə ödəniləcək. İçməli su şəhərə 17 kilometr məsafədən xüsusi boru xətləri ilə gətirilir, təmizləndikdən sonra supaylayıcı qurğu vasitəsilə əhaliyə verilir. Qurğunun suötürmə gücü saniyədə 600 litrdir.
Hazırda Naxçıvan şəhərinin daxili su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi həyata keçirilir. Layihə çərçivəsində 21 min 500 metr içməli su və 18 min 300 metr kanalizasiya xətti yenidən qurulub.
Supaylayıcı qurğunun yerləşdiyi ərazi şəhərin ümumi planına uyğun olaraq abadlaşdırılıb və yaşıllaşdırılıb.
Dövlətimizin başçısı Naxçıvan şəhərdaxili su və kanalizasiya şəbəkələrinin, şəhəri içməli su ilə təmin edəcək sistemlərin baş planlarına baxıb.
Məlumat verilib ki, Naxçıvan çayı yatağının yaxınlığındakı yeraltı su mənbələrindən çəkilən yeni boru kəmərləri şəhərin içməli suya olan tələbatını ödəməklə yanaşı, gələcəkdə su qıtlığının yaranmasının da qarşısını alacaq.
Sonra dövlətimizin başçısı içməli su sisteminin tikintisində istifadə olunan boruların nümunələrinə baxıb.
Prezident İlham Əliyev Naxçıvan şəhərini içməli su ilə təmin edən qurğunu işə salıb.
Şəhər ictimaiyyətinin nümayəndələrini təbrik edən Prezident İlham Əliyev deyib ki, biz elə etməliyik ki, hər bir yerdə insanlar içməli su ilə təmin olunsunlar.
Şəhər sakini Əli Novruzov dövlətimizin başçısına ictimaiyyət adından təşəkkürünü bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri dünən başa çatıb. Həmin gün dövlətimizin başçısı Naxçıvandan Bakıya qayıdıb.
Xəbər lenti
Hamısına baxDünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19

