Hazırda Yevlax rayonu Azərbaycanın mühüm iqtisadi mərkəzlərindən birinə çevrilməkdədir
16.10.2010 [11:35]
Xəbər verdiyimiz kimi, oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirə səfərini başa çatdıraraq Yevlax şəhərinə gəlib. Yevlax respublikamızın ən sürətlə inkişaf edən şəhərlərindən biridir. Yevlax şəhəri son altı ildə tamamilə simasını dəyişib. Hazırda Yevlax rayonu Azərbaycanın mühüm iqtisadi mərkəzlərindən birinə çevrilməkdədir. ötən il rayonda ümumi məhsul buraxılışı 2003-cü ilə nisbətən 6,5 dəfə, sənaye məhsulunun həcmi 11,4 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 2,4 dəfə artıb. İstehsal olunan sənaye məhsullarının 47 faizi xarici ölkələrə, o cümlədən, İtaliya, İspaniya, Türkiyə, İran, Ukrayna, Rusiya Federasiyası və Gürcüstana ixrac olunur. Rayonda əsas kapitala yönəldilən investisiyalar 971 dəfə artaraq 136,1 milyon manat, tikinti-quraşdırma işlərinin həcmi isə 372 dəfə artaraq 181,6 milyon manat təşkil edib. 2004-cü ildən 2010-cu ilin oktyabrınadək Yevlaxda 7893-ü daimi olmaqla 14 min 700 yeni iş yeri yaradılıb.
Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstələri qoyublar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin ətrafındakı parkı gəziblər, Yevlax rayon İcra hakimiyyətinin başçısı Elmar Vəliyev burada aparılan abadlıq və quruculuq işləri barədə məlumat verib.
Oktyabrın 14-də Prezident İlham Əliyev Yevlax şəhərində 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib. Şəhər ictimaiyyətinin nümayəndələri və məktəbin pedaqoji kollektivi dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev kollektivi və ictimaiyyətin nümayəndələrini məktəbin açılışı münasibətilə təbrik edərək deyib: “Məktəbin tikintisi münasibətilə sizi təbrik edirəm, çox gözəl, müasir məktəbdir. İcra başçısı mənə dedi ki, buradakı məktəb çox bərbad vəziyyətdə idi, uzun illər təmirsiz qalmışdı. Bina söküldü və yerində belə gözəl, yaraşıqlı məktəb tikildi. özü də bir saylı orta məktəb gərək hər cəhətdən bir nömrəli olsun. Sizi ürəkdən təbrik edirəm, bu, gözəl hadisədir. Uşaqlar da burada yaxşı oxuyacaqlar, müəllimlər üçün də şərait yaradılıb. Müəllimlər böyük işlər görürlər. Bu yaxınlarda Azərbaycanda müəllimlər günü qeyd olunmuşdur. Bu münasibətlə sizi bir daha təbrik edirəm. Müəllimlərin cəmiyyətdə rolu çox böyükdür və vacibdir. Gənc nəslin tərbiyə olunmasında, uşaqların yüksək bilik almasında müəllimlərin rolu birincidir. Biz elə etməliyik ki, bütün uşaqlarımız yaxşı oxusunlar, yaxşı bilikli insanlar olsunlar. çünki indiki zamanda savad, bilik əsasdır, həm vətəndaş üçün, həm də ölkələr üçün. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onların uğurları təhsilin səviyyəsi ilə bağlıdır. Nə təbii ehtiyatlar, nə mineral resurslar burada həlledici rol oynamır. Ancaq savad və bilik əsasdır. çünki dünyanın inkişafı elmi-texniki tərəqqi ilə bağlıdır. Bunu əldə etmək üçün bilikli kadrlar olmalıdır. Bu kadrlar, bu insanlar ilk addımlarını məktəblərdə atırlar. Biz elə etməliyik ki, təhsilimizdə ən qabaqcıl səviyyə təmin olunsun. Xüsusilə nəzərə alsaq ki, bu gün Azərbaycanda belə gözəl məktəblərin sayı çoxdur. Ancaq son 5-6 il ərzində 2 mindən çox məktəb tikilib və təmir olunubdur. Bu işlər davam etdirilir. Biz elə etməliyik ki, Azərbaycanda bərbad, qəzalı vəziyyətdə heç bir məktəb qalmasın. Yevlaxda da məktəb tikintisi çox sürətlə gedir. Deyə bilərəm ki, regionların arasında bəlkə də ən sürətli məktəb tikintisi prosesi məhz Yevlaxdadır. Son illərdə 20-dən çox məktəb tikilib və təmir olunub. Düzdür, hələ ki, yaxşı vəziyyətdə olmayan məktəblər vardır. Ancaq tədricən onlar da ya təmir olunacaq, ya da ki, sökülüb yerində belə gözəl, müasir məktəblər tikiləcəkdir. Həm infrastruktur, həm təhsilin səviyyəsi - bax, bu iki vacib amil Azərbaycanda yüksək səviyyədə olmalıdır. Gözəl məktəb tikmək olar. Bu gün maddi imkanlarımız bu şəraiti bizim üçün yaradır. Ancaq bu məktəbdə gərək təhsilin səviyyəsi yüksək olsun. Burada oxuyan uşaqlar anlamalıdırlar ki, həyatda layiqli yer tutmaq üçün mütləq bilikli olmalıdırlar. Əvvəlki dövrlərdə bəzən gənclərin bir hissəsi daha çox diplom əldə etmək üçün çalışırdılar. çünki diplom o vaxt bütün qapıları açırdı. Sovet İttifaqı zamanında hər bir insan işlə təmin olunurdu. Ancaq biz indi bazar iqtisadiyyatı, açıq rəqabət şəraitində yaşayırıq. Ona görə diplomun olması heç nəyi göstərmir, bilik, peşəkarlıq olmalıdır. Ona görə məktəb tikintisi, peşə məktəblərinin, uşaq bağçalarının yaradılması - bütün bunlar təhsil sistemimizi gücləndirir. Əlbəttə ki, biz indi dünyada tətbiq olunan qabaqcıl təcrübəni Azərbaycana gətiririk. İndi elektron tədris proqramları, elektron lövhələr, kompyuter proqramları vardır. Bizdə bu sahədə də işlər yaxşı səviyyədədir, 6-7 il bundan əvvəl min şagirdə bir kompyuter düşürdü. İndi ölkə üzrə 20 şagirdə bir kompyuter düşür və uşaqlar kompyuteri bizdən yaxşı bilirlər. Bəzən biz onlardan nə isə soruşuruq. çünki bu, müasirlikdir, yenilikdir, inkişafdır. Mən sizi bir daha bu gözəl hadisə - məktəbin istifadəyə verilməsi münasibətilə təbrik etmək istəyirəm. Müəllimləri bir daha peşə bayramları münasibətilə təbrik edirəm. Sizə uğurlar, cansağlığı arzulayıram”.
Şəhər sakini Əminə Əhmədova da yevlaxlıların ən xoş arzularını Prezident İlham Əliyevə çatdıraraq deyib: “Ulu öndərimiz deyirdi ki, mən Yevlaxı daha abad, daha gözəl görmək istəyirəm. Siz deyirsiniz ki, Yevlax bu gün Azərbaycanın ən inkişaf etmiş şəhərləri sırasındadır. Bu şəhəri bizə Siz verdiniz. Fəvvarələr, parklar, gecə işıqları. İnanırsınız, Heydər Əliyev prospekti ilə gedərkən həmişə ürəyimdə deyirəm: Mən Azərbaycan vətəndaşıyam, qürur duyuram. çox sağ olun. Təkcə şəhərlərimizi dəyişməmisiniz, ruhumuzu, qəlbimizi təzələmisiniz. Hər şeyə görə çox sağ olun. Allah Sizi bir-birinizdən ayırmasın. Bir-birinizə çox yaraşırsınız. Allah Sizi xoşbəxt etsin, o gözəl nəvələrinizi gözünüzə çıraq etsin. Sağ olun”.
Mərasim iştirakçıları Prezident və xanımı ilə xatirə şəkli çəkdiriblər.
Sonra məktəbin açılışı olub. Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsib, binada yaradılmış şəraitlə tanış olub.
Məlumat verilib ki, burada 81 il əvvəl Yevlaxın ilk orta məktəbi yerləşib. Köhnə bina yararsız hala düşdüyündən sökülərək, 2009-cu ildən yeni binanın inşasına başlanıb.
Foyedə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsil sahəsinə diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılıb. Birinci mərtəbədə zəngin kitabxana və xidmət otaqları, idman zalı, tibb məntəqəsi yerləşir. İkinci mərtəbədə sinif otaqları və 2 kompyuter otağı var. üçüncü mərtəbə fənn kabinetləri, 2 laboratoriya, sinif otaqları, akt zalından ibarətdir.
Dövlətimizin başçısı və xanımı dərs otaqlarına və musiqi kabinetinə baxıblar.
Prezident İlham Əliyev yaradılmış şəraitdən razılığını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Yevlaxa səfəri çərçivəsində “Azərtoxum” MMC toxumçuluq müəssisəsinin açılışında iştirak edib.
Müəssisənin kollektivi dövlətimizin başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşılayıb. “Azərtoxum” MMC-də yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, toxumçuluq müəssisəsinin tikintisi üçün 7 hektar torpaq sahəsi ayrılıb. İnşasına 2009-cu ilin iyununda başlanmış müəssisə 80 tonluq qapandan, tutumları 1000, 1500 və 2500 ton olan 12 anbardan, toxum laboratoriyasından, təmir sexindən, yanacaqdoldurma məntəqəsindən və evlərdən ibarətdir.
Dövlətimizin başçısı müəssisənin işə düşməsini bildirən düyməni basıb, istehsal prosesi ilə tanış olub, hazır məhsulların sərgisinə baxıb.
Bildirilib ki, müəssisə müxtəlif növ dənli bitki toxumlarının istehsalı, hazırlanması və işlədilməsi ilə məşğul olacaq. Bu müəssisənin yaradılmasında əsas məqsəd rayonlaşdırılmış sortlar, super elit və yüksək məhsuldar toxum hazırlamaqdır. Burada dünyanın ən mükəmməl və modern sistemləri, texnologiya, maşın və avadanlıq tətbiq ediləcək. Mərkəz 100 min ton toxum hazırlamaq və işlətmək gücünə malikdir.
Azərbaycan Dövlət İnvestisiya şirkətinin həmtəsisçisi olduğu müəssisənin avadanlığı 15 min hektar sahənin əkilib-biçilməsinə imkan verir. İşçilərin sayı mövsümlə əlaqədar 200 nəfərdən 400 nəfərə çatır. Orta aylıq əməkhaqqı 500 manatdır. Hazırda Tərtər, Yevlax, Şəki, Zaqatala, Qax, Balakən rayonlarında 6 min 500 hektar sahədə əkin işləri aparılır. Gələcəkdə əkin sahələrinin artırılaraq 50 min hektara çatdırılması nəzərdə tutulur ki, bu da min nəfərin işlə təmin edilməsi deməkdir. Müəssisənin təcrübə-sınaq sahələrində toxum səpini də aparılır. Bununla yanaşı, kənd təsərrüfatı ilə məşğul olan əkinçilərə toxumların növləri barədə məlumat verilir, əkindən biçinə qədər texnoloji proses izah edilir.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, kollektivə uğurlar arzulayıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 14-də Yevlax şəhərinə səfəri çərçivəsində Kür çayının sahilində bulvar-hotel kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar.
Dövlətimizin başçısına məlumat verilib ki, bulvar-hotel kompleksi üçün 10 hektar torpaq sahəsi ayrılıb. Hotelin tikintialtı sahəsi 2156 kvadratmetrdir. Beşmərtəbəli hoteldə 44 nömrə, restoran, bar, idman zalı, mətbəx, hovuz, ofis otaqları və digər yardımçı otaqlar olacaq.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva hotelin maketi, otaqların dizayn elementlərinin fotoeskizləri və işçi layihə ilə tanış olublar.
Bildirilib ki, Kür çayının sahilind
ə 1,5 kilometrlik bulvarın uzunluğunun 4 kilometrə çatdırılması, burada istirahət və əyləncə üçün hər cür şəraitin yaradılması nəzərdə tutulur. Hazırda ərazidə yaşıllıq işləri aparılır.
Diqqətə çatdırılıb ki, Ulu öndər Heydər Əliyev 2002-ci il sentyabrın 13-də bu parkda olub.
Prezident İlham Əliyevə “Qırmızı kitab”a daxil edilən, Kür çayının sahilindəki uzunömürlü qovaq ağacı haqqında da məlumat verilib.
Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva ağacın qarşısında xatirə şəkli çəkdiriblər.
Kompleksdə aparılan abadlıq və quruculuq işlərindən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36

