Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dövlət başçısı İlham Əliyev Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Dövlət başçısı İlham Əliyev Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

13.10.2010 [09:30]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jaime Enrike Qarsiya Amaralın etimadnaməsini qəbul edib. Səfir fəxri qarovul dəstəsinin önündən keçib. Səfir Jaime Enrike Qarsiya Amaral etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.
Azərbaycanın Meksika Birləşmiş Ştatlarında daimi nümayəndəliyinin fəaliyyətinə toxunan dövlətimizin başçısı ölkəmizin Meksikadakı səfirliyinin Latın Amerikasında Azərbaycanın ilk səfirliyi olduğunu bildirib və səfirliyin fəaliyyət göstərməsinin hər iki ölkənin bir-birini yaxından tanıması baxımından önəmli olduğunu deyib.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf edəcəyinə  ümidvar olduğunu bildirib.
Səfir Jaime Enrike Qarsiya Amaral Meksika Birləşmiş Ştatlarının Prezidenti Felipe Kalderonun salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkəsində Azərbaycanın diplomatik nümayəndəliyinin fəaliyyətinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Azərbaycanın Meksikada səfirliyinin fəaliyyətə başlamasını rəmzi bir tarixə - Meksikanın müstəqilliyinin 200, inqilabın isə 100 illiyinə təsadüf etdiyini deyib.
Dövlətimizin başçısı Meksika Birləşmiş Ştatlarının Prezidenti Felipe Kalderonun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Meksikanın dövlət başçısına çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 975 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30